Vikinq proqramı — NASA tərəfindən Marsa göndərilən "Vikinq 1" və "Vikinq 2" kosmik zondlarından ibarət missiyadır.

Bu, nə vaxtsa Mars üçün nəzərdə tutulan ən bahalı missiya idi, ümumi dəyəri təxminən 1 milyard $ təşkil edirdi. 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Mars planetinin səthi haqqında əsas məlumatların əldə edilməsində əvəzsiz rolu olmuşdur.

"Vikinq 1" 20 avqust 1975-ci ildə, "Vikinq 2" isə 9 sentyabr 1975-ci ildə Yerdən uçuşa başlayıblar. Təxminən 9 ay sonra, yəni 19 may 1976-cı ildə "Vikinq 1", 7 avqust 1976-cı ildə isə "Vikinq 2" Mars atmosferinə daxil olur. Nəhayət, "Vikinq 1" 20 iyul, "Vikinq 2" isə 3 sentyabr 1976-cı ildə Mars səthinə uğurlu eniş etdilər.
Elmi məqsədlər
- Mars səthinin yüksək keyfiyyətli şəkillərini əldə etmək
- Mars atmosferinin və səthinin strukturunu və tərkibini xarakterizə etmək
- Marsda həyatın olmasına dair sübutlar axtarmaq
Həmçinin bax
- Serveyer proqramı
- Reyncer proqramı
- Yeni hüdudlar
- Voyacer proqramı
- Pioner proqramı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vikinq proqramı haqqında məlumat. Vikinq proqramı nədir? Vikinq proqramı nə deməkdir?