Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yelisey sarayı (fr. Palais de l'Élysée) — Fransa Respublikası Prezidentinin Parisdəki iqamətgahı (VIII arondisman, "Faubourg Saint-Honoré" məhəlləsi, № 55). Həm

Yelisey sarayı

  • Ana Səhifə
  • Vikipediya
  • Yelisey sarayı

Yelisey sarayı (fr. Palais de l'Élysée) — Fransa Respublikası Prezidentinin Parisdəki iqamətgahı (VIII arondisman, "Faubourg Saint-Honoré" məhəlləsi, № 55). Həmçinin Fransa Nazirlər Şurasının iclasları burada, "Murat" zalında keçirilir. İyulun 14-də Fransa Milli Günü (əvvəllər Bastiliya Günü) ilə əlaqədar olaraq axşam sarayın bağlarında şənliklər keçirilir.

Görməli yer
Yelisey sarayı
Palais de l'Élysée
Ölkə
  •  Fransa
Şəhər Paris
Yerləşdiyi yer VIII arondisman, "Faubourg Saint-Honoré" məhəlləsi, № 55
Binanın tipi malikanə
Memarlıq üslubu barokko memarlığı, klassisizm
Memar Armand-Klod Mollet
Əsası qoyulub 1722 (tikintisi : 1718 - 1722)
Əsas tarixlər
Açılış tarixi 1722
Bina
Status Tarixi abidə
Sayt elysee.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fransa Prezidenti Yelisey sarayında Respublika Qvardiyasının fəxri qarovul dəstəsinin qarşısında xarici dövlət başçılarını qəbul edir.

Mündəricat

Tarixi

Bina 1718-1722-ci illərdə memar Armand-Klod Mollet tərəfindən "Latour d'Auvergne" ailəsindən qraf Evreux və həyat yoldaşı üçün dəbli metropoliten malikanəsi kimi "regency" üslubunda tikilmişdir. 1753-cü ildə qrafın ölümündən sonra saray XV Lüdovik tərəfindən Madam de Pompadur üçün satın alındı. Bu dövrdə sarayın ərazisi genişləndirildi. Madam de Pompadurun 1764-cü ildə ölümündən sonra saray kralın uzaq qohumlarına keçdi.

Bina I Napoleon dövründə ilk dəfə dövlət məqsədləri üçün istifadə edilmişdir. 1805-ci ildə saray Yoahim Murat tərəfindən satın alındı və o, Neapola getdikdən sonra imperator özü orada məskunlaşdı.

1816-cı ildə XVIII Lüdovik tərəfindən satın alındı.

1848-ci ildən saray imperator III Napoleonun rəsmi iqamətgahına çevrildi. Həmçinin bina 1853-1867-ci illərdə imperatorun əmri ilə memar Cozef-Yevgeni Lakroix tərəfindən yenidən tikilib və o vaxtdan onun görünüşü dəyişməyib

Qalereya

  • Saray qapısı
    Saray qapısı
  • Parkdan saraya baxış
    Parkdan saraya baxış
  • Gümüş zaldan görünüş
    Gümüş zaldan görünüş

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yelisey sarayı sözünün mənası, yelisey sarayı haqqında məlumat. yelisey sarayı nədir? yelisey sarayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Saksen-Koburq-Qot sülaləsi

  • Fevral 27, 2026

    Qovanlı oymağı

  • Mart 06, 2026

    Valentin Rasputin

  • Fevral 27, 2026

    Binəqədi rayonu

  • Mart 01, 2026

    ByteDance

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst