Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xondəmir Qiyasəddin ibn Hümaməddin əl-Hüseyni (farsca: غیاث‌الدین خواندمیر; 1475/6 – 1535/6)— Teymurilər, Səfəvilər və Böyük Moğollar imperiyalarında fəaliyyət

Xondəmir

  • Ana Səhifə
  • Vikipediya
  • Xondəmir

Xondəmir Qiyasəddin ibn Hümaməddin əl-Hüseyni (farsca: غیاث‌الدین خواندمیر; 1475/6 – 1535/6)— Teymurilər, Səfəvilər və Böyük Moğollar imperiyalarında fəaliyyət göstərmiş tarixçi.

Əmir Mahmud Xondəmir
Doğum tarixi təq. 1475(1475)
Doğum yeri
  • Herat, Teymurilər dövləti
Vəfat tarixi təq. 1534(1534) (58–59 yaşında)
Vəfat yeri
  • Dehli, Dehli sultanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Xondəmir Qiyasəddin ibn Hümaməddin əl-Hüseyni 1475-ci ildə Herat şəhərində anadan olub. Transoksaniyada yerləşən şimal Teymuri qolunun hökmdarı Sultan Mahmud Mirzənin (1494–1495-ci illərdə hakimiyyətdə olmuşdur) vəziri olan Hümam əd-Din Məhəmmədin oğlu idi. Tarixçi Mirxondun nəvəsidir.

Xondəmir ana tərəfindən babası Mirxonddan (1498-ci ildə vəfat etmişdir) təhsil almış və bu, onun tarixçilik fəaliyyətində mühüm rol oynamışdı. Bundan əlavə, Xondəmir babasının himayədarlıq əlaqələrini də miras almışdı. Mirxond, Sultan Hüseyn Bayqara (1469–1506-cı illərdə hakimiyyətdə olmuşdur) dövrünün ən tanınmış tarixçilərindən biri idi və o, məşhur ümumbəşəri tarixi əsəri olan "Rövzət əs-səfa" (Təmizlik bağı) əsərini yüksək vəzifəli dövlət xadimi Əlişir Nəvainin (1501-ci ildə vəfat etmişdir) himayəsi altında yazmışdı. Xvondəmir də Əlişir Nəvainin himayəsi altında yaradıcılıqla məşğul olmuş və ilk əsərlərini ona həsr etmişdi.

Yaradıcılığı

Onun ilk əsəri "Məasir əl-müluk" (Hökmdarların xatirələri) adlı, İslamdan əvvəlki və İslam dövrünə aid müdriklərin və hökmdarların söylədiklərinə dair bir toplu idi; ikinci əsəri isə "Xülasət əl-əxbər fi bəyan əhval əl-əxyar" (Keçmiş saleh insanların işləri haqqında xülasə məlumatlar) adlanırdı və bu, Mirxondun "Rövzət əs-səfa" əsərinin qısa versiyası idi. Əlişir Nəvai 1501-ci ildə vəfat etdikdən sonra Xondəmir onun haqqında "Məkarim əl-əxlaq" (Tərifəlayiq əxlaqlar) adlı tərif dolu bir bioqrafiya yazdı. O, həmçinin Mirxondın 1498-ci ildəki ölümündən sonra yarımçıq qalmış "Rövzət əs-səfa" əsərinin yeddinci cildini və xülasəsini tamamladı.

Onun əsas əsəri fars dilində yazılmış ümumdünya tarixi “Həbib əs-siyər fi əxbar əfrad əl-bəşər” (“Görkəmli adamlar haqqında xəbərləri təsvir edən dost”) əsəridir. Bu əsər həm Səfəvilər, həm də Moğollar tərəfindən onların ilk rəsmi saray salnaməsi kimi qəbul olunmuşdur. Əsər 1521-1524-cü illər arasında yazılmışdır. “Kitabda nəzəri cəlb edən ən maraqlı məsələlərdən biri dinin iki məzhəbinə şiəliyə və sünniliyə xidmət edən və bir-biriləri ilə daim müxalifətdə olan Osmanlı-Səfəvi dini-ideoloji mübarizəsinin əks etdirilməsidir”.

Xondəmirin digər mühüm əsərlərindən biri “Qanun-i Humayuni” (“Hümayunun qanunları”)dır. Bu əsər Böyük Moğol imperatoru Hümayunun (1530–1540, 1555–1556-cı illərdə hakimiyyətdə) bioqrafiyasıdır və Moğol hökmdarlığının erkən simvolizmi barədə əhəmiyyətli məlumatlar təqdim edir.

Ölümü, dəfni və övladları

Xondəmir 1535 və ya 1536-cı ildə vəfat etmiş və Dehlidə, 1325-ci ildə dünyasını dəyişmiş Nizaməddin Əvliyanın türbəsinin yaxınlığında dəfn olunmuşdur. Onun iki oğlu sağ qalmışdır: Əmir Mahmud (1550-ci ildən sonra vəfat etmiş), İranda yaşamış və Səfəvilərin hakimiyyətinin ilk əlli ili haqqında “Tarix-i Şah İsmayıl və Şah Təhmasib-i Səfəvi” adlı tarixi əsər yazmışdır; və Abdullah xan (1589-cu ildə vəfat etmiş), Böyük Moğol imperatoru Əkbərin (1556–1605-ci illərdə hakimiyyətdə) dövründə dövlət məmuru kimi xidmət etmişdir.

Əsərləri

  • Həbib əs-siyər fi əxbar əfrad əl-bəşər - “Həbib-üs-siyər” üç cilddən ibarət olub, hər cilddə də dörd parça var. Bu kitab dünyanın hər yerinə yayılmışdı. 1857-ci ildə Bombeydə, 1854-1855-ci ildə  Tehranda daşbasma şəklində də çap edilmişdi. “Həbib-üs-siyər” hicri 1273-cü ildə  (1857) Bombeydə daşbasma üsulu ilə çap olunub.
  • Qanun-i Humayuni
  • Tarix-i Şah İsmayıl və Şah Təhmasib-i Səfəvi”
  • Xülasət-əl-əxbar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xondəmir haqqında məlumat. Xondəmir nədir? Xondəmir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ülviyyə Hacıbəyova

  • Fevral 27, 2026

    Ceyms Franko

  • Fevral 27, 2026

    At gücü

  • Fevral 27, 2026

    Fədailər

  • Fevral 23, 2026

    Cənubi Koreya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst