Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xosrov Cəfərov (tam adı: Xos­rov İs­ra­fil oğ­lu Cə­fə­rov; 31 oktyabr 1947, Maştağa – 8 yanvar 2007, Azərbaycan) — Azərbaycanın tanınmış pəhləvanı, Güləş üzrə

Xosrov Cəfərov

  • Ana Səhifə
  • Vikipediya
  • Xosrov Cəfərov

Xosrov Cəfərov (tam adı: Xos­rov İs­ra­fil oğ­lu Cə­fə­rov; 31 oktyabr 1947, Maştağa – 8 yanvar 2007, Azərbaycan) — Azərbaycanın tanınmış pəhləvanı, Güləş üzrə Azərbaycan milli komandasının yeniyetmələrdən ibarət üzvlərinin baş məşqçisi (1974-2007-ci illər). Azərbaycan Respublikasının əməkdar məşqçisi, SSRİ idman ustası, fəxri bədən tərbiyəsi və idman işçisi.

Xosrov Cəfərov
Şəxsi məlumatlar
Tam adı Xos­rov İs­ra­fil oğ­lu Cə­fə­rov
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Doğum tarixi 31 oktyabr 1947
Doğum yeri Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 8 yanvar 2007 (59 yaşında)
Vəfat yeri Azərbaycan
İdman növü Güləş
İdman dərəcəsi "Azərbaycan Respublikasının əməkdar idman ustası" fəxri adı

Mündəricat

Həyatı

Xosrov Cəfərov 31 oktyabr 1947-ci ildə Bakı şəhərinin Maştağa kəndində anadan olub.

Karyerası

İdmançı

Xosrov Cəfərov 1962-ci ildən idmanın güləş növü ilə məşğul olub. Sərbəst güləşin sirlərini Ordu İdman Klubunda öyrənib.

Müxtəlif yaş qrupları üzrə respublika çempionatının qalibi və mükafatçısı olub. 1968-ci ildə orta çəkidə Azərbaycan SSR Çempionu olub. Bundan sonra 1969, 1970, 1971, 1972, 1973, 1974-cü illərdə də Respublika çempionluğu titulunu qoruyub saxlayıb.

O, hətta 1968-ci ildə SSRİ Silahlı Qüvvələrinin yarışında bütün rəqiblərinin belini yerə vuraraq qalib adını qazanıb.

Xosrov Cəfərov Almaniya və digər ölkələrin Azərbaycan ilə birlikdə keçirdikləri yarışlarda qızıl medal qazanaraq ən yaxşılardan olub. Eyni zamanda yeniyetmələr arasında SSRİ mükafatçısı, gənclər arasında SSRİ çempionu adını qazanıb.

Məşqçi

Xosrov Cəfərov məşqçilik fəaliyyətinə 1969-cu ildən başlayıb.

1969-1987-ci illərdə İxtisaslaşmış Güləş Məktəbi məşqçi işləyib və uğurlu idmançılar yetişdirib.

1974-cü ildən ömrünün sonuna qədər yeniyetmələr üzrə milli komandanın baş məşqçisi olub.

1988-ci ildən isə “Dinamo” İdman Cəmiyyətində sərbəst güləş üzrə baş məşqçi kimi fəaliyyətə başlayıb.

Xosrov Cəfərovun rəhbərliyi ilə sərbəst güləş üzrə Azərbaycan seçməsi 1996-cı ildə İranın paytaxtı Tehranda təşkil edilmiş dünya birinciliyində komanda hesabında 3-cü yeri tutmuşdur. Onun sayəsində 1998-ci ildə millinin nəticəsi bir az da yaxşılaşıb. İngiltərənin Mançester şəhərində 2-ci yeri tutan Azərbaycan yığması, eyni nəticəni bir il sonra Polşanın Lodz şəhərində də təkrarlayıb.

Azərbaycan Respublikasının əməkdar məşqçisi idi.

Ölümü

Xosrov Cəfərov 8 yanvar 2007-ci ildə - Bakıda keçirilən ölkə çempionatının ikin­ci gü­nü uzun sürən xəstəlikdən 59 yaşında ikən vəfat etmişdir. Həmin gün mər­hum gü­ləş us­ta­dı­nın xa­ti­rə­si ölkə çempionatında "Cən­gi" sə­da­la­rı ilə yad edil­miş, ru­hu­na dualar oxunmuş­dur.

Ölümündən sonra 2007-ci ilin sonunda Azərbaycan Milli Olimpiya Komitəsinin mükafatına layiq görülmüşdür.

Ye­tir­mə­lə­ri

Onun ye­tir­mə­lə­ri - ye­ni­yet­mə­lər ara­sın­da 2 də­fə dün­ya bi­rin­ci­li­yi­nin qa­li­bi Na­miq Sev­di­mov, At­lan­ta və Sid­ney olim­pia­da­la­rı­nın iş­ti­rak­çı­sı El­şad Allah­ver­di­yev, Dün­ya ku­bo­ku­nun sahibi Vü­qar Qur­ba­nov, beynəlxalq turnirlərin qızıl mükafatçısı Anar İsmayılov, gənc­lər ara­sın­da SSRİ bi­rin­ci­lik­lə­ri­nin mü­ka­fat­çı­la­rı Eh­ti­ram Ba­ba­yev, Rə­sul Əmi­rov, İsa Səgərov, Həmid Rəsulov, Firudin Ağasıyev, Əf­qan və Bəh­ruz Məm­mə­dov qar­daş­la­rı və baş­qa ta­nın­mış gü­ləş­çi­lər Azərbaycanı bey­nəl­xalq ya­rış­lar­da müvəffəqiyyətlə təm­sil edib­lər.

Ailəsi

Oğlu Əjdər Cəfərov Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində işləyib, əməkdar məşqçi, “Tərəqqi” medalının mükafatçısıdır. Daha əvvəl isə Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri olduğu dövrdə ölkəni beynəlxalq arenada layiqincə təmsil edərək, 2010-cu ildə Sinqapurda keçirilən yeniyetmələrin ilk olimpiya oyunlarının və 2012-ci ildə Londonda Yay Olimpiya Oyunlarının hakimi olmuşdur.

Xatirəsi

Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin Xosrov Cəfərov adına Güləş Klubu (“Xosrov Cəfərov” GK) ödənişsiz fəaliyyət göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xosrov cəfərov sözünün mənası, xosrov cəfərov haqqında məlumat. xosrov cəfərov nədir? xosrov cəfərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Mövhumat

  • Mart 01, 2026

    Bakterial xəstəliklər

  • Mart 04, 2026

    Habitat

  • Mart 06, 2026

    Oss

  • Fevral 27, 2026

    Tənqidi nəzəriyyə

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst