Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xındırıstan — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.

Xındırıstan

  • Ana Səhifə
  • Vikipediya
  • Xındırıstan

Xındırıstan — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd.

Xındırıstan
40°07′17″ şm. e. 47°06′27″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdam rayonu
Bələdiyyə Xındırıstan bələdiyyəsi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 145 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 6.502 nəf. (1999)
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 026
Poçt indeksi AZ0227
Nəqliyyat kodu 02
Xındırıstan xəritədə
Xındırıstan
Xındırıstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd Ağdam rayonunun Ağdam rayonunun Xındırıstan bələdiyyəsinin mərkəzidir.

Mündəricat

Tarixi

Ümumi tarixi məlumatlar

Xındırıstan ərazisində qədim neolit dövründə mövcud olmuş yaşayış məntəqəsi miladdan öncə 5250-ci ilə aid edilir. Həmin məntəqə şərti olaraq "İsmayıltəpə" adlanır.

Xındırıstan barədə Rusiya İmperiyasının yazılı mənbələri XX əsrə aiddir. Belə ki, Yelizavetpol quberniyasının 1913-cü il tarixli inzibati-ərazibölgüsü kitabında "Xındırıstanlu kəndi" Şuşa qəzasının Əhmədağalı kənd icmasına aid edilib.

1921-ci il kənd təsərrüfatı siyahıyaalması zamanı Xındırıstan kəndi Azərbaycan SSR Şuşa qəzasının Şıxlar-Qərvənd kənd dairəsində göstərilib, əhalisi 660 nəfər, təsərrüfat sayı 158 vahid, əksər əhali "Azərbaycan türkləri" kimi qeyd edilib.

1926-cı il inzibati-ərazi islahatına aid qeydiyyat sənədlərində Azərbaycan SSR Ağdam qəzasının Xındırıstan dairəsi qeydə alınıb.

1929-cu il inzibati-ərazi islahatı nəticəsində Azərbaycan SSR Ağdam qəzasının ərazisinin bir hissəsində Ağdam rayonu təsis edilərək, Xındırıstan kənd sovetliyi yaradılıb.

1961-ci ildə XIndırıstan kolxozu yenidən təşkil edilib, Qərvənd və Mərzili kolxozlarından sonra Ağdamın ən böyük kolxozu sayılıb.

1993-cü ildə Ağdam şəhərinin işğalı nəticəsində Ağdam rayon Polis İdarəsi Xındırıstan kəndinə köçürülüb.

Kənddə SSRİ dönəmindən bəri poçt şöbəsi fəaliyyət göstərir.

Xındırıstan məscidinin tarixi

Kənd məscidi barədə məscidin axundu Hacı Baratın 02.10.2024-cü ildə "Sputnik Azərbaycan"ın bölgə müxbirinə verdyi məlumata əsasən "Xındırıstan məscidi 1907-ci ildə imkanlı kənd sakini Hacı Cabbarın vəsaiti hesabına tikilib. Sovet hökuməti dini qadağan edən illərdə məsciddən başqa məqsədlər üçün istifadə edilib. Bir müddət pendir zavodu, sonra muzey, məktəb və anbar kimi fəaliyyət göstərib. Ağdam işğal ediləndən sonra isə Xındırıstan məscidi rayonun dini mərkəzinə çevrilib. Ağdam rayon məscidi buraya köçürülüb. Tikildiyi vaxtdan 112 il sonra binanın təmirinə ehtiyac yaranıb. Ötən illərdə baş verən zəlzələlər nəticəsində məscidin divarlarında çatlar əmələ gəlib. Eyni zamanda müharibə illərində ermənilərin atdığı "Qrad" mərmilərinin binanın ətrafına tökülməsi də qəzalı vəziyyət yaratmışdı".

"Modern.az" saytında 4 noyabr 2019-cil tarixində dərc edilmiş "Xındırıstan məscidində Ağdam xatirəsi" məqaləsində yazılıb ki: "1930-cu ilə kimi şəhərin və qonşu kəndlərin-Seyidli, Sarhacılı, Xıdırlı və Muradbəyli kəndinin sakinləri dini mərasimləri məhz bu məsciddə keçirirdilər.

Ancaq 1937-ci ilin represiya illərində məscid bağlandı və burada gəlib gedən mollalar isə ya sürügünə göndərlidi, ya da gülləyə tuş gəldilər. Həmin vaxtdan isə məscid taxıl anbarı kimi istifadə edilməyə başlandı. Lakin 1945-ci ildə Ağdamın simalarından olan Mir Məhəmməd ağa Müşteidzadənin təşəbbüsü ilə məscid fəaliyyətini bərpa etdi. M. M. Müşteidzadə isə məscidin axundu təyin edildi". Bununla yanaşı, məqalədə deyilir ki, Sadıq Murtuzayevin Ağdamda rayon Kommunist Partiyasının Birinci Katibi olduğu illərdə məscid tarix-diyarşünaslıq muzeyi, müstəqillik dövründə (90-cı illərdən sonra) isə məscid kimi fəaliyyətini bərpa edə bilmişdir.

Yol

7 avqust 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılmışdır.

Əhalisi

Əhalisi 7 mindən çoxdur.

İlSayı
1886 262
1979 610
1999 6.502

Şəxslər

  • Adəm Əmirov — Vətən müharibəsi şəhidi

Həmçinin bax

  • Belə bir kənd var (film, 1981)
  • Ağdam rayonunun Xındırıstan bələdiyyəsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xındırıstan haqqında məlumat. Xındırıstan nədir? Xındırıstan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Furye sıraları

  • Fevral 27, 2026

    Anaksaqor

  • Fevral 27, 2026

    Gülnabad döyüşü

  • Fevral 27, 2026

    Gülbədən bəyim

  • Fevral 27, 2026

    Hepbörn sistemi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst