Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yeni Zod (əvvəlki adı: Azad) — Azərbaycan Respublikasının Göygöl rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ say

Yeni Zod

  • Ana Səhifə
  • Vikipediya
  • Yeni Zod

Yeni Zod (əvvəlki adı: Azad) — Azərbaycan Respublikasının Göygöl rayonunun Yeni Zod kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Azad kənd inzibati-ərazi vahidi tərkibindəki Azad kəndi Yeni Zod kəndi, Azad kənd inzibati-ərazi vahidi Yeni Zod kənd inzibati-ərazi vahidi adlandırılmışdır.

Yeni Zod
40°29′35″ şm. e. 46°21′01″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.145 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 500 nəf. (1968)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 2500
Xəritəni göstər/gizlə
Yeni Zod xəritədə
Yeni Zod
Yeni Zod
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

Kəndin keçmiş adı Suluqdur. 1990-cı ilədək yaşayış məntəqəsinin əhalisi XIX əsrdə Cənubi Azərbaycanın Xoy mahalından köçüb gəlmə ermənilərdən ibarət olmuşdur. İndiki əhalisi Ermənistandan zorla çıxarılmış azərbaycanlılardır. Tarixi mənbələrin verdiyi məlumata görə, III-V əsrlərdə Azərbaycanda feodal istehsal üsuluna keçildi. Feodallar iki qrupa ayrılırdı: dünyəvi və ruhani feodallar. Dünyəvi feodallar iri və xırda feodallar təbəqəsindən ibarət idi. Xırda feodallar "azatlar" adlanırdı. Hökmdarların və iri I feodalların dayağı olan azatlar onların vassalları hesab edilirdilər. I Xosrov Ənuşirəvanın zamanında azatların sayı artırdı. Azatlar kahinlər kimi böyük imtiyaza malik idilər. Bununla bağlı azat/azad sözü "xırda", "kiçik" mənası ilə yanaşı "müstəqil, sərbəst" mənalarını kəsb etməyə başladı. Azad sözünün şəxs adı kimi istifadə edilməsi daha sonrakı dövrlərə aiddir. Azərbaycan toponimiyasında rast gəlinən azad toponimləri və topokomponentlərinin böyük əksəriyyəti "xırda", "müstəqil" mənaları ilə izah olunur. Ermənistan ərazisində Azad (keçmiş Ağkilsə kəndinin 1935-ci ildən etibarən adı), Azatamut, Krımda Azat yaşayış məntəqələri qeydə alınmışdır.

Tarixi

Coğrafiyası və iqlimi

Kənd Kürəkçayın sol sahilindən bir qədər aralı, Murovdağ silsiləsinin ətəyində, Göy göldən cəmi 10 km. aralıda yerləşir.

Əhalisi

Sakinlərinin əksəriyyətini Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndindən 1988-ci ildə qaçqın düşmüş əhali təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1177 nəfər əhali yaşayır.

İqtisadiyyatı

  • Kənd əhalisi əsasən kənd təsərrüfatı ilə məşğuldur.

Mədəniyyəti

Kənddə iki klub və iki kitabxana fəaliyyət göstərir. Elektron ATS-ə malik olan kənddə əksər evlər telefonla təchiz edilib.

Təhsil

Kənddə bir orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Həmçinin bax

  • Zod

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yeni Zod haqqında məlumat. Yeni Zod nədir? Yeni Zod nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elm (nəşriyyat)

  • Fevral 27, 2026

    Qara köynəklilər

  • Fevral 27, 2026

    Nəqşi-Rüstəm

  • Fevral 23, 2026

    Dəməşq

  • Fevral 24, 2026

    Kürasao

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst