Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Ə

Xalxal xanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Xalxal xanlığı

Xalxal xanlığı — mərkəzi Xalxal şəhəri olan Azərbaycan xanlıqlarından biri.

Xanlıq
Xalxal xanlığı
XVIII — XIX əsrlərdə Xalxal xanlığı
XVIII — XIX əsrlərdə Xalxal xanlığı
1747 — 1799
Paytaxt Xalxal
Rəsmi dilləri Azərbaycan dili,
fars dili
Din İslam (Şiəlik)
Əhalisi azərbaycanlılar
İdarəetmə forması Mütləq monarxiya
Xan
 • (1747-1782) Əmirgunə xan Əmirli-Avşar (ilk)
 • (1794-1799) Məhəmmədhüseyn xan Əmirli-Avşar (son)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Xanlığın yaradıcısı Əmirgunə xandır. Əmirgunə xan Əmirli-Avşar Nadir şah Qırxlı-Avşarın ölümündən sonra Gilanın valisi olmuşdu. Sonra Taroma başçılıq etmişdi. Əmirgünə xan Avşar Fətəli xan Araşlı-Avşarla birləşib Kərim xan Zəndə qarşı çıxdı. Sonra Kərim xanın tərəfini tutub Fətəli xanı satdı. Kərim xan onu Şiraza "fəxri qonaqlığa" aparıb ali şuraya daxil etdi.

Kərim xanın vəfatından sonra Əmirgünə xan Taroma qayıdıb özünün xanlığını elan etmişdi. İranı birləşdirməyə başlayan Ağaməhəmməd xanı tanımaq istəmirdi. İlk növbədə Urmiya hakimi Məhəmmədqulu xan Qasımlı-Avşara müraciət etdi. Məhəmmədqulu xan ona etina etmədi.

Əmirgunə xan 1782-ci ildə başqa xanlarla birləşib Mazandarana hücum etdi. Savaşda yaralanıb qaçdı.

General-poruçik Aleksandr Suvorov 28 iyul 1780-ci ildə Həştərxandan Q. A. Potyomkinə məruzəsində yazırdı:

"Nəzərəli xan Rəşti alandan sonra Hidayət xan canını qurtararaq gəmidə Rəştin 10 saatlığında Mazandaran tərəfdə Səfidrud çayının mənsəbinə gəlib-çıxmışdır. O. Rəştin 150 verstliyində Təbriz tərəfdə yaşayan xalxallı Əmirgunə xana kömək etməyi xahiş etmişdi və onun tələb etdiyi hər şeyi yerinə yetirməyə boyun olmuşdur. Əmirgunə xan, guya, onun xahişi ilə qoşunla Rəşt yaxınlığına gələrək həmin şahsevənli Nəzərəli xanı oradan qovub-çıxarmış və həmin şəhəri idarə etmək üçün əvvəlki kimi Hidayət xana vermişdir. Nəzərəli xan isə Xalxal xanına müqavimət göstərmək iqtidarında olmadığını görüb, oradan çıxarkən şəhərdəki bütün tikililəri və bağları yandırmışdır. Lakin bu məlumatın təsdiqini gözləmək lazımdır".

— General-poruçik Aleksandr Suvorov

Hakimləri

  1. Əmirgunə xan Əmirli-Əfşar (1747–1782)
  2. Fərəculla xan Əmirli-Əfşar (1782–1794)
  3. Məhəmmədhüseyn xan Əmirli-Əfşar (1794–1799)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xalxal xanlığı haqqında məlumat. Xalxal xanlığı nədir? Xalxal xanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ridaniyə döyüşü

  • Fevral 27, 2026

    Kuçluk xan

  • Fevral 27, 2026

    Şpitsbergen

  • Fevral 28, 2026

    Rododendron

  • Fevral 27, 2026

    Universal insan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst