Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vladislav Şpilman (pol. Władysław Szpilman; 5 dekabr 1911[…], Sosnoves[d], Polşa çarlığı, Rusiya imperiyası – 6 iyul 2000[…], Varşava, Polşa) — polyak pianoçusu

Vladislav Şpilman

  • Ana Səhifə
  • Vikipediya
  • Vladislav Şpilman

Vladislav Şpilman (pol. Władysław Szpilman; 5 dekabr 1911[…], Sosnoves[d], Polşa çarlığı, Rusiya imperiyası – 6 iyul 2000[…], Varşava, Polşa) — polyak pianoçusu və bəstəkarı. Roman Polanski "Pianoçu" filmini Vladislav Şpilmanın avtobioqrafiyası əsasında çəkmişdir. Şpilman 1939-cu ildə Almanların Polşaya hücumunda, ailəsini itirsədə özü sağ qurtula bilmişdir.

Vladislav Şpilman
pol. Władysław Szpilman
Doğum tarixi 5 dekabr 1911
Doğum yeri Sosnavic , Polşa
Vəfat tarixi 6 iyul 2000 (88 yaşında)
Vəfat yeri Varşava, Polşa
Dəfn yeri
  • Povonzki hərbi qəbiristanlığı[d]
Milliyyəti Polyak
Təhsili
  • Berlin İncəsənət Akademiyası[d] (1931–1933)
Fəaliyyəti Pianoçu və bəstəkar
Fəaliyyət illəri 1930-cu ildən
Mükafatları Złoty Krzyż Zasługi Polşanın İntibah ordeninin ulduzlu komandoru Knight of the Order of Polonia Restituta
Polşanın əməkdar mədəniyyət xadimi
szpilman.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1911-ci ildə Sosnoves şəhərində yəhudi ailəsində doğulan Şpilman 1930-cu illərin əvvəllərində, Varşava və Berlin şəhərlərində piano təhsili almışdır. 1933-cü ildə Adolf Hitler hakimiyyətə gələndə Şpilman tezliklə Varşavaya qayıdır. 1 aprel 1935-ci ildə Şpilman Polşa Radiosuna işə düzəlir. 1939-cu ildə Almanlar Polşanı işğal etməsindən sonra Polşa radiosu fəaliyyətini dayandırır. Bununla Şpilman və ailəsinin ağır günləri başlayır. Şpilman yalnız Yahudlilərin buraxıldığı restoranda piano ifa edir və bu yolla maddi baxımdan ağır olan ailəsini saxlayırdı. Hitlerin planlarından biri yəhudiləri Gettolara toplamaqla, onların kütləvi şəkildə məhv etmək idi.

Şpilam ailəsi ilə birlikdə Varşavada kasıbların cəmləşdiyi səmtdə yaşayırdı. Qardaşı yəhudi bazarında kitab satmaqla ailəsinə kömək edirdi. Şpilmanın qardaşından başqa iki bacısıda vardı. Alman Yəhudi polisində çalışan şəxslər, Şpilman ailəsini nasistlərlə işləməyi təklif etsələrdə, ailə bu təklifi qəbul etməmişdir. 1940-cı ilin əvvəllərində, ailə Gettolara aparılmaq üçün dəmiryoluna gətirilmişdir. Burada əvvəlcədən tanıdığı yəhudi polisi tərəfindən xilas edilmiş və dəmiryolunun ərazisindən uzaqlaşdırılmışdır. Bundan sonra Şpilman 4 il müddətində, Varşava şəhərində Almanlardan gizlənmişdir.

Bir neçə dəfə ələ keçsədə, qaçaraq xilas olmuşdur. Onun gizlənməsində Polşa radiosunun əməkdaşlarının rolu böyük olmuşdur. Onlar Şpilmanı 2 dəfə ayrı-ayrı mənzillərdə gizlənməsini və vaxtı-vaxtında ərzaqla təmin olunmasını həyata keçirmişdilər. Müharibənin sonlarına yaxın küçələrdə gecələyən Şpilman, Varşavada xarabalıqlarının birində Alman zabiti Vilm Hosenfildlə qarşılaşmışdır. Hosenfild Şpilmanı gizləndiyi yeri öyrənmiş və onu üç gündən bir ərzaqla təmin etmişdir. Şpilman Alman qərargahının mərkəzi olan binanın damında gizlənirdi.

Bir neçə aydan sonra almanlar Polşadan çıxmışlar, bununla Şpilman böyük çətinliklə İkinci dünya müharibəsindən sağ qurtula bilmişdir. Müharibədən sonra uzun müddət yaşayan Şpilman, Polşa radiosunda yarımçıq qalan fəaliyyətini davam etdirmişdir. Şpilmanın sağ qalmasında müstəsna əməyə sahib olan Polşa radiosunun bir çox işçiləri, zabit Vilm Hosenfild və Şpilmanın bütün ailə üzvüləri həlak olmuşdur. Vladislav Şpilman 6 iyul 2000-ci ildə Varşava şəhərində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vladislav Şpilman haqqında məlumat. Vladislav Şpilman nədir? Vladislav Şpilman nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Pürsüfiyan dehistanı

  • Fevral 26, 2026

    Kanadalılar

  • Fevral 28, 2026

    Mixail Baxtin

  • Mart 01, 2026

    Diskurs təhlili

  • Fevral 27, 2026

    Hordeum jubatum

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst