Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xəşəmbül bitkisi — Paxlalılar – Fadaceae fəsiləsindəndir. Dünya florasında xəşəmbül cinsinin 20-yə qədər növü yayılmışdır. Azərbaycanda isə yabanı halda 7 növün

Xəşəmbül

  • Ana Səhifə
  • Vikipediya
  • Xəşəmbül

Xəşəmbül bitkisi — Paxlalılar – Fadaceae fəsiləsindəndir. Dünya florasında xəşəmbül cinsinin 20-yə qədər növü yayılmışdır. Azərbaycanda isə yabanı halda 7 növünə təsadüf olunur. Xəşəmbül cinsinə daxil olan növlərin əksəriyyəti Qərbi Avropa, Kiçik və Mərkəzi Asiya ərazilərində yayılmışdır. Bundan başqa bitkinin bir neçə növünə Rusiyanın Avropa hissəsində, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərq ərazilərində, Orta Asiyada, Qafqazda, o cümlədən Azərbaycanda rast gəlmək olar.

Xəşəmbül növlərinin əksəriyyəti dərman, ədviyyat, yem, boyaq və nectar təbiətli bitkiləridir. Xalq təsərrüfatının müxtəlif sahələrində isə ən çox I növündən sarı Xəşəmbüldən – Melilotus officinalis-dən istifadə edilir.

Sarı Xəşəmbül

Sarı Xəşəmbül ikiillik ot bitkisidir. Kökü budaqlanan saçaqlı olub, dikduran, qol – budaqlı, 100 – 150 sm hündürlükdə olangövdəyə malikdir. Uzun saplaqlı növbəli xırda mürəkkəb üçqat bizvari – itiləşmiş yarpaqları var. Gövdənin aşağı hissəsində yerləşən yarpaqları tərs yumurtaşəkilli, yuxarıdakılar isə lansetvaridir. Çiçəkləri xırda, sarı rəngli çoxlu miqdarda olub, uzunluğu 15 sm olan salxımda toplanmışdır. Meyvələri bir və ya iki qonurumtul rəngli paxladan ibarətdir. Toxumları yumurta formal hamar xırda sarımtıl – qonur rəngdədir. 1000 ədəd toxumunun çəkisi 2 – 2,5 qramdır. Toxumları öz cücərmə qabiliyyətlərini 6 – 7 il saxlayır. Sarı Xəşəmbül iyul ayından başlayıb avqust ayına kimi çiçək açır. Bitki torpağa az tələbkardır. İşıqsevəndir, şaxtaya və quraqlığa dözümlüdür.

Sarı Xəşəmbül Azərbaycanın Quba – Xaçmaz, Şamaxı – Ağsu, Naxçıvan MR, Qarabağ və Lənkəran ərazilərində geniş yayılmışdır. Bu ərazilərin çəmənlik yerlərində, əkin sahələrində, arxların, kanalların ətrafında ehtiyatı çoxdur.

Sarı Xəşəmbül toxumları vasitəsilə əkilib becərilir. Toxumları sahəyə mart–aprel aylarında səpirlər. Səpin qabağı toxumları 3 – 4 saat 20 – 250 temperaturlu suda isladırlar. Bitkini payızlıq və yazlıq mədəni bitkilərin sahələrində əkib bol məhsul əldə edirlər. Toxumları enli cərgələrarası sahələrə səpirlər. Hər hektar sahəyə dərinliyi 2 – 3 sm olmaqla 14 – 18 kq toxum səpilir. İlk cücərtilər 14 – 20 gündən sonra əmələ gəlir.

Əhəmiyyəti və tibbdə istifadəsi

Xəşəmbülün toplanıb qurudulmuş çiçək və yaşıl xammalı xoş ətirli olub, şortəhər – acımtıl kəskin tama malikdir. Sarı Xəşəmbülün qurudulmuş xammalınınarın toz halına salıb bir sıra Qərb ölkələrində istehsal olunan yaşıl pendirin tərkibinə qatırlar. Bitkinin çiçək və yarpağı bir sıra Mərkəzi Avropa ölkələrində mətbəx ədviyyatı olaraq sup, şorba, ət xörəklərinin, salat növlərinin, qarnir və kompotların tərkibinə qatılır. Cövhərindən pivənin tərkibinə qatılır. Fransada qida boyağı kimi yeyinti sənayesində istifadə olunur.

Elmi təbabətdə xəşəmbül otu yumşaldıcı çayın və xəşəmbül plastırının tərkibində işlədilir. Xəşəmbül plastırından dəri yaralarının, çibanın və digər şişlərin müalicəsində, iltihabı aradanqaldırıcı və yaranın hovunu çəkib yetişdirən dərman kimi istifadə edirlər.

Xalq təbabətində qurudulmuş xəşəmbül otundan çay dəmləyib soyuqdəymədə iltihabı aradan qaldıran və sinəyumşaldan öskürək dərmanı kimi istifadə olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xəşəmbül sözünün mənası, xəşəmbül haqqında məlumat. xəşəmbül nədir? xəşəmbül nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Göbələk xəstəliyi

  • Mart 02, 2026

    Ordubadçay

  • Mart 01, 2026

    Susuzluq

  • Fevral 27, 2026

    Marı vilayəti

  • Mart 06, 2026

    Aralia malabarica

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst