Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Viktor Robertoviç Tsoy (rus. Виктор Робертович Цой; 21 iyun 1962, Leninqrad – 15 avqust 1990) — sovet rok musiqiçisi, koreya (ata) və rus (ana) mənşəli şair, rə

Viktor Tsoy

  • Ana Səhifə
  • Vikipediya
  • Viktor Tsoy

Viktor Robertoviç Tsoy (rus. Виктор Робертович Цой; 21 iyun 1962, Leninqrad – 15 avqust 1990) — sovet rok musiqiçisi, koreya (ata) və rus (ana) mənşəli şair, rəssam, "Kino" rok-qrupunun yaradıcısı və rəhbəri. Bir neçə filmdə aktyor kimi rol alıb.

Viktor Tsoy
rus. Виктор Робертович Цой
Ümumi məlumatlar
Doğum tarixi 21 iyun 1962(1962-06-21)
Doğum yeri
  • Leninqrad, RSFSR, SSRİ
Vəfat tarixi 15 avqust 1990(1990-08-15) (28 yaşında)
Vəfat səbəbi yol-nəqliyyat hadisəsi
Dəfn yeri
  • Boqoslovskoye qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti şair, aktyor, müğənni, gitaraçı, bəstəkar, mahnı yazarı[d], kino aktyoru, rəssam, müğənni-bəstəkar, söz yazıçısı[d], rok musiqiçisi
Fəaliyyət illəri 1978–1990
Janrlar rok, yeni dalğa, Postpank, pank rok[…], indi-rok[…]
Musiqi alətləri gitara, bas-gitara
Səs tembri bariton
Üzvlüyü
  • Kino
Mükafatları +
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Viktor Tsoy bədən tərbiyəsi müəlliməsi Valentina Vasilyevna Tsoy və koreyamənşəli mühəndis Robert Maksimoviç Tsoyun ailəsində dünyaya gəlmişdir. 1974–1977-ci illərdə incəsənət məktəbinə getmişdir. Bu illərdə Palata №6 adlı qrupda bas-gitarist kimi fəaliyyət gostərmişdir. İncəsənət məktəbindən davamiyyət səbəbinə görə xaric edildikdən sonra texniki-peşə məktəbində ağacoyma sənəti üzrə oxumuşdur. Gəncliyində Vladimir Vısotski, Mixail Boyarski və Brüs Linin fanatı olmuşdur. Sonralar onun imicində Brüs Linin təsiri hiss olunurdu. Şərq əlbayaxa döyüş növləri ilə maraqlanır, netsuke adlanan yapon fiqurlarını düzəldirdi.

Yaradıcılığı

1970-ci illərin sonu, 1980-ci illərin başlanğıcında həvəskar rok qrupu olan "Piliqrim"-in üzvü Aleksey Rıbin və "Palata № 6" qrupunun bas-gitaristi Viktor Tsoy arasında davamlı danışıqlar başladı. Onlar Mayk Naumenko (Zoopark) və ya Andrey Panovun (Svin) mənzillərində görüşərək "Автоматические удовлетворители" pank qrupunun ərsəyə gətirmək üçün hazırlıqlar həyata keçirirdilər.

Ölümü

Viktor Tsoy 15 avqust 1990-cı il 12:28 radələrində avtomobil qəzasında həlak olub. Qəza Latviyada Sloka-Talsi yolunun 35-ci kilometrliyində rəsmi versiyaya görə sükan arxasında yatıb və özünə məxsus Moskviç-2141-də İkarus markalı avtobusla toqquşub. Tsoy 19 avqust 1990-cı ildə Boqoslovskoe məzarlığında dəfn edilib.

Ölümün səbəbləri haqqında başqa versiyalar da vardır. Belə ki, "Sledstvie veli…" sənədli filmlərini hazırlayanlar təxmin edirlər ki, Tsoy sərt döngəni dönərkən maqnitofonundakı kasetin üzünü dəyişməyə çalışıb ki, bu da fikrinin yayınmasına və nəticədə qəzaya səbəb olub.

"Rusiya estradasının populyar müğənniləri" seriyasından Viktor Tsoya həsr olunmuş poçt markası, 2 rubl (1999)

Diskoqrafiya

  • 1982 — "45"
  • 1983 — "46"
  • 1984 — "Начальник Камчатки"
  • 1985 — "Это не любовь"
  • 1986 — "Ночь"
  • 1988 — "Группа крови"
  • 1989 — "Звезда по имени Солнце"
  • 1989 — "Последний герой"
  • 1990 — "Чёрный альбом"

Filmoqrafiya

  1. 1986 — "Ya-Xxa" (rus. «Йа-Хха») (sənədli video). Rejissor Raşid Nuqmanov
  2. 1986 — Tətilin sonu (rus. «Конец каникул»). Rejissor Sergey Lısenko
  3. 1987 — Rok (sənədli kadrlar). Rejissor Aleksey Uçitel
  4. 1988 — "Assa". Rejissor Sergey Solovyov
  5. 1988 — "İynə" (rus. «Игла»). Rejissor Raşid Nuqmanov
  6. 1992 — "Sonuncu qəhrəman" (rus. «Последний герой»). Rejissor Aleksey Uçitel

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Viktor Tsoy haqqında məlumat. Viktor Tsoy nədir? Viktor Tsoy nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dieqo Maradona

  • Fevral 27, 2026

    Qızıllar (Xakas)

  • Fevral 27, 2026

    Müzikl

  • Fevral 27, 2026

    İntibah incəsənəti

  • Fevral 27, 2026

    Böyük İsgəndər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst