Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuanxay (271, Vey – 19 avqust 310, Xan Çao imperiyası) — hun qəbilə başçısı, Yufuluonun nəvəsi və ilk Xan Çao imperiyası hökmdarı.

Yuanxay

  • Ana Səhifə
  • Vikipediya
  • Yuanxay

Yuanxay (271, Vey – 19 avqust 310, Xan Çao imperiyası) — hun qəbilə başçısı, Yufuluonun nəvəsi və ilk Xan Çao imperiyası hökmdarı.

Yuanxay Quanquen
劉淵
Xan Çao imperiyası I şanyüsü
SonrakıLiu He
Şəxsi məlumatlar
Doğum tarixi 271
Doğum yeri Şanhsi, Çin
Vəfat tarixi 19 avqust 310 (38–39 yaşında)
Vəfat yeri Linfen, Çin
Fəaliyyəti hərbi lider[d]
Atası Bao
Anası Tsao Yan
Həyat yoldaşları Huyan
Dan
Çanq Çuvu
Uşağı Yuanxay#Ailəsi
Dini Tenqriçilik

Mündəricat

Arxa plan

Yuanxay hun qəbilə başçısı Baonun oğlu idi. Xan sülaləsi devrildikdən sonra Tsao Vey və Cin sülaləsi Çində hakimiyyət uğrunda mübarizəyə başlamışdı. Çoxillik Çin əsarətindən bezən hunlar da hakimiyyət uğrunda mübarizəyə başladılar.

Cin sülaləsi hərbçisi kimi

Yuanxay kiçik vaxtlarından bəri Çində böyümüş və Çin ədəbiyyatında ixtisaslaşmışdı. General Vanq Hun tərəfindən potensiallı olaraq görülən Yuan, Cin sülaləsindən olan İmperator Vuya tərifləsə və generallığa təklif etsə də onun qohumları bunu istəmədi. Çünki o əslən Hun idi. Yuanxaydan qorxan imperatorun qardaşı da onun edamını istədi. Baonun ölümündən sonra Yuanxay atasının torpaqlarına sahib oldu. Yuanxay imperatorun oğlunun əmri altında bir general oldu.

Müstəqillik

Yuanxay kifayət qədər gücləndikdən sonra qardaşı Hsüan şimalda üsyan etdi. Hsüan qardaşına məktub göndərərək yardım qarşılığında şanyülük təklif etdi. Yuanxay imperatorun oğlundan ona dəstək üçün əsgər yığmaq bəhanəsi ilə şimala qayıtdı və 50.000 Hun əsgəri yığdı. Lişi şəhərini ələ keçirərək özünü Xan imperatoru elan etdi. Çünki Mete xaqanın nəvəsi idi və ana tərəfdən Xan sülaləsi üzvü sayılırdı. Buna görə də yeni dövlətin adını "Xan" qoydu. "Xan Çao" sözü isə daha sonra kəşf olunmuş sözdür.

Xan Çao Quanquen (漢(趙)光文帝)
Adı:Liu Yuan (劉淵)
Yetkinlik adı:Yuanxay (元海)
Məbəd adı:Qaoçu (高祖)
Ölümdən sonrakı adı:Quanqvendi (光文帝)

Yenidən quran imperator

Era adı:Çzyansin (建興) 304—308

Yunfen (永鳳) 308—309

Xejuy (河瑞) 309—310

Hakimiyyəti

İki dəfə paytaxt dəyişən Yuanxay 308-ci ildə tac qoydu. Keçmiş imperiya qüvvələrinə qalib gələn Yuanxay özünə çinli üsyançıları da çəkirdi. Bunlardan biri də gələcəkdə öz imperiyasını quracaq olan Şi Le idi. Qardaşı oğlu Liu Yaonu general edən imperator ilk illərində çox güclü idi. Özünə "Liu" soyadını götürməsinin səbəbi isə keçmiş Xan sülaləsi üzvlərinin soyadının Liu olması idi. İmperatorluğunu elan edəndən 2 il sonra xəstələnən imperatorun yerinə oğlu taxta keçdi.

Ailəsi

Həyat yoldaşları:

  • Huyan - Qiyan qəbiləsindən idi. Əsl adı bilinmir.
  • Dan - Çinli Di qəbiləsinin başçısı Dan Çenqin qızı idi. Əsl adı bilinmir.
  • Çanq Çuvu - imperatorun məşuqəsi idi. Daha sonra imperatriça elan olundu.

Uşaqları:

  • Liu He - Lianq knyazı və gələcək imperator.
  • Liu Yu - Ki knyazı.
  • Liu Lonq - Lu knyazı.
  • Liu Konq - Çu knyazı və gələcək imperator.
  • Liu Ay - Beyhay və Beybu knyazı.
  • Liu Qonq.
SƏLƏF
Yeni dövlət
Yuanxay
Xan Çao hökmdarı və Çin imperatoru

308-310
XƏLƏF
Liu He

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yuanxay sözünün mənası, yuanxay haqqında məlumat. yuanxay nədir? yuanxay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Redaktor

  • Fevral 27, 2026

    Pretorianlar

  • Fevral 27, 2026

    Moldavanlar

  • Mart 01, 2026

    Riçard Trevitik

  • Fevral 27, 2026

    Birlik Oyunları

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst