Vilnüs Universiteti (lit. Vilniaus universitetas) — Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən ali təhsil müəssisəsi. Şərqi və Orta Avropanın ən məşhur və qədim ali təhsil müəssisələrindən biridir.
| Vilnüs Universiteti VU | |
|---|---|
| Vilniaus universitetas | |
| |
| |
| Tip | Dövlət |
| Əsası qoyulub | 1579 |
| Tələbə sayı | 20,643 |
| Ölkə | |
| Şəhər | Vilnüs şəhəri |
| Sayt | vu.lt |
| 54°40′57″ şm. e. 25°17′14″ ş. u.HGYO | |
![]() | |
Tarixi
Vilnüs Universitetinin əsası 1579-cu ildə qoyulmuşdur. Onun təməlinin qoyulması yüksək siyasi əhəmiyyət daşıyaraq XVI əsrdə Litva Böyük Hersoqluğunun mədəni həyatında ən əhəmiyyətli hadisə idi. Vilnüs Universiteti nəinki təkcə Litva Böyük Hersoqluğunda deyil, həmçinin bütün Şərqi Avropada ilk ali təhsil məktəbi idi. Bu universitet təhsilin və elmin nəinki Litvada, həmçinin Belarusda və Ukraynada yayılmasında böyük rol oynamışdır.
Fakültələri
- Hüquq fakültəsi;
- Tibb fakültəsi;
- İqtisadiyyat fakültəsi;
- Sosial elmlər fakültəsi;
- Kompüter elmləri fakültəsi;
- Xarici dillər fakültəsi;
- Psixologiya fakültəsi;
- Fəlsəfə fakültəsi;
- Tətbiqi riyaziyyat fakültəsi;
- Fizika fakültəsi;
- Biologiya fakültəsi;
- Kimya fakültəsi.
Rəsədxanası
Vilnüs Universitetinin rəsədxanası 1962-ci ildən fəaliyyət göstərir. Bu rəsədxana Litvada və Baltikyanı ölkələrdə astronomiya və təbiət elmləri üzrə yeganə ixtisaslaşdırılmış informasiya mərkəzidir.
Xarici əlaqələri
Utrext Şəbəkəsinin və Koimbra qrupunun üzvüdür.
Şəkilləri
Tələbələri


Həmçinin bax
Biblioqrafiya
- Studia z dziejów Uniwersytetu Wileńskiego 1579–1979, K. Mrozowska, Kraków 1979
- Uniwersytet Wileński 1579–1979, M. Kosman, Wrocław 1981
- Vilniaus Universiteto istorija 1579–1803, Mokslas, Vilnius, 1976, 316 p.
- Vilniaus Universiteto istorija 1803–1940, Mokslas, Vilnius, 1977, 341 p.
- Vilniaus Universiteto istorija 1940–1979, Mokslas, Vilnius, 1979, 431 p.
- Łossowski, Piotr. Likwidacja Uniwersytetu Stefana Batorego przez władze litweskie w grudniu 1939 roku (Polish). Warszawa: Interlibro. 1991. ISBN 83-85161-26-0.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vilnüs Universiteti haqqında məlumat. Vilnüs Universiteti nədir? Vilnüs Universiteti nə deməkdir?
