Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yunan əlifbası (ἑλληνικό ἀλφάβητο) – qədim və çağdaş Yunanıstanda istifadə olunan əlifba. E.ə IX əsrdə, bəzi məlumatlara görə isə XI əsrdə Finikiya əlifbası əsa

Yunan əlifbası

  • Ana Səhifə
  • Vikipediya
  • Yunan əlifbası

Yunan əlifbası (ἑλληνικό ἀλφάβητο) – qədim və çağdaş Yunanıstanda istifadə olunan əlifba. E.ə IX əsrdə, bəzi məlumatlara görə isə XI əsrdə Finikiya əlifbası əsasında yaranmışdır. Yunan hərflərindən çox zaman riyazi simvollar kimi istifadə olunur. Hazırda yunan əlifbasından bir çox sahələrdə istifadə olunur.

Yunanlar finikiyalıların əlifbalarının Avropada yayılmasında əsas vasitəçi olmuşlar. Dövrümüzə gəlib çatmış yunan yazısının erkən nümunələri Finikiya əlifbasının əksər xüsusiyyətlərini özündə saxlamaqdadır. Arxaik yunan yazısında Finikiya yazısında olduğu kimi saitlər, eləcə də "xi" və "psi" samit hərfləri yox idi. Finikiya yazısında yazı sağdan sola yazılırdı. Yunanlar finikiyalılardan alınmış yazını tədricən təkmilləşdirmiş və ona əlavələr etmişlər. Sait səsləri ifadə edən hərflərin meydana gəlməsi yunan yazısında böyük nailiyyət idi. Saitləri ifadə edən hərfləri əlifbaya gətirməklə yanaşı yunanlar samitlərin tərkibində də dəyişiklikər etmişlər. Yunanlar yazının istiqamətini bir müddət "Bustrofedon" üslubunda, yəni sağdan sola, sətir aşırı isə soldan sağa yazırdılar. Yalnız e.ə IV əsrdə yazı soldan sağa istiqamətləndi və klassik yunan əlifbası formalaşdı.

Mündəricat

Klassik hərflər

Yunan əlifbası
Hərf Hərfin adı Oxunuşu Nömrə
Αα ἄλφα alfa [a] 1
Ββ βῆτα beta [b] 2
Γγ γάμμα qamma [ɣ] 3
Δδ δέλτα delta [ð] 4
Εε ἐψιλόν epsilon [e] 5
Ζζ ζῆτα zeta [z] 6
Ηη ητα eta [e] 7
Θθ θῆτα teta [θ] 8
Ιι ἰῶτα yota [i/j] 9
Κκ κάππα kappa [k/c] 10
Λλ λάμδα lamda [l] 11
Μμ μῦ mü [m] 12
Νν νῦ nü [n] 13
Ξξ ξῖ ksi [ks] 14
Οο ομικρόν omikron [o] 15
Ππ πῖ pi [p] 16
Ρρ ρῶ ro [r] 17
Σσ σῖγμα siqma [s] 18
Ττ ταῦ tau [t] 19
Υυ ὑψιλόν upsilon [u] 20
Φφ φῖ fi [f] 21
Χχ χῖ xi [x] 22
Ψψ ψῖ psi [ps] 23
Ωω ωμέγα omeqa [o] 24

Arxaik hərflər

Yunan əlifbası
Hərf Hərfin adı Oxunuşu
Ϝϝ δίγαμμα diqamma* [w]
Ϛϛ στίγμα stiqma* [s]
Ͱͱ ἦτα heta* [h]
Ϻϻ ϻάν san* [s]
Ϙϙ ϙόππα koppa* [k]
Ͳͳ σαμπῖ sampi* [s]

Xarici hərflər

Yunan əlifbası
Hərf Hərfin adı Oxunuşu
Ϸϸ ϸο şo [ʃ]

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, Bakı nəşriyyatı, 996 s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yunan əlifbası haqqında məlumat. Yunan əlifbası nədir? Yunan əlifbası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Siyəzən rayonu

  • Fevral 23, 2026

    Selsi

  • Fevral 10, 2026

    ABŞ dolları

  • Fevral 23, 2026

    Yun

  • Fevral 24, 2026

    Paytakaran

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst