Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Voroşil Levon oğlu Qukasyan (9 yanvar 1932, Nic, Qutqaşen rayonu – 11 oktyabr 1986, Bakı) — udiəsilli Azərbaycan dilçisi, türkoloq, qafqazşünas, udi dili və alb

Voroşil Qukasyan

  • Ana Səhifə
  • Vikipediya
  • Voroşil Qukasyan

Voroşil Levon oğlu Qukasyan (9 yanvar 1932, Nic, Qutqaşen rayonu – 11 oktyabr 1986, Bakı) — udiəsilli Azərbaycan dilçisi, türkoloq, qafqazşünas, udi dili və alban əlifbası üzrə mütəxəssis, filologiya elmləri doktoru (1973).

Voroşil Qukasyan
Voroşil Levon oğlu Qukasyan
Doğum tarixi 9 yanvar 1932(1932-01-09)
Doğum yeri
  • Nic, Qutqaşen rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 11 oktyabr 1986(1986-10-11) (54 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elm sahəsi filologiya
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Təhsili
  • Bakı Dövlət Universiteti

Mündəricat

Həyatı

Voroşil Qukasyan 1932-ci ildə Qəbələ rayonunun Nic kəndində udi ailəsində anadan olub. Bakı Dövlət Universitetini bitirib. Azərbaycan SSRİ Elmlər Akademiyasında çalışıb. 1965-ci ildə "Udi dilinin Nic dialektinin fonetik və morfoloji özəllikləri" mövzusunda namizədlik işini müdafiə edib. 1973-cü ildə "Azərbaycan və udi dilləri arasında əlaqələr" mövzusunda Dilçilik İnstitutunda doktorluq işini müdafiə edib. 1974-cü ildə dərc etdiyi "Udicə-Azərbaycanca-Rusca lüğət" indiyə kimi çağdaş udi dilinin hər iki dialektinin (Nic və Vartaşen) yeganə və ən böyük toplusu olaraq qalır. Ən son elmi işi V. İ. Aslanovla birgə yazdığı "Исследования по истории азербайджанского языка дописьменного периода" (1986) kitabı olub.

Elmi işlərinin çoxunu "Q.Voroşil" kimi imzalayırdı.

Nic kəndində torpağa basdırılıb.

Əsərləri

Kitabları:

  • Udincə-azərbaycanca-rusca lüğət. Bakı: "Elm" nəşriyyatı, 1974.
  • Исследования по истории азербайджанского языка дописьменного периода. Баку: Издательство «Элм», 1986.
  • Qafqaz Albaniyası (tarixi-filoloji etüdlər). Bakı: "Öyrətmən" nəşriyyatı, 1993.

Məqalələri:

  • Voroşil Qukasyan. Udi dilində qohumluq terminləri (1961).
  • Voroşil Qukasyan. Qədim Ağvan əlifbası və udi dili haqqında (1962).
  • В.Л. Гукасян. Ниджский диалект удинского языка (звуковой состав и некоторые фонетические процессы) (1963).
  • Voroşil Qukasyan. Azərbaycan və udi dillərinin qarşılıqlı əlaqələrinə dair (1966).
  • В.Л. Гукасян. Удинские слова в «Истории Албан» (1968).
  • В.Л. Гукасян. К дешифровке албанских надписей Азербайджана (1968).
  • В.Л. Гукасян. Удинские слова в «Истории Албан» (1968).
  • В.Л. Гукасян. Опыт дешифровки албанских надписей Азербайджана (1969).
  • В.Л. Гукасян. Из истории изучения письменности Кавказской Албании (1969).
  • В.Л. Гукасян. Тюркизмы в «Истории Албан» Моисея Утийского (1971).
  • В.Л. Гукасян. К трехъязычию удин // Проблемы двуязычия и многоязычия (1973).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Voroşil Qukasyan haqqında məlumat. Voroşil Qukasyan nədir? Voroşil Qukasyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Fil (şahmat)

  • Fevral 26, 2026

    1902-ci il

  • Fevral 27, 2026

    Starbucks

  • Fevral 27, 2026

    E.ə. 453

  • Fevral 27, 2026

    Vasili Kandinski

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst