Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vitali Mikaeloviç Balasanyan (erm. Վիտալի Բալասանյան; 5 mart 1959, Əsgəran, DQMV) — tanınmayan DQR-nin hərbçisi, siyasətçi, ictimai xadim, DQMV qondarma Milli Ş

Vitali Balasanyan

  • Ana Səhifə
  • Vikipediya
  • Vitali Balasanyan

Vitali Mikaeloviç Balasanyan (erm. Վիտալի Բալասանյան; 5 mart 1959, Əsgəran, DQMV) — tanınmayan DQR-nin hərbçisi, siyasətçi, ictimai xadim, DQMV qondarma Milli Şurasının deputatı, tanınmaməş dövlətin general-mayoru. Birinci Qarabağ müharibəsindəki xidmətlərinə görə qondarma DQR tərəfindən "Artsax qəhrəmanı" adını almışdır. Xocalı soyqırımını törədənlərdən biri olub.

Vitali Balasanyan
erm. Վիտալի Միխայիլի Բալասանյան
Şəxsi məlumatlar
Doğum tarixi 5 mart 1959(1959-03-05) (66 yaş)
Doğum yeri
  • Əsgəran, Stepanakert rayonu, DQMV, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Ermənistan Dövlət İqtisad Universiteti (–2011)
Fəaliyyəti siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Dağlıq Qarabağ Respublikası
Qoşun növü Qondarma Dağlıq Qarabağ Müdafiə Ordusu
Döyüşlər Birinci Qarabağ müharibəsi
Aprel döyüşləri
Rütbəsi
  • general-mayor
Təltifləri Artsax Qəhrəmanı
1-ci dərəcəli "Hərb xaçı" ordeni (Qarabağ)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Təhsili

Vitali Balasanyan 1976-cı ildə Əsgəranda orta məktəbi bitirmişdir. Yezidi kürdüdür. 1977–1979-cu illərdə sovet ordusunda xidmət etmişdir. 1990-cı ildə İrəvanda Kooperativ Ticarət Texnikumunu, 2011-ci ildə Ermənistan Dövlət İqtisad Universitetini bitirmişdir.

Hərbi karyerası

Vitali Balasanyan 1988-ci ildə Əsgərənda erməni özünümüdafiə dəstələrindən birinə rəhbərlik etmişdir. 1990-cı ildə Əsgəran rayonunun özünümüdafiə qüvvələrinin komandiri seçilmişdir. 1996–1998-ci illərdə diviziya komandiri, 1998–1999-cu illərdə tanınmayan DQR Müdafiə Ordusunun komandirinin müavini, 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə tanınmayan DQR-nin müdafiə nazirinin müavini olmuşdur. 2000–2005-ci illərdə "Arsax Müharibəsi Veteranları Birliyi" ictimai təşkilatına rəhbərlik etmişdir. 2000-ci ildə general-mayor rütbəsi almışdır. Əsgəran rayonundan kənarda da bir sıra hərbi əməliyyatlarda iştirak etmişdir (Ağdam döyüşü, Horadiz əməliyyatı və s.). 2002-ci ildə "Arsax Qəhrəmanı" adına layiq görülmüşdür.

Vitali Balasanyan 2016-cı ilin aprel ayında Qarabağda baş verən Aprel döyüşlərində iştirak etmişdir.

Siyasi karyerası

1991-ci ildə Vitali Balasanyan Dağlıq Qarabağ Respublikası Ali Sovetinin birinci çağırışının, 2005-ci ildə "Daşnaksütun-Hərəkat 88"-in siyahısı ilə Arsax parlamentinin, 2010-cu ildə EİF Daşnaksütunun proporsional siyahısı ilə Arsax Milli Şurasının deputatı seçilmişdir. 2007–2010-cu illərdə tanınmayan DQR-nin prezidentinin məsləhətçisi olmuşdur. 28 aprel 2012-ci ildə tanınmayan DQR prezidenti postuna namizədliyini irəli sürmüş və 2012-ci ildə keçirilən prezident seçkilərində 32,5 % səs toplayaraq (22 966 nəfər), 66,7 % səs almış Bako Saakyana uduzmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vitali Balasanyan haqqında məlumat. Vitali Balasanyan nədir? Vitali Balasanyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Böyük İskəndər

  • Fevral 24, 2026

    Dövlət başçısı

  • Fevral 27, 2026

    Şeyx Tusi

  • Fevral 27, 2026

    Tit (imperator)

  • Fevral 20, 2026

    Şəhər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst