Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadiml

Yeddi müdrik

  • Ana Səhifə
  • Vikipediya
  • Yeddi müdrik

Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər.

Nürnberq salnaməsində Yeddi Müdrik

Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər.

Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir. Onların hamısı m. ö. VII – VI yüzilliklərdə yaşamışdılar.

“Yeddi müdrik” hesab edilən insanlar həyatın təcrübəsindən bəhrələnərək hikmətli sözlər və kəlamlar demişdirlər. Bu da onların müdrikliklərindən irəli gəlirdi. Bu əxlaqi kəlamlar xalqın yaddaşında qalmış, nəsillərin tərbiyə edilməsində böyük rol oynamışdır. Onların fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, bu kəlamlarda dini və mifoloji məzmun olmamışdır. Bu da o zaman ənənəvi yunan dünyagörüşünün böhran keçirməsindən xəbər verir. Burada tanrılar və igidlər aləminə qarşı qnome’lər (yun. γνώμη – fikir) adlanan qısa aforizmlər şəklində verilmiş müdrik ifadələr yer almışdır. Bununla da əsatirlər və dini inanclardan asılı olmayan dünyagörüşünün əsasları qoyulurdu ki, bu da fəlsəfənin yaranması üçün çox vacib amil olmuşdur. “Yeddi müdrikin” qnomelərinin nümunələri bunlardır:

“Görkəminlə deyil, əməlinlə seçil” (Miletli Fales);

“Yeni dostları qazanmağa, köhnələri rədd etməyə tələsmə” (Solon);

“Sözü yalnız yeri gələndə de” (Bias);

“Hər şeyi qədəri ilə et, həddi aşma” (Pittakus);

“Verdiyin sözü pozma” (Periander);

“Bədən və ruhun sağlam olmalıdır” (Kleobulos);

“Dilin ağlının önünə keçməsin” (Xilon).

Ədəbiyyat

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, c. 16-18.
  • Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yeddi müdrik haqqında məlumat. Yeddi müdrik nədir? Yeddi müdrik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nərgizgülü

  • Fevral 27, 2026

    Maqneto (komiks)

  • Fevral 27, 2026

    Proteinin quruluşu

  • Fevral 27, 2026

    Var (departament)

  • Fevral 25, 2026

    Xərçəng xəstəliyi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst