Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mövcud bayraq 1 oktyabr 2003-cü il tarixli 52 saylı Xakasiya Respublikasının qanunu ilə təsdiq edilmiş və 1327 qeydiyyat nömrəsi ilə Rusiya Federasiyasının Dövl

Xakasiya bayrağı

  • Ana Səhifə
  • Vikipediya
  • Xakasiya bayrağı

Xakasiya bayrağı — Rusiya Federasiyası Xakasiya Respublikasının dövlət rəmzidir.

Xakasiya Respublikasının bayrağı
Təfərrüatlar
Proporsiya 1:2
Dizayner

S. A. Donskov, Q. A. Vyatkin



25.11.2002 — 24.09.2003



23.12.1993 — 25.11.2002



6.06.1992 — 23.12.1993
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mövcud bayraq 1 oktyabr 2003-cü il tarixli 52 saylı Xakasiya Respublikasının qanunu ilə təsdiq edilmiş və 1327 qeydiyyat nömrəsi ilə Rusiya Federasiyasının Dövlət Heraldik Reyestrinə daxil edilmişdir.

Mündəricat

Təsviri

Xakasiya Respublikasının dövlət bayrağı dörd zolaqdan ibarət düzbucaqlı bir paneldir. Üfüqi şəkildə ardıcıllıqla düzülmüş üç bərabər zolağın üstü mavi, ortası ağ alt hissəsi qırmızıdır. Dördüncü zolaq, yaşıl rəngdə olub, üfüqi zolaqları birləşdirərək, şaquli olaraq, birbaşa şaftda yerləşir.

Yaşıl zolağın ortasında qızıl rəngli günəş işarəsi (Kainatın simvolu) var. Horizontal zolaqların hər birinin eni bayrağın eninin üçdə birini təşkil edir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

1992-2003-cü illər bayraqları

1992-2003-cü illərdə Xakasiya bayrağı müasir versiyası ilə tamamilə eyni görünürdü, lakin üfüqi zolaqların ardıcıllığı fərqli idi (yuxarıdan aşağıya: ağ, mavi, qırmızı).

2003-cü ildə Rusiya Federasiyası Prezidenti yanında Heraldika Şurasının təkidi ilə və Xakasiya Respublikası Prokurorunun Xakasiya Respublikası 25 noyabr 2002-ci il tarixli 68 saylı qanununun 1-ci maddəsinə etirazından sonra "Xakasiya Respublikasının Dövlət Bayrağı haqqında" "zolaqların sırası, "Rusiya Federasiyasının Dövlət Bayrağı haqqında" federal konstitusiya qanunu ilə qadağan olunan Rusiya bayrağındakı zolaqların düzülüşünü təkrarlamamaq üçün dəyişdirildi.

1992-ci il bayraqda günəş işarəsi qara-ağ, 1993-cü il bayraqda qızıl və ağ, 2002-ci il bayraqda qızıl rəngdə təsvir edilmişdir.

1992-ci il bayrağının təsviri

Xakasiya Respublikasının dövlət bayrağı Rusiya Federasiyası daxilindəki dövlətçiliyinin, Rusiya Federasiyası və MDB dövlətlərinin bütün təsis qurumları ilə siyasi və sosial-iqtisadi əməkdaşlığa hazır olmağın bir simvoludur.

Xakasiya Respublikasının dövlət bayrağı, hər biri bayrağın eninin 1/3 hissəsi olan bərabər üfüqi ağ, göy, qırmızı zolaqlardan ibarət düzbucaqlı üç rəngli paneldir və şaquli istiqamətdə bayraq dirəyi boyunca yaşıl zolaq da, həmçinin bayrağın eninin 1/3 hissəsinə bərabərdir.

Xakasiya bayrağının üç rəngi Rusiya Federasiyasının Dövlət bayrağının rənglərinə uyğundur və Xakasiya Respublikasının Rusiya Federasiyasının bir subyekti olduğunu vurğulayır.

Bayrağı şaqulu olaraq hər üç rəngi birləşdirən yaşıl düzbucaqlı zolaq, əbədiyyət, Xakasiya xalqlarının dostluğu və qardaşlığını simvollaşdırır, Sibirin ənənəvi rəngidir.

Yaşıl zolağın mərkəzində Xakasiya torpağında yaşamış və bu işarəni yalnız Xakasiya ərazisində tapılmış daş heykəllərdə istifadə edən insanların nəsillərinə hörmət rəmzi olan günəş işarəsi var. Günəş işarəsində mövcud olan qara rəng onu çəkənlərin müdrikliyini simvollaşdırır.

Yaşıl zolağın ortasında yerləşən günəş işarəsi iki dik rombda yazılmış dairədə həndəsi fiqurdur. Rombun diaqonallarının ölçüsü 1:7/10. Böyük diaqonalın ölçüsü bayraq zolaqlarından birinin eninə bərabərdir. Təpə nöqtələri bayrağın şaquli hissəsindən 45 ° bucaq altında yerləşir. Dairənin xarici diametri, rombun böyük diaqonalının 4/5 hissəsidir. Aşağıdakı dairələrin diametri:mrombun böyük diaqonalının 7/10, 3/5, 2/5, 1/3 hissəsi qədərdir. Üçbucaqlar (günəş işarəsinin “qulaqları”) və ilk xarici dairə qara rəngdədir. Ardından rənglər növbə ilə gəlir: ağ, qara, ağ, qara.

Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xakasiya bayrağı haqqında məlumat. Xakasiya bayrağı nədir? Xakasiya bayrağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Döyüş topu

  • Fevral 27, 2026

    Dadaş Bünyadzadə

  • Fevral 27, 2026

    Siqaret

  • Fevral 27, 2026

    Ələsgər Novruzov

  • Fevral 28, 2026

    Memar Kəmaləddin

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst