Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xavər Əhməd qızı Vəkilova — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar mədəniyyət işçisi.

Xavər Vəkilova

  • Ana Səhifə
  • Vikipediya
  • Xavər Vəkilova

Xavər Əhməd qızı Vəkilova — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar mədəniyyət işçisi.

Xavər Vəkilova
Xavər Əhməd qızı (Mirzəbəyova) Vəkilova
Doğum tarixi 13 mart 1918
Doğum yeri Dərbənd
Vəfat tarixi 6 yanvar 2006 (87 yaşında)
Vəfat yeri Bakı
Həyat yoldaşı Səməd Vurğun
Uşaqları
  • Aybəniz Vəkilova,
  • Vaqif Səmədoğlu,
  • Yusif Səmədoğlu
Mükafatları Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

Həyatı

Xavər Əhməd qızı (Mirzəbəyova) Vəkilova 1918-ci il martın 13-də Dərbənd şəhərində məşhur şəxsiyyətlərdən sayılan Nağıbəy Mirzəbəyli nəslinə məxsus zadəgan ailəsində anadan olub. Xavər xanım Əhmədbəy Mirzəbəyovun ailəsində dünyaya gələn on birinci uşaq olub. Xavər xanımın bacısı Şahzadə xanım  tanınmış yazıçı, Səməd Vurğunun xətrini çox  istədiyi, ehtiramla yanaşdığı Abdulla Şaiqin həyat yoldaşı olmuşdur. Abdulla Şaiq Xavər xanım hələ 13 yaşı olanda ona “Sevimli baldızım Xavərə!” adlı şeir həsr etmişdi.

Xavər xanım Azərbaycan  Dövlət  Konservatoriyası nəzdindəki 10 illik musiqi məktəbində təhsil almışdır. 1941-1946-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (indiki BDU) təhsi almış, filoloq ixtisasına yiyələnmişdir. 1934-cü ildə Azərbaycanın xalq şairi Səməd Vurğunla ailə həyatı qurub. Bu izdivacdan onların üç övladı – Yusif, Aybəniz, Vaqif dünyaya  gəlmişdir.

1975-ci ilin oktyabr ayında açılan Səməd Vurğunun ev-muzeyi yaranan gündən ömrünün sonunadək muzeyin direktoru vəzifəsində çalışmışdır. Onun hələ Səməd Vurğunun sağlığında qoruyub saxladığı materiallar əsasında muzeyin ekspozisiyası xeyli  zənginləşmişdir. Xavər xanım bu muzeyi — Səməd Vurğun həyatını insanlara əyani şəkildə çatdıran müqəddəs bir ocaq kimi qoruyub saxlayırdı. İşlədiyi müddətdə Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif fəxri fərmanlara layiq görülmüşdür. Xavər Vəkilovanın muzey fəaliyyəti Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, 2002-ci ildə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülmüş, 2003-cü ildən isə ona “Prezident təqaüdü” verilmişdir.

Xavər Vəkilova 2006-cı ilin yanvar ayının 6-da vəfat etmişdir.

 

Nəsil şəcərəsi

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yusif
ağa Vəkilov
 
Məhbub
xanım Vəkilova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ruqiyyə
Paşabəyova
 
 
 
Mehdixan
Vəkilov
 
 
 
 
Səməd
Vəkilov
 
 
 
Xavər
Vəkilova
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Çiçək
Vəkilova
 
 
 
Cavanşir
Vəkilov
 
 
 
 
Yusif
Vəkilov
 
Vaqif
Vəkilov
 
Aybəniz
Vəkilova
 
 
 
 

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xavər Vəkilova haqqında məlumat. Xavər Vəkilova nədir? Xavər Vəkilova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İsrailiyyat

  • Fevral 27, 2026

    Marqarita Tüdor

  • Fevral 27, 2026

    Tisian

  • Fevral 27, 2026

    Neron

  • Fevral 27, 2026

    Yunus Deşeriyev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst