Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yorq Baberovski (24 mart 1961, Radolfsell[d], Konstanz[d]) — alman tarixçisi, stalinizm dövrü ilə bağlı mütəxəssis, Berlin Humboldt Universitetinin Şərqi Avropa

Yorq Baberovski

  • Ana Səhifə
  • Vikipediya
  • Yorq Baberovski

Yorq Baberovski (24 mart 1961, Radolfsell[d], Konstanz[d]) — alman tarixçisi, stalinizm dövrü ilə bağlı mütəxəssis, Berlin Humboldt Universitetinin Şərqi Avropa tarixi üzrə professoru.

Yorq Baberovski
alm. Jörg Baberowski‎
Doğum tarixi 24 mart 1961(1961-03-24) (64 yaş)
Doğum yeri
  • Radolfsell[d], Konstanz[d], Almaniya Federativ Respublikası
Təhsili
  • Göttingen Universiteti (1982–1988),
  • İohann Volfqanq Göte adına Frankfurt Universiteti
Fəaliyyəti tarixçi, universitet müəllimi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

Baberovski Qərbi Almaniyanın Radolfzel am Bodense şəhərində anadan olub. O, katolik və sosial demokrat ailəsində böyüyüb. Onun babası polşalıdır. Babasının əsli Rur hövzəsində yaşayan polşalı azlığa aiddir. 1982-ci ildə Holzminden şəhərində gimnaziyanı bitirib. 1982–1988-ci illər arasında Göttingen Universitetində tarix və fəlsəfə üzrə təhsil alıb. 1988-ci ildə "Rusiya imperiyasının son illərində siyasi məhkəmə" mövzusunda elmi işi müdafiə edərək magistr dərəcəsini alıb.

Frankfurt Universitetinin Şərqi Avropa tarixi seminarlarında elmi işçi kimi işləməyə başlayır. 1993-cü ilin qışında "Avtokratiya və məhkəmə" mövzusunda elmi işi müdafiə edərək doktorluq dərəcəsi alır. 1993-cü ilin yaz ayından etibarən Tübingen universitetinin Şərqi Avropa tarixi İnstitutunda işləməyə başlayır və 2000-ci ilin iyun ayında burada "Qafqazda stalinizm haqqında birmənalılıq axtarışında" adlı habilitasiya elmi işini müdafiə edir. Sonradan bu elmi işinin əsasında "Düşmən hər yerdədir. Qafqazda stalinizm" kitabını nəşr etdirir. Tədqiqatçı kimi Azərbaycanın, Finlandiya və Rusiyanın arxivlərində qorunan sənədlərlə işləyib.

2001-ci ilin aprel ayından etibarən Baberovski Leypsiq Universitetində Şərqi Avropa tarixi üzrə müvəqqəti professor yerini alır. 2002-ci ilin oktyabr ayından isə Berlin Humboldt Universitetinin nəzdində Tarixi araşdırmalar İnstitutunun Şərqi Avropa tarixi kafedrasında professorluq edir. 2004-cü ildən 2006-cı ilin fevral ayına qədər isə professorluqla yanaşı həmin institutun direktor vəzifəsini də icra edir.

Əsərləri

  • Yorq, Baberovski. "Avtokratiya və Ədalət". Çökən Çar imperiyasında qanunun aliliyi və geriliyin əlaqə 1864—1914-cü illər («Autokratie und Justiz». Zum Verhältnis von Rechtsstaatlichkeit und Rückständigkeit im ausgehenden Zarenreich 1864–1914) (alm. ‎). Frankfurt: Klostermann Vittorio GmbH. 1996. 846 səhifə. ISBN 3-465-02832-5.
  • Yorq, Baberovski. Düşmən hər yerdədir. Qafqazda stalinizm (Der Feind ist überall. Stalinismus im Kaukasus ) (alm. ‎). Moskva: РОССПЭН. 2003. 658 səhifə. ISBN 978-5-8243-1435-9.
  • Yorq, Baberovski. Qırmızı terror. Stalinizmin tarixi (Der Rote Terror: Die Geachichte des Stalinismus) (alm. ‎). Moskva: РОССПЭН. 2004. 280 səhifə. ISBN 978-5-8243-0877-8..
  • Yorq, Baberovski. Hegeldən Fukoya qədər tarixi araşdırma nəzəriyyələri («Der Sinn der Geschichte». Geschichtstheorien von bis Hegel Foucault) (alm. ‎). Münhen: C.H.Beck. 2005. 250 səhifə. ISBN 978-3-406-66917-0.
  • Yorq, Baberovski. Yandırılmış torpaq. Stalinin zorakılıq krallığı (Verbrannte Erde: Stalins Herrschaft der Gewalt.) (alm. ‎). Moskva: РОССПЭН. 2012. 488 səhifə. ISBN 978-5-8243-1858-6.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yorq baberovski sözünün mənası, yorq baberovski haqqında məlumat. yorq baberovski nədir? yorq baberovski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Bizans İmperiyası

  • Mart 06, 2026

    Həmid Qasımbəyov

  • Fevral 27, 2026

    Əlləz Vəliyev

  • Fevral 27, 2026

    Azərbaycan nəşriyyatı

  • Mart 07, 2026

    Ehtiyac

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst