Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd, Vəngli

Vəngli

  • Ana Səhifə
  • Vikipediya
  • Vəngli

Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd, Vəngli kənd inzibati ərazi dairəsinin mərkəzi.

Vəngli
40°03′28″ şm. e. 46°32′44″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Ağdərə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.031 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 26
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 32
Vəngli xəritədə
Vəngli
Vəngli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Gəncəsər monastırı
Kəndin ətrafındakı dağlar

Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncəsər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216–1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur.

Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsünə görə, Vəngli kəndi Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Vənkli (Vanklu) kənd Sovetinin mərkəzi idi. Muxtar vilayətində separatçı hərəkətləri başlayandan sonra, Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi qərara alınmışdı. Həmin Qanunla Mardakert rayonunun Ağdərə rayonu adlandırılması, Mardakert şəhərinin Ağdərə şəhəri adlandırılması da qərara alınmışdı. Lakin, Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonunun bəzi yaşayış məntəqələrinin Tərtər rayonunun tərkibinə verilməsi qərara alınmış, 13 oktyabr 1992-ci il tarixli 327 saylı Qərarı ilə isə Ağdərə rayonunun ümumiyyətlə ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülməsi qərara alınmışdı. Vəngli kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biri idi. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vənkli kəndi Vənkli kəndi adlandırılmışdır.

Qarabağ müharibəsinin başlandığı ilk günlərdən ermənilər bu kənddə nəzarəti tam ələ keçirərək buradan qonşu azərbaycanlı kəndlərinə hücum etməyə, günahsız insanları qırmağa başladılar. Bunun qarşısını almaq üçün Azərbaycan ordusu 1992-ci ilin yayında təşkil etdiyi hücum zamanı həmin ilin avqustun 23-də kəndi erməni işğalçılarından təmizlədi. Lakin 1993-cü ilin əvvəlində Ermənistan ordusu yenidən hücuma keçərək kəndi işğal etdi. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Vəngli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

7 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Vəngli kəndində olublar.

27 dekabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanununu təsdiq etmişdi, bununla Ağdərə rayonunun yenidən yaradılması, Vəngli kəndinin də Ağdərə rayonunun tərkibinə daxil edilməsi qərara alınmışdı.

21 avqust 2025-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuş, sakinlərlə görüş keçirmişdilər.

Tarixi abidələri

Kənddə 1238-ci ildə tikilmiş və Qafqaz Albaniyası memarlığının incisi sayılan Gəncəsər monastırı yerləşir. Kənd ərazisindəki XII əsrdə tikilmiş Qanzasar məbədinə görə belə adlanmışdır.

Coğrafiyası və iqlimi

Kənd Xaçınçayın sol sahilində, yüksək dağlıq ərazidə yerləşir. Havası yay zamanı sərin, yağışlı, qışda isə soyuq və qarlı keçir. Kəndin ətrafı meşələrlə örtülüdür, buna görə havası təmiz və səfalıdır.

Əhalisi

2005-ci ildə separatçı rejim tərəfindən Dağlıq Qarabağda keçirilmiş əhalinin siyahıyaalmasına əsasən Vəngli kəndinin əhalisinin faktiki sayı 1280 nəfər, qeydiyyatdakı əhalinin sayı 1284 nəfər təşkil edirdi. Vənglidə məskunlaşmış ermənilər vaxtilə buraya İran ərazisindən köçürülmüşlərin törəmələri idi.

2025-ci ilin 15 avqust tarixində 22 ailə, ümumilikdə 83 nəfər Vəngli kəndinə qayıdıbdır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vəngli haqqında məlumat. Vəngli nədir? Vəngli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Biosfer

  • Fevral 27, 2026

    Latın İmperiyası

  • Fevral 25, 2026

    Kanberra

  • Fevral 27, 2026

    Fransa kommunları

  • Fevral 27, 2026

    Karağandı vilayəti

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst