Xərçəng dumanlığı (Messier 1, NGC 1952) — Messier cisimlərindən biri. Yeni Ümumi Kataloqda qeydə alınmış qalaktik dumanlıqdır. Göy üzündə Buğa bürcü istiqamətində yerləşir. SNR tipli qalaktikadır. İngilis astronomu John Bevis tərəfindən 1731-ci ildə 7.62 sm (3 inç) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.
| Xərçəng dumanlığı | |||
|---|---|---|---|
| ifrat yeninin qalığı | |||
| |||
| Tədqiqat tarixi | |||
| Kəşf edən | John Bevis | ||
| Kəşf tarixi | 1731 | ||
| Müşahidə məlumatları | |||
| Birbaşa çıxma | 5s 34d 31.9san | ||
| Meyl | +22° 0′ 5″ | ||
| Məsafə | 1,93 kiloparsek | ||
| Görünən ulduz ölçüsü (V) | 8,4 ± 0,1 | ||
| Görünən ölçüləri | 6.00 x 4.0 | ||
| Bürc | Buğa | ||
| Mütləq ulduz ölçüsü (V) | −3,2 | ||
| |||
Diffuz dumanlıqlar içərisində daha çox maraq doğuran qaz lifləri ilə "toxunmuş" bəzəkli-torlu quruluşa malik Xərçəngə bənzər dumanlıqdır. O, 1054-cü ildə Buğa bürcündə alışmış İfrat yeni ulduzun (enerjisi bitən ulduzların şiddətlə partlamasına verilən ad) qalığı hesab edilir. Xərçəngə bənzər dumanlıq optik, radio, rentgen diapazonunda güclü şüalanma mənbəyi olmaqla yanaşı, həm də qamma kvantları mənbəyidir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xərçəng dumanlığı haqqında məlumat. Xərçəng dumanlığı nədir? Xərçəng dumanlığı nə deməkdir?
