Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yakopo Peri (it. Jacopo Peri; 20 avqust 1561, Roma — 12 avqust 1633, Florensiya) — İtaliyalı bəstəkar və müğənni, Florensiya kameratasının üzvü. Təxminən 1597-c

Yakopo Peri

  • Ana Səhifə
  • Vikipediya
  • Yakopo Peri

Yakopo Peri (it. Jacopo Peri; 20 avqust 1561, Roma — 12 avqust 1633, Florensiya) — İtaliyalı bəstəkar və müğənni, Florensiya kameratasının üzvü. Təxminən 1597-ci ildə yazılan və İlk opera sayılan "Dafna" əsəri və qədim operalardan biri hesab edilən "Evridika"nın müəllifi.

Yakopo Peri
it. Jacopo Peri
Yakopo Perinin Bernardo Buontalenti tərəfindən 1589-cu ildə çəkilmiş rəsmi
Yakopo Perinin Bernardo Buontalenti tərəfindən 1589-cu ildə çəkilmiş rəsmi
Ümumi məlumatlar
Doğum tarixi 20 avqust 1561
Doğum yeri Roma, Papa dövləti
Vəfat tarixi 12 avqust 1633 (71 yaşında)
Vəfat yeri Florensiya, Toskana Böyük Hersoqluğu
Vətəndaşlığı İtaliya
Musiqiçi məlumatları
Fəaliyyəti opera bəstəkarı, orqan ifaçısı, opera müğənnisi, bəstəkar
Fəaliyyət illəri 1587-ci ildən
Janr opera
Musiqi alətləri orqan
Səs tembri tenor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peri musiqi təhsilini Florensiyada almışdır, onun müəllimi Kristofano Malvezzi sayılır. Yerli kilsələrdə müğənni və orqan ifaçısı kimi işləmişdir. Sonradan Mediçilərin sarayında müğənni (tenor) və saray bəstəkarı kimi çalışmağa başladı. Pyeslər və madriqallar üçün yazdığı musiqilər onun bəstələdiyi ilk əsərlərdir.

1590-cı illərdə Peri Florensiyanın əsas musiqi xeyriyyəçisi Yakopo Korsi ilə tanış oldu. Onlar ikisi də eyni fikirdə idilər ki, müasir incəsənət yunan və Roma mədəniyyətinin klassik əsərlərindən geri qalır. Onlar yunan faciəsini özlərinin anladığları kimi bərpa etmək qərarına gəldilər. Onların bu işi Florensiya kameratasının 10 il öncə başladığı işi davam etdirdi. Onların "monodoniya" ilə eksperiment apardılar ki, bu da ariya və reçitativin yaranmasına gətirib çıxartdı. Peri və Korsi libretto yazmaq üçün şair Ottavio Rinuççinini dəvət etdilər. Onların birgə əsəri "Dafna" ənənəvi olaraq ilk opera hesab edilir, o, 1597-98-ci illərdə Venesiyada karnaval zamanı göstərilmişdir.

Peri və Rinuççini "Evridika" adlı növbəti opera üzərində birgə işləməyə başladılar, onun premyerası 1600-cu il oktyabrın 6-da Florensiyanın Palazzo Pitti sarayında keçirilmişdir. Əsərdə ariya və xorla birlikdə reçitativ hadisələrin irəliləməsi üçün istifadə olunurdu.

Sonralar Peri daha 5 opera və saray həyatının müxtəlif hadisələrinə aid digər janrlarda olan əsərlər yazdı. Onun vəfatı zamanı yaratdığı opera üslubu kiçik nəslin (məsələn, Klaudio Monteverdi) işləri ilə müqayisədə kifayət qədər köhnəlmiş görünsə də, Perinin yaradıcılığının opera janrının yaranmasına təsiri böyükdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yakopo Peri haqqında məlumat. Yakopo Peri nədir? Yakopo Peri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    28 avqust

  • Fevral 23, 2026

    Buxar

  • Fevral 10, 2026

    Türkiyə

  • Fevral 23, 2026

    Qırmızı Ordu

  • Fevral 23, 2026

    Şimal boğazı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst