Yarpızlı — Göyçə mahalının Basarkeçər rayonunda kənd. (İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı)
| Yarpızlı | |
|---|---|
| |
| 40°09′07″ şm. e. 45°36′52″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Basarkeçər rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Yarpızlı | |
Tarixi
Yarpızlı İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponimi
Mənbələrdə Yarpuzlu kimi qeyd edilir. Toponim yabanı bitki olan yarpız sözünə çoxluq, cəmlik anlayışı bildirən -lı şəkilçisi artırmaqla düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lçavan (Gölkənd) qoyulmuşdur.XIX əsrin ortalarında qışlaq əsasında yaranmışdır. Qışlaq isə " Yarpızlı" adlı yerin adı ilə adlanmışdır.
Əhalisi
Kənddə 1831-ci ildə 121 nəfər, 1873-cü ildə 398 nəfər, 1886-cı ildə 465 nəfər, 1897-ci ildə 584 nəfər, 1908-ci ildə 719 nəfər, 1914-cü ildə 815 nəfər, 1916-cı ildə 771 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu, 1919-cu ilin yanvarında azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş və kənd yandırılmışdır. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar kəndlərinə dönə bilmişlər. Köçürülən az sayda ermənilərlə yanaşı burada 1922-ci ildə 336 nəfər, 1926-cı ildə 419 nəfər, 1931-ci ildə 547 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948–53-cü illərdə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüşdür, lakin sonradan azərbaycanlıların bir qismi geriyə Yarpızlıya qayıtmışdır. 1948-ci ildə kəndin əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir Yarpızlılar üçüncü dəfə 1988-ci ildə tamamilə zorla Ermənistan dövləti tərəfindən qovulmuşlar. İndi burada təkcə ermənilər yaşayır.
Yarpızlı – 1919-cu il. 800 nəfər yaşamışdır. Andranikin rəhbərliyi altında daşnaklar kəndi yerlə-yeksan etmiş, böyükdən kiçiyə — qoca, qadın, uşaq demədən əhalini kütləvi surətdə qırmışlar. Salamat qalanlar dagla-dərəylə Azərbaycana pənah gətirmişlər.
1941/45-də həlak olanlar
- Əmirzadayev İslam Məhəmmədəli oğlu,
Görkəmli şəxsiyyətləri
- Aşıq Vəli – ustad aşıq.
- Aşıq İslam — ustad aşıq.
- Aşıq Oruc Əhmədov – ustad aşıq.
- Aşıq Şahsuvar — aşıq
- İsmayıl Məmmədov (alim) — Filologiya elmləri doktoru, professor.
- Rövşən Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yarpızlı haqqında məlumat. Yarpızlı nədir? Yarpızlı nə deməkdir?

