Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vəli (الْوليّ, cəm أَوْلِيَاء, ʾawliyāʾ,) — Müsəlmanlar tərəfindən ən çox müqəddəs, " Allahın dostu" mənasında istifadə olunur.

Vəli

  • Ana Səhifə
  • Vikipediya
  • Vəli

Vəli (الْوليّ, cəm أَوْلِيَاء, ʾawliyāʾ,) — Müsəlmanlar tərəfindən ən çox müqəddəs, " Allahın dostu" mənasında istifadə olunur.

Tərif artikli (ərəbcə: ال) əlavə olunarsa, Allahın adlarından biri (ərəbcə: الْولي) alınır; "Köməkçi, Dost" deməkdir.

Xristian müqəddəsin İslam ekvivalenti olaraq vəli "xüsusi ilahi lütf… müqəddəsliklə qeyd olunan" və "Allah tərəfindən seçilmiş və möcüzələr kimi qeyri-adi hədiyyələrlə təchiz edilmiş" təsvir edilir.

Övliya təlimi ilkin İslam tarixinin çox erkən mərhələlərində Quranın bəzi ayələri və bəzi hədislərə istinad etməklə müsəlman alimləri tərəfindən irəli sürülmüşdür

Övliya məzarları, Müsəlman dünyasının hər yerində xüsusən eramızın 1200-cü ilindən sonra bərəkət axtaran müsəlman kütlələri üçün ziyarət mərkəzlərinə çevrildi.

İlk müsəlman hagioqrafiyaları İslam mistik təsəvvüf hərəkatının sürətlə yayılmağa başladığı dövrdə yazıldığından, sonralar ortodoksal sünni İslamda böyük övliya sayılan şəxsiyyətlərin əksəriyyəti Bəsrəli Həsən (vəfatı 728), Farkad Səbahi (ö. 729), Davud Tai (ö. 777–781), Rabia (ö. 801), Maruf Kerhi (ö. 815) və Bağdadlı Cüneyd (ö. 910) erkən sufi mistikləri idi.

XII əsrdən XIV əsrə qədər təsəvvüf ilə övliyalara ehtiram həm xalq, həm də hökmdarlar arasında müəyyənləşdi.

Bu dövrün təqvasının ümumi ifadələrində vəli "mənəvi kamillik .. təfəkkür sahibi olmaq" kimi başa düşülürdü.

Övliyanın varlığı və möcüzələrinə inanmaq Təhəvi və Nəsəfi kimi dövrünün aparıcı sünni əqidə müəllifləri tərəfindən ortodoks İslam üçün bir "şərt" kimi təqdim edildi.

Ənənəvi İslamda öndə gedən övliyalar Peyğəmbərin səhabələri, canişinləri və davamçılarıdır. Bundan əlavə, İslamda peyğəmbərlər və elçilər də tərifə görə müqəddəs sayılırlar; Sünni inancın ümumi prinsipi olaraq, Peyğəmbərlər bütün bəşəriyyətin ən böyüyü olaraq normal övliyalardan daha yüksək məqama ucaldılır. Bir sözlə, "hər peyğəmbər övliyadır, lakin hər övliya peyğəmbər deyildir" inanılır.

Sünni və şiə müqəddəslərinin ənənəvi ideyası və onlara pərəstiş müasir dünyada sələfilik, vəhhabilik və İslam modernizmi kimi puritanist və dirçəlişçi islam hərəkatları tərəfindən etiraz edilir. Bu hərəkatların inkişafı həm də dolayı yolla əsas müsəlmanlar arasında müsəlman müqəddəslərinin qəbul və ehtiramını " qəbuledilməz sapma " kimi qəbul etmə meylinə səbəb oldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vəli haqqında məlumat. Vəli nədir? Vəli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Piter Abrahams

  • Fevral 27, 2026

    Leonardo Fibonaççi

  • Fevral 27, 2026

    Xalq şairi

  • Fevral 27, 2026

    Myrtaceae

  • Fevral 27, 2026

    Taybad

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst