Xəlfəli — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. Xəlfəli kənd inzibati-ərazi dairəsinin mərkəzidir.
| Xəlfəli | |
|---|---|
| |
| 39°45′41″ şm. e. 46°42′08″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Şuşa rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Xəlfəli | |
Coğrafiyası
Xəlfəli kəndi Şuşa rayonunun Xəlfəli kənd inzibati-ərazi dairəsinin mərkəzidir. Bu inzibati-ərazi dairəsinə Armudlu, Dükənlər, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu və Zamanpayası kəndləri də daxildir. Kənd Xəlfəliçayın sahilində yerləşir. Xəlfəliçay Qarqarçaya tökülür. Kənd Şuşa rayonunun şimal hissəsində, rayon mərkəzi olan Şuşadan 7 km aralıda yerləşir.
Tarixi
Sovet dövründə kənd Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) tərkibində olan Şuşa rayonuna daxil idi.
Qarabağ münaqişəsi nəticəsində kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
2020-ci il 9–10 noyabr gecəsi imzalanmış Üçtərəfli Bəyanata əsasən, İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirdiyi hərbi əməliyyatlar nəticəsində kənd Azərbaycanın nəzarətinə qaytarılmışdır.
Əhalisi
Qarabağ müharibəsindən əvvəl kənddə yalnız azərbaycanlılar yaşayırdı. 1912-ci il "Qafqaz təqvimi"nə görə, kənddə əsasən "Tatarlar" kimi qeyd edilən 1 389 azərbaycanlı yaşayırdı. 1921-ci il siyahıyaalınmasına əsasən, kənddə "Azərbaycan türkləri" kimi göstərilən 1 073 azərbaycanlı yaşamışdır. 1986-cı il məlumatlarına görə, kənddə 117 nəfər yaşayırdı.
Həmçinin bax
- Malıbəyli
- Xəlfəliçay
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xəlfəli (Şuşa) haqqında məlumat. Xəlfəli (Şuşa) nədir? Xəlfəli (Şuşa) nə deməkdir?

