Xıdır məscidi — İçərişəhərdə yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsi.
| Xıdır məscidi | |
|---|---|
| |
| Ölkə | |
| Şəhər | |
| Yerləşir | İçərişəhər, Maqomayev küçəsi, 24 |
| Aidiyyəti | İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu |
| Tikilmə tarixi | 1301 |
| Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
| Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower | |
| Tipi | Mədəni |
| Kriteriya | vi |
| Təyin edilib | 2000 |
| İstinad nöm. | 958 |
| Dövlət | Azərbaycan |
| Region | Avropa və Şimali Amerika |
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı | |
| İstinad nöm. | 84 |
| Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| Kateqoriya | Memarlıq abidələri |
| 40°21′54″ şm. e. 49°50′02″ ş. u.HGYO | |
![]() | |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi
Xıdır məscidi 1301-ci ildə İçərişəhərdə indiki M. Maqomayev küçəsi 24 ünvanında tikilib. İki mərtəbəlidir lakin mərtəbələr arasında əlaqə yoxdur.
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Xıdır məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.
1988-ci ildə daş qübbənin aşağı mərtəbəsində arxeoloji qazıntılar və portalda bərpa işləri aparılıb. Bundan sonra məlum olub ki, məscid atəşpərəst məbədi üzərində inşa olunub.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Həmçinin bax
- Hacı Bani məscidi
- Molla Əhməd məscidi
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xıdır məscidi haqqında məlumat. Xıdır məscidi nədir? Xıdır məscidi nə deməkdir?

