Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuliya Ratkeviç (d. 16 iyul 1985; Minsk, Belarus) — Azərbaycanı təmsil edən Belarus əsilli qadın güləşçi. Yuliya Ratkeviç 2012-ci ildə baş tutan Olimpiya Oyunla

Yuliya Ratkeviç

  • Ana Səhifə
  • Vikipediya
  • Yuliya Ratkeviç

Yuliya Ratkeviç (d. 16 iyul 1985; Minsk, Belarus) — Azərbaycanı təmsil edən Belarus əsilli qadın güləşçi. Yuliya Ratkeviç 2012-ci ildə baş tutan Olimpiya Oyunlarında bürünc medal qazanıb. 2011-ci ildə Avropa çempionu olan Yuliya Ratkeviç, habelə Dünya Çempionatlarında bir qızıl, iki gümüş və iki bürünc medala layiq görülüb. 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edən Yuliya Ratkeviç "Tərəqqi" medalı ilə təltif edilib.

Yuliya Ratkeviç
Yuliya Ratkeviç 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında
Yuliya Ratkeviç 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında
Şəxsi məlumatlar
Tam adı Yuliya Nikolayevna Ratkeviç
Vətəndaşlığı Belarus Belarus (2002—2007) →
Azərbaycan Azərbaycan (2007—2016)
Doğum tarixi 16 iyul 1985 (40 yaş)
Doğum yeri Minsk, Belorusiya SSR
Boyu 162 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 2002—2016
Məşqçisi Vasili Kreso
Komandası Atasport İdman Klubu
Medallar

Olimpiya Oyunları
Bürünc 2012 London55 Kq.
Dünya Çempionatı
Qızıl 2009 Herninq59 Kq.
Gümüş 2010 Moskva55 Kq.
Bürünc 2013 Budapeşt59 Kq.
Gümüş 2014 Daşkənd60 Kq.
Bürünc 2015 Las-Veqas58 Kq.
Avropa Çempionatı
Bürünc 2005 Varna59 Kq.
Qızıl 2011 Dosrtmund59 Kq.
Dövlət təltifləri

"Tərəqqi" medalı

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yuliya Ratkeviç 16 iyul 1985-ci ildə Belarusun paytaxtı Minsk şəhərində anadan olub.

Karyerası

2002–2005-ci illər:

Yuliya Ratkeviç 2002-ci ilin iyulunda Bolqarıstanın Albena şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı və turniri on idmançı sırasında doqquzuncu pillədə başa vurdu.

2003-cü ilin avqustunda isə Yuliya Ratkeviç İstanbul şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatında mübarizə apardı. Yuliya Ratkeviç birinci mərhələdə Hindistan nümayəndəsi Səxavət Manjunu (4:0), növbəti mərhələdə isə Bolqarıstan nümayəndəsi Tzvenetxa Alexsovanı (6:0) məğlub eləsə də, üçüncü mərhələdə Rusiya nümayəndəsi Mariya Smolyaxovaya (1:8) məğlub oldu və çempionatı beşinci pillədə başa vurdu.

2004-cü ilin aprelində Yuliya Ratkeviç Avropa Çempionatlarında debüt etdi. İsveçin Haparanda şəhərində baş tutan turnirdə Yuliya Ratkeviç əvvəlcə Polşa nümayəndəsi Malqorzata Bassa-Roquşaya (0:4), sonra isə Almaniya nümayəndəsi Stefani Stubera (0:2) məğlub oldu. Daha sonra Yuliya Ratkeviç üçüncü mərhələdə İsveçrə nümayəndəsi Nadiya Meyera qalib gəlsə də (5:4), dördüncü mərhələdə Rusiya nümayəndəsi Lyubov Volossovaya (1:11), beşinci mərhələdə isə Polşa nümayəndəsi Malqorzata Bassa-Roquşaya (1:4) hesabı ilə məğlub oldu. Nəticədə beş görüşün birində qalib gələn, dördündə isə məğlub olan Yuliya Ratkeviç Avropa Çempionatını altıncı pillədə başa vurdu.

2004-cü ilin iyulunda isə Yuliya Ratkeviç Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı. Turnirin final görüşündə Polşa nümayəndəsi Emiliya Drzevinsxaya məğlub olan Yuliya Ratkeviç gənclər arasında Avropa Çempionatının gümüş medalına sahib oldu.

2007-ci il: Azərbaycana gəlişi

2008-ci il: Zədə və buraxılan olimpiada

2009-cu il: Dünya çempionluğu

2010-cu il: Dünya Çempionatında final

2011-ci il: Avropa çempionluğu

2012-ci il: London Olimpiadasında bürünc

2013-cü il: Universiadada qələbə

2014-cü il: Dünya Çempionatında final

2015-ci il: Las-Veqasda Dünya Çempionatı bürüncü

2016-cı il: Rio-de-Janeyro Olimpiadasında uğursuzluq

Rio-de-Janeyro Olimpiadası

Rio-de-Janeyro Olimpiadasında 58 kiloqram çəki dərəcəsində yarışan London Olimpiadasının bürünc medalçısı Yuliya Ratkeviç medalın bir addımlığında uduzdu. Ratkeviç birinci görüşdə ötən, 2015-ci ilin Dünya çempionu Ukrayna güləşçisi Oksana Herhel ilə qarşılaşdı və gərgin görüşdən 7:5 hesablı qələbə ilə ayrıldı. 1/4 final mərhələsində Yuliya Ratkeviç Kolumbiya güləşçisi, 2008 və 2012-ci il Olimpiya Oyunlarının bürünc medalçısı Jakeline Renteria ilə üz-üzə gəldi. Görüş boyu Renteriadan üstün olan Ratkeviç 7:3 hesabı ilə qələbə qazandı və yarım-finala adladı. Yarım-finalda Yuliya Ratkeviç əfsanəvi Yaponiya güləşçisi, 3 qat Olimpiya və 10 qat Dünya çempionu Kaori İçoya 0:10 hesabı ilə məğlub oldu və bürünc medal uğrunda yarışdı. Həlledici görüşdə onun rəqibi Tunis nümayəndəsi Mərvə Əmri oldu. Həmin qarşılaşmda 3:0 hesabı ilə Ratkeviç öndə olsa da, gözlənilmədən Əmri görüşdə geri dönüş etdi və 6:3 hesabı ilə qarşılaşmamım qalibi oldu. Yuliya Ratkeviç isə XXXI Yay Olimpiya Oyunlarını 5-ci pillədə başa vurdu.

Uğurları

Sıra
İl
Yarış
Şəhər
Nəticə
1
2002
Yeniyetmələrin Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
5.
2
2004
Yeniyetmələrin Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
2.
3
2005
Gənclərin Dünya Çempionatı Litva Litva
1.
—
2006
Avropa Çempionatı Rusiya Rusiya
DSQ
4
2007
Dünya Çempionatı Azərbaycan Azərbaycan
7.
5
2008
Avropa Çempionatı Finlandiya Finlandiya
1.
6
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
7
Gənclərin Avropa Çempionatı Slovakiya Slovakiya
1.
8
Olimpiya Oyunları Çin Xalq Respublikası Çin
3.
9
2009
Avropa Çempionatı Litva Litva
1.
10
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
3.
11
Dünya Çempionatı Danimarka Danimarka
1.
12
2011
Yaşar Doğu turniri Türkiyə Türkiyə
1.
13
Avropa Çempionatı Almaniya Almaniya
1.
14
Austrian Ladies Open Avstriya Avstriya
1.
15
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
16
Dünya Çempionatı Türkiyə Türkiyə
2.
17
FILA Test Turniri Böyük Britaniya Birləşmiş Krallıq
1.
18
2012
Kiyev beynəlxalq turniri Ukrayna Ukrayna
1.
19
Almaniya Qran-Prisi Almaniya Almaniya
1.
20
Olimpiya Oyunları Böyük Britaniya Birləşmiş Krallıq
2.
21
2014
Paris Qran-Prisi Fransa Fransa
1.
22
Klippan Lady Open İsveç İsveç
1.
23
Avropa Çempionatı Finlandiya Finlandiya
1.
24
Almaniya Qran-Prisi Almaniya Almaniya
1.
25
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
26
Dünya Çempionatı Özbəkistan Özbəkistan
3.
Sıra
İl
Yarış
Şəhər
Nəticə
27
2015
Klippan Lady Open İsveç İsveç
1.
28
Avropa Oyunları Azərbaycan Azərbaycan
1.
29
Polad Open Polşa Polşa
1.
30
Dünya Çempionatı ABŞ ABŞ
2.
31
2016
Kiyev beynəlxalq turniri Ukrayna Ukrayna
1.
32
Avropa Çempionatı Latviya Latviya
1.
33
Poland Open Polşa Polşa
1.
34
Olimpiya Oyunları Braziliya Braziliya
2.

Həmçinin bax

  • Azərbaycan 2012 Yay Olimpiya Oyunlarında
  • Azərbaycan 2016 Yay Olimpiya Oyunlarında

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuliya Ratkeviç haqqında məlumat. Yuliya Ratkeviç nədir? Yuliya Ratkeviç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rey şəhristanı

  • Fevral 27, 2026

    Cəlaloğlu

  • Fevral 27, 2026

    Dumanlıq

  • Fevral 27, 2026

    Neftçala (şəhər)

  • Mart 01, 2026

    Hirs

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst