Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanzadə Zəhra Sultan və ya Xanzadə Osmanoğlu (19 sentyabr 1923, İstanbul – 19 mart 1998, Paris) — Osmanlı sülaləsinin üzvü.

Xanzadə Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Xanzadə Sultan

Xanzadə Zəhra Sultan və ya Xanzadə Osmanoğlu (19 sentyabr 1923, İstanbul – 19 mart 1998, Paris) — Osmanlı sülaləsinin üzvü.

Xanzadə Sultan
türk. Hanzade Sultan
Doğum tarixi 19 sentyabr 1923(1923-09-19)
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 19 mart 1998(1998-03-19) (74 yaşında)
Vəfat yeri
  • Paris
Dəfn yeri
  • Aşiyan qəbiristanlığı
Həyat yoldaşı
  • Məhəmməd Əli İbrahim (1940–1977)
Atası Ömər Fərrux Əfəndi
Anası Sabiha Sultan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Xanzadə Sultan 19 sentyabr 1923 tarixində ailəsinin yeni yaşamağa başladığı Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Şahzadə Ömər Fərrux Əfəndi son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu, anası Sabiha Sultan isə son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı idi. Xanzadə ailənin ortancıl qızı idi və özündən başqa Fatma Nəslişah və Nəcla adlı 2 bacısı vardı.

3 mart 1924 tarixli 431 saylı qanunla 6 aylıq Xanzadə Sultan ailəsiylə birlikdə sürgünə getdi. Uşaqlıq və gənclik illəri Fransanın Nitsa şəhərində keçdi. Burada bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və Sultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. 17 yaşı olanda, ailəsinin istəyilə Misirin kral ailəsindən olan Məhəmməd Əli İbrahimlə evləndi. Bu nikahdan 2 övladı — Fazilə və Əhməd dünyaya gəldi.

1952-ci ildə Misirdə baş verən çevriliş səbəbilə ailəsiylə birlikdə yenidən sürgünə getdi. Bu dəfə Fransanın Paris şəhərinə köçən Xanzadə Sultan ölümünədək burada qaldı. Qızı Fazilə İbrahimi İraq kralı II Faysalla evləndirmək istəsə də, 1958-ci ildə İraqda baş verən çevriliş əsnasında kral öldürülmüş, bu səbəblə nikah baş tutmamışdı.

Xanzadə Sultan 19 mart 1998-ci ildə Parisdə vəfat etdi. Cənazəsi 27 mart günü Türkiyəyə gətirilərək burada Aşiyan məzarlığında dəfn olundu.

Övladları

  • Sabiha Fazilə İbrahim (d. 8 avqust 1941, Nöyi-sür-Sen) — ilk evliliyi 11 dekabr 1965 tarixində Parisdə Türkiyə Baş nazirlərindən Suat Hayri Ürgüplünün oğlu Hayri Ürgüplü ilə, ikinci evliliyi isə Jean-Alphonse Bernard ilə 18 iyun 1983 tarixində baş tutdu. İlk evliliyindən 2 övladı dünyaya gəlmişdir:
    • Əli Suad Ürgüplü (d. 28 sentyabr 1967, İstanbul)
    • Mehmed Səlim Ürgüplü (d. 31 oktyabr 1968, İstanbul)
  • Əhməd Rüfət İbrahim (d. 31 avqust 1942, Qahirə) — 26 iyun 1969 tarixində əminə Uşaklıgil ilə evləndi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xanzadə Sultan haqqında məlumat. Xanzadə Sultan nədir? Xanzadə Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Meri Kassat

  • Fevral 27, 2026

    Rodosun fəthi

  • Fevral 26, 2026

    Marqarita Byufort

  • Fevral 25, 2026

    Talmud

  • Fevral 27, 2026

    Bəhicə Sultan

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst