Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yem — kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillik bitkilər. Buraya siloslu və dənli yem bitkiləri aiddir. Azərb

Yem

  • Ana Səhifə
  • Vikipediya
  • Yem

Mündəricat

Yem bitkiləri

Ot talası

Yem — kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillik bitkilər. Buraya siloslu və dənli yem bitkiləri aiddir. Azərbaycanda birillik və çoxillik yem otları, şalğam, yemlik, yerkökü, yem çuğunduru, turneps, kartof (yemlik sortları), yerarmudu, yemlik qarpız və qabaq, qarğıdalı, günəbaxan, yem kələmi və s. becərilir. Yaşıl yem üçün dənli-paxlalı (noxud, soya, mərcimək) və dənli yemlər (çovdar, vələmir, arpa, darı) bitkilər, dənli yemlər almaq üçün çöl noxudu, at paxlası, noxud, vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur.

Yem əmsalı

İstifadə olunan yem kütləsinin, yemi istifadə edənin çəkisinin artımına nisbəti (onların kimyəvi tərkibindən asılı olmayaraq). Yem əmsalı sənaye heyvanlarının inkişafı üçün yem resurslarının effektivliyini göstərir.

Yem norması

Heyvanların sağlam saxlanmasını v ə yüksək məhsuldarlığını təmin etmək üçün zəruri qidalı maddələrin miqdarı. Yemləmə məhsuldarlıqdan (südlük, ətlik, yunluq, yumurtalıq), məhsulun tərkibindən (südün yağlılığı) fizioloji vəziyyətdən (böyümə, dölün inkişafı və s.) asılı olaraq normaya salınır. Müasir yem normasına heyvanların qidalı maddələrə, yem vahidi ilə ifadə edilən və kalsiuma, fosfora, proteinə, karotinə olan ümumi tələbatı daxildir. Heyvanın hər növünə vitamin və mikroelementlərin, donuzlar və quşlar üçün amin turşuların sərf olunma norması hazırlanmışdır. Yem norması daimi deyil. Yem rasionu yem norması əsasında düzəldilir.

Yem rasionu

Heyvanların qidalı maddələrə tələbatına görə yem norması. Yemlərin qidalılığı və tərkibi əsasında hazırlanan sutkalıq yem.

Yem vahidi

Yemin ölçü vahidi və ümumi qidalılığının müqayisəsi. Bir yem vahidi kimi 1 kq quru vələmirin orta qidalılığı vahid qəbul edilmişdir. Qaramalda piylənməyə görə təyin edilmiş bir yem vahidinin qidalılığı 150 q yağa və ya 1414 kal-yə bərabərdir. Kənd təsərrüfatı heyvanları üçün yem norması yem vahidi əsasında hesablanır.

Yem yeri

Vəhşi heyvanları cəlb etmək məqsədilə müəyyən yerə yem qoymaq (tutmaq və ya müşahidə aparmaq üçün).

Yemin məhsuldar təsiri əmsalı

İstifadə edilən qidanın miqdarının istifadə edənin artımına nisbəti (hər iki göstərici quru çəki ilə ifadə olunur).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yem sözünün mənası, yem haqqında məlumat. yem nədir? yem nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Cami

  • Fevral 27, 2026

    Akariform gənələr

  • Fevral 25, 2026

    SMILES

  • Mart 01, 2026

    Dərəkənd (Xocavənd)

  • Fevral 20, 2026

    Tayvan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst