Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xəmsə -(ərəb. خمسة ‎, ivr. ‏חמסה‏‎) — qoruyucu амулет həmayil Ərəblər və yəhudilərin işlətdiyi əl ovcu formasında həmayildir. Onun digər adı Allahın əlidir. "Xə

Xəmsə həmayili

  • Ana Səhifə
  • Vikipediya
  • Xəmsə həmayili

Xəmsə -(ərəb. خمسة ‎, ivr. ‏חמסה‏‎) — qoruyucu амулет həmayil Ərəblər və yəhudilərin işlətdiyi əl ovcu formasında həmayildir. Onun digər adı Allahın əlidir. "Xəmsə" sözünün mənşəyi sami dil ailəsinə aiddir və "beşlik" deməkdir. Bir qayda olaraq, simmetrik olur, böyük və çeçələ barmaq kənardan , bərabər uzunluqda görünür və ovuc içinin anatomik formasını təkrarlamır. Buna baxmayaraq, onu həm yəhudilər, həm də müsəlmanlar geniş istifadə edirlər. Məlumdur ki, o, səmavi dinlərin yaranışına qədər mövcud olmuş və qədim finikiyalıların Ay ilahəsi , və Karfagen şəhərinin himayədarı Tanrıça Tanit ilə əlaqədar olmuşdur.

Xəmsə

Mündəricat

Mənşəyi

Arxeoloji məlumatlar ona dəlalət edir ki, üzü aşağı istiqamətlənmiş Xəmsə regionda hələ monoteist (təkallahlı) dinlərin ardıcılları gəlməmişdən əvvəl istifadə olunub. Universal müdafiə işarəsi , sağ əlin açıq ovcunun obrazı hələ qədim Mesopotamiya artefaktları və Buddanın qoruma təlimində — Dxarmaçakra-mudrasında göstərilmişdir.

İlahi müdafiənin əl təsvirinə əsaslanan digər rəmzləri Veneranın əli (Zöhrə və ya Afrodita) və Müqəddəs Məryəmin əlidir ki, onlar da qadınların şər qüvvələrdən müdafiəsi , doğum artımı, laktasiya (süd vermə) , sağlam hamiləliyin təmini , zəif orqanizmin möhkəmlənməsi üçün istifadə olunurdu.

Nəzəriyyələrdən biri Xəmsənin ''Mano Pantea'', Qədim Misirlilərə "Üç barmaq" kimi tanınan amulet, həmayil ilə əlaqəsini yürüdür. Bu amuletdə iki barmaq İsida və Osirisi , böyük barmaq isə onların övladı, Horu simvolizə edir. Inanılırdı ki, bu amulet övladın müdafiəsi üçün valideynlərin ruhlarının çağırılması üçün işlənilirmiş.

Xəmsənin yəhudi mədəniyyətində keçdiyi tarix yolu və onun xüsusilə Sefardlar və Mizraximlər icmalarında geniş istifadəsini onun İslamda işlənməsi sayəsində izləmək mümkündür. Müsəlmanlarla qonşuluqda yaşayan yəhudilər Xəmsəni qəbul etmiş və istifadə etməyə başlamışlar.

Miriamın əli

Yəhudi Xəmsəsi

Yəhudilər arasında Xəmsə həm də "Yad xa-xameş" , yəni "Beşin əli" və ya Musa Peyğəmbər və Harunun bacısı "Miryamın əli" kimi məlumdur,

Xəmsə eyni zamanda 5 kitab olan Tövrat kimi də qəbul olunur.

Ərəb Xəmsəsi

İslamda xəmsəni çox zaman "Həzrəti Fatimənin əli" adlandırırlar. Həzrəti Fatimə Məhəmməd Peyğəmbərin yeganə qızı idi və onunadı bir çox möcüzələrlə , məsələn, yağış çağırmaqla bağlıdır. Onun əli dözümlülük, səbir və iman rəmzinə çevrilir. Xəmsə həm də İslamın 5 sütunun rəmzi sayılır.

İspaniyada islam hakimiyyəti başa çatdıqdan sonra Xəmsənin istifadəsinin nə qədər vacib əhəmiyyət kəsb etdiyini görən V Karlın 1526-cı ildə çağırdığı Yepiskop komitəsi Fatimənin əlinin , o cümlədən , açıq vəziyyətdə sağ əl görkəmində bütün həmayillərə, amuletlərə qadağa qoyan əmr imzaladı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xəmsə həmayili haqqında məlumat. Xəmsə həmayili nədir? Xəmsə həmayili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xocavənd

  • Fevral 27, 2026

    Yaşayış sahəsi

  • Fevral 26, 2026

    Dövlət xadimi

  • Mart 01, 2026

    Texnion

  • Fevral 27, 2026

    Yoşiro Mori

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst