Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuliya dağlaləsi (lat. Tulipa julia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Si

Yuliya dağlaləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Yuliya dağlaləsi

Yuliya dağlaləsi (lat. Tulipa julia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir növdür.

Yuliya dağlaləsi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Zanbaqçiçəklilər
Fəsilə:
Zanbaqkimilər
Yarımfəsilə:
Zanbaqkimilər
Triba:
Zanbaqkimilər
Cins:
Dağlaləsi
Növ:
Yuliya dağlaləsi
Beynəlxalq elmi adı
  • Tulipa julia K.Koch, 1849
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı
NCBI  1325980
EOL  1082866

Mündəricat

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari, 3 sm yoğunluğundadır. Xaricdən qonur, nazik, dərivari, daxildən hörümçək toruna bənzər, mamırşəkilli qınla örtülüdür. Gövdə 15–35 sm hündürlükdədir. Yarpaqlar 3–4 ədəd, neştərşəkilli və ya enli-neştərşəkilli, uzunsov, 3 sm-ə qədər enindədir. Çiçəklər tək, 4 sm uzunluğundadır. Çiçəkyanlığının yarpaqcıqlarının alovu moruğu-qırmızı, əsasında tünd-sarı, haşiyələnmiş ləkəlidir, xaricdəki daxildəkindən bir az uzun, uzunsov-rombvari, iti, daxildəki tərs-yumurtavari və ya oval, uzunsov-yumurtavaridir. Qutucuq 3 sm-ə qədər uzunluğundadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Orta dağ qurşağında, quru daşlı və əhəngli yamaclarda, bəzən meşələrdə rast gəlinir. Çiçəkləməsi aprel, may, meyvələməsi may, iyun aylarına təsadüf edir. Çoxalması soğanaqla və toxumladır. Mezokserofitdir.

Şimali İran mənşəli nadir növdür. Naxçıvan MR-in Şahbuz rayonunun Biçənək gəndi ətrafında, Cabrayıl rayonu Sultanlı qəsəbəsi ətrafında, Dəvəçi rayonu Şanoçala kəndində, Azərbaycandan kənarda isə İranda yayılmışdır. Quru əhəngli və daşlı yamaclarda bitir. Seyrək rast gəlir.

Çoxalması

Toxumla və vegenetativ yolla çoxalır.

Ehtiyatının dəyişilmə səbəbləri

Antropagen amillər. Əhali tərəfindən intensiv toplanılması və zoogen amillərin təsiri altındadır.

Becərilməsi

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri

Xüsusi mühafizə tədbirləri hazırlanmamışdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuliya dağlaləsi haqqında məlumat. Yuliya dağlaləsi nədir? Yuliya dağlaləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əl-İbanə

  • Fevral 27, 2026

    Cabbar Məcnunbəyov

  • Fevral 23, 2026

    Dəvə

  • Fevral 28, 2026

    Ueyn Runi

  • Fevral 27, 2026

    Halogenlər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst