Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xemçik çayı (tıva Хемчик) — Tuva Respublikasından axan çay, Yenisey hövzəsinə aiddir. Çayın uzunluğu 320 km, hövzəsinin sahəsi 27 min km²-dir. Orta su sərfiyyat

Xemçik çayı

  • Ana Səhifə
  • Vikipediya
  • Xemçik çayı

Xemçik çayı (tıva Хемчик) — Tuva Respublikasından axan çay, Yenisey hövzəsinə aiddir. Çayın uzunluğu 320 km, hövzəsinin sahəsi 27 min km²-dir. Orta su sərfiyyatı 119 m³/s-dir (mənsəbdən 74 km).

Xemçik
tıva Хемчик
Xəritə
Ölkə  Rusiya
Mənbəyi  
 • Yüksəkliyi 3122 m
Mənsəbi Yenisey
 • Yüksəkliyi 550 m
Uzunluğu 320 km
Su sərfi 119 m³/san
Su hövzəsi 27 000
Hövzəsinin sahəsi 27.000 km²
Xemçik çayı (Tuva)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Xemçik çayı Tuvanın fiziki xəritəsində:

50°32′44″ şm. e. 89°47′51″ ş. u.HGYO

51°44′07″ şm. e. 92°11′29″ ş. u.HGYO
DSR?! 17010300112116100008669
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Hidroqrafiya

Çay başlanğıcını Kozer silsiləsinin şərq yamacından, Altay Respublikası ilə sərhəddə yerləşən Şapşalski silsiləsi sisteminə aid 3122 m zirvədən götürü. Bütün çay Tuva Respublikası ərazisindən axır. İki dağ sistemi - şimaldan Qərbi Sayan və cənubdan Qərbi Tannu-Ola arasında axır. Bütün suyunu bu silsilələrdə formalaşan çaylardan toplayır. Xemçik çökəkliyinin aşağı axınlarında, son dərəcə zəif yağışlar səbəbindən demək olar ki, heç bir qol qəbul etmir. Bütün mənbələr və qollar yüksək silsilələrdən axınlarla qidalanır və buna görə də Xemçik hövzəsindəki çay sistemi suvarma üçün geniş istifadə olunur. Çayın naviqasiya əhəmiyyəti yoxdur. Üst hissədə çoxlu astana və şəlalə vardır. Vadisi dar, dik sahilləri, astanaları ilə seçilir. Çayda böyük daş çıxıntıları nadir deyil. Axın sürəti elə də yüksək deyil. İime kəndinin yaxınlığında çay yenidən Xemçik silsiləsinin ərazisinə düşərək dağlıq bir xarakter alır. Vadi dar, sıldırım qayalardan ibarətdir. Son hissə Yuxarı Yeniseyin Sayan vadisibnə bitişik olan Xemçik kanyonu Sayano-Şuşensk su anbarının altında qalmışdır. Əsas qolları: Malı Xemçik, Çon-Xem (sağ), Çingiz-Xem (sağ), Çindozın (sol), Barlıq, Alaş, Çırqaki (sağ), Ak-Suq, Qara-Suq, Çadan (sağ) və Aldı-İşkin (solda). Böyük əksəriyyəti suvarma üçün istifadə olunur.

Yaşayış məntəqələri

Çayda BaY-Tal (Çon-Terek), Teeli, AksI-Barlıq, Barlıq, Şekpeer, Don-Terezin, Aldan-MaadIr, Xorum-Dağ, Ak-Dovurak və Qızıl-Məzələk, Suq-Aksı, Qara-Çiraa, Bayan-Tal, Qızıl-Tayqa və İyme kimi yaşayış məntəqələri vardır. Çadan şəhəri Çadanın qolu üzərində yerləşir. Çay hövzəsi Bay-Tayqinski kojuun, Barun-Xemçikski kojuun, Cun-Xemçikski kojuun, Sut-Xolski kojuun və qismən Tuvanın Çaa-Xolski kojuunu ərazisində yerləşir.

Hidrometriya

Xemçik nisbətən kiçik bir çaydır. Orta hesabla çayın axdığı ərazidə il ərzində yağıntının miqdarı 125 mm olur. Bu da hövzənin aşağı hissəsində, geniş Kemçik dərəsi boyunca yağıntı çatışmazlığı ilə əlaqədardır.

Çayın qidalanmasının əsasını yeraltı suları təşkil edir. Xemçikdə sellər əsasən yayda, iyundan avqusta qədər (iyulda maksimum) müddətdə baş verir. Bununda əsas səbəbi yay yağışlarıdır. Sentyabr ayında su istehlakı əhəmiyyətli dərəcədə azalır və bu azalma yağışın azalması ilə birlikdə qışın başlanmasına qədər davam edir. Çay buzla örtüldüyü zaman, noyabr-aprel ayları arasında minimum su axını səviyyəsinə çatır. Fevral ayında müşahidə olunan Xemçikin orta aylıq su axını (minimum suyun səviyyəsi) 26,1 m³/s (1986-cı ildə minimum - 18,6 m³ / s), iyul ayında orta axın isə 246 m³/s (maksimum 1985-ci ildə - 443 m³ / s) təşkil edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xemçik çayı sözünün mənası, xemçik çayı haqqında məlumat. xemçik çayı nədir? xemçik çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Aydın Quliyev

  • Mart 01, 2026

    Cəlal Hüseynov

  • Mart 06, 2026

    BMP-1

  • Mart 06, 2026

    Malabo

  • Mart 06, 2026

    Dəli yığıncağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst