Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanlıqlar (əvvəlki adı: Musaköy) — Azərbaycan Respublikasının Qazax rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məcli

Xanlıqlar (Qazax)

  • Ana Səhifə
  • Vikipediya
  • Xanlıqlar (Qazax)

Xanlıqlar (əvvəlki adı: Musaköy) — Azərbaycan Respublikasının Qazax rayonunun Xanlıqlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Qazax rayonunun Musaköy kəndi Xanlıqlar kəndi, Musaköy kənd inzibati ərazi vahidi Xanlıqlar kənd inzibati ərazi vahidi adlandırılmışdır.

Xanlıqlar
41°04′08″ şm. e. 45°18′26″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 3.696 nəf.
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Xanlıqlar xəritədə
Xanlıqlar
Xanlıqlar

Mündəricat

Toponimikası

Kənd bir müddət Musaköy adlanmışdır. Yerli əhali kəndin adını Musa adlı türk sərkərdəsinin burada dəfn olunması və ya XVIII əsrdə qazaxlıların tərkibində olan musalı elatının burada məskunlaşması ilə bağlayır. 1994-cü ildən kənd öz qədim adını almışdır. Kəndin ərazisi Qazax xanlarına məxsus mülk yeri olduğundan belə adlandırılmışdır.

Tarixi

Coğrafiyası və iqlimi

Kənd Ağstafaçayın sahilində, dağətəyi ərazidə yerləşir.

Əhalisi

2021-ci ilin siyahıyaalınmasına əsasən kənddə 6149 nəfər əhali yaşayır. Əhalinin 3082 nəfəri kişilər, 2967 nəfəri qadınlardan ibarətdir.

Tanınmış sakinləri

  • Hacı Allahyar ağa Dilbazov (?–1866) — Azərbaycan nəqşibəndi.
  • Əbdürrəhman ağa Dilbaz oğlu (1859–1917) — Azərbaycanın ilk istiqlal şairi. XVIII əsrin II yarısı, XIX əsrin əvvəllərində yaşamışdır.
  • Mirvarid Dilbazi (1912–2001) — Azərbaycanın xalq şairi (Qadın şairlər arasında Azərbaycanda ilk dəfə bu ada layiq görülmüşdür). 1934-cü ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi (1976), İki dəfə Şərəf Nişanı ordenli, "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" ordenli (1997).
  • Yaqut Dilbazi (1910–1994) — Azərbaycan yazıçısı.
  • Nəcməddin Hacıyev (Dilbazi) (1926–1980) — Professor, Sovet Kosmik Tərabətinə öz töhfəsini vermiş ilk Azərbaycanlı, SSRİ idman ustası, SSRİ Alpinizm Federasiyasının ömürlük flaq-təbibi, bütün iri sovet alpinizm ekspedisiyalarının flaq-təbibi, Səbail və Nərimanov rayon sovetlərinin deputatı, Azərbaycan Elmi-Tədqiqat Həkim Nəzarəti və Müalicəvi Bədən Tərbiyəsi Cəmiyyətinin və Azərbaycan Alpinizm Federasiyasının sədri. Kabarda-Balkar Muxtar Respublikası AS fəxri fərmanına (1960) və Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.
  • Məhəmməd Balayev (1938–2020) — ADPU-nun Fəlsəfə kafedrasının müdiri; fəlsəfə üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, "İlin alimi" (2012). Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunub.
  • Yusif Yusifov (dövlət xadimi) (Dilbazov) (1906–1995) — Tarix elmləri doktoru, professor, Azərbaycan SSR Ali Sovetinin sədri (Spiker). "Lenin ordeni" (1943), Böyük Vətən müharibəsi ordeni (1945), "Lenin ordeni" (1949), "Qafqazın müdafiəsinə görə" (1945), "Böyük Vətən müharibəsi illərində rəşadətli əməyə görə" (1945) medalları ilə təltif olunmuşdur.
  • Camal ağa Dilbazi (1860–1945) — Azərbaycan şairi (XIX əsr), zəmanəsinin dərin bilikli alimi, sufi şairi və ictimai xadimi, Qazax şəhəri idarəsinin başçısı (1917–19).
  • Əminə Dilbazi (1919–2010) — Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Moskva Beynəlxalq tələbə gənclər festivalının laureatı (1957), Azərbaycanın xalq artisti.
  • Zaməddin Ziyadoğlu (1947–) — Şair, publisist, neftçi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Əmək veteranı", "Səməd Vurğun", "Qızıl qələm", "Əliağa Şıxlınski", "XXI əsrin neftçisi" mükafatları laureatı, "Tərəqqi" medalı (2011).
  • Əsəd Dilbazov (1926–2003) — İqtisad elmləri doktoru, professor.
  • Vasif Məhərrəmli (1970–) — Azərbaycan müğənnisi. Azərbaycan Respublikasının Əməkdar artisti (2017).
  • Qoşqar Sarıyev — Futbolçu, Göyəzən futbol klubunun sabiq kapitanı.

Təhsil

Kənddə Qazax Peşə Liseyi fəaliyyət göstərir. Kənddə həm də 2 orta məktəb və 1 uşaq bağçası yerləşir.

  • Xanlıqlar kənd orta məktəbi-Ş. Şahvələdov adına.
  • Xanlıqlar kənd əsas məktəbi-A. Mikayılov adına.
  • Xanlıqlar kənd körpələr evi uşaq bağçası.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xanlıqlar (Qazax) haqqında məlumat. Xanlıqlar (Qazax) nədir? Xanlıqlar (Qazax) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    8 iyul

  • Fevral 23, 2026

    Proqram təminatı

  • Fevral 25, 2026

    Eno

  • Fevral 15, 2026

    Beliz

  • Fevral 25, 2026

    Monqolustan şəhərləri

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst