Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yalançı əqrəblər (lat. Pseudoscorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi.

Yalançı əqrəblər

  • Ana Səhifə
  • Vikipediya
  • Yalançı əqrəblər

Yalançı əqrəblər (lat. Pseudoscorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi.

Yalançı əqrəblər
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Arachnomorpha
Yarımtip:
Xeliserlilər
Sinif:
Hörümçəkkimilər
Dəstə:
Yalançı əqrəblər
Beynəlxalq elmi adı
  • Pseudoscorpiones Charles De Geer, 1778
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  690741
NCBI  51799
EOL  220
FW  

Haqqında

Yalançı əqrəblər kiçik ölçüləri və gizli həyat tərzi ilə səciyyələnirlər. Başqa hörümçəkkimilər arasında yalançı əqrəblər yalnız onlara məxsus olan bədən quruluşu, xüsusi halda qısqac formasında olan iri pedipalplar – ikinci cüt ətrafları ilə seçilir. Bu sonuncular əqrəblərin qısqacına çox bənzədiyi üçün hörümçəkkimilərin bu dəstəsinə yalançı əqrəb adı verilmişdir. Bundan başqa, hərəki xeliser barmaqların — birinci cüt ətrafların ucunda tor vəzilərin olması, xela barmaqlarındakı zəhərli aparat, mürəkkəb "nikah" davranışı, eləcə də dişinin yumurtaları və körpələri daşıması yalançı əqrəblərin fərqli təkamülündən xəbər verir. Yalançı əqrəblər yırtıcıdırlar, qida kimi xırda buğumayaqlılardan kolenbol, gənə, həşərat sürfəsi, xırda hörümçəklər və.s – dən istifadə edirlər. Yalançı əqrəblər səhralardan tutmuş qarlı dağlara qədər, demək olar ki, hər yerdə rast gəlinir. Gizli yaşayış yerlərinə — daşların, ağac qabıqlarının altına, döşənəyə, quş yuvalarına, torpağın müxtəlif horizontlarına yerləşən gəmirici yuvalarına üstünlük verirlər.Çoxlu miqdarda mağara yalançı əqrəb növləri, vardır. Onlar mağara həyatı üçün səciyyəvi olan əlamətlər kəsb etmişlər: gözlər yox olmuş, ətrafların buğumları uzanmış, duyğu tükləri güclü inkişaf etmişdir. Chelifer concroides L. Və Cheiridium museorum Menge kimi Sinantrop növlər yaxşı məlumdur. Onlara evlərdə, suvağın altında, kitabların arasında, herbarilərin içində rast gəlmək olar . Dalğalı zolaqlarda rast gələn qalofilləri, eləcə də cücələrdə, quşlarda və gəmiricilərdə foreziya edən növü Lamprochernes nodosus Schrank xüsusi qeyd etmək lazımdır. Azərbaycanın yalançı əqrəblər faunası 52 növə malikdir. Onların əksəriyyəti Kiçik Asiya-Qafqaz shelkovnikovi Neobisium anatolicum Beier. Dactylochelifer gruberi, Qafqaz endemiki Qafqaz chtonius azerbaidzhanus Schwaller et Dashdamirov, Ronxus arexellus Schwaller et Dashdamirov, Colocheiridius centralis nataliae Sashdamirov, Hernes horvatii Aralıq dənizi Colocheiridium libanoticus Beier., Pselaphochernes Lacertosus, Hysterochelifer meridianus, palearktik Neobisium carcinoides Dendrochernes cyrneus, Dactylochelifer latreillei zoocoğrafi kompleksləri təmsil edir. Aşağıda Azərbaycanın əsas coğrafi regionları üçün səciyyəvi olan növlərin adı verilir: Böyük Qafqaz üçün — Chthonius shelkovinikovi Ch.azerbaidzhanus Schaw Et dash, Neobisium anatolicum Beier, N.validum, Roncus microphthalmus, Asanthocreagrisredikorzevi Dash, Beierochelifer sp indet., Kür-Araz ovalığı üçün – Mukrobisium brevifemoratum, Minniza babylonica Beier, Atemnus politus, withius piger, Chelifer cancroides L., Talış zonası üçün – N.alticola Beier, N.macrodactylum, R.parablothroides Hadzi, Chernes horvathii, Dactylochelifer gruberi Beter.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yalançı əqrəblər haqqında məlumat. Yalançı əqrəblər nədir? Yalançı əqrəblər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tahir Salahov

  • Fevral 27, 2026

    Vulkan külü

  • Fevral 27, 2026

    TR 107

  • Fevral 27, 2026

    Hereti

  • Fevral 27, 2026

    Adi qaraqulaq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst