Vidadi İsayev (18 aprel 1959, Cul, Əzizbəyov rayonu) — Bərdə Rayon İcra Hakimiyyətinin başçısı (3 mart 2011 tarixindən).
| Vidadi İsayev | |
|---|---|
| |
Vəzifədədir | |
| 3 mart 2011-ci ildən | |
| Əvvəlki | İlham Ağayev |
| 19 iyul 2005 – 3 mart 2011 | |
| Əvvəlki | İsa Allahverdiyev |
| Sonrakı | Ceyhun Cəfərov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 18 aprel 1959 (66 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | yazıçı |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
Həyatı
İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib.
1980–1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllimi, 1986–2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004–2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005–2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri namizədidir.
Ailəsi
Ailəlidir, dörd övladı var.
Əsərləri
- "Hardan gəlir bu köç?",
- "Yevlax sənədlərdə və yaddaşlarda",
- "503-cü eşalon".
- "Ağ işıq" (povest), "Ədəbi İrəvan-2007", Bakı, "Nurlan", 2008. səh.205–234.
Təltifləri
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə "Əmək" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2019-cu il tarixli Sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 may 2019-cu il tarixli,1205 nömrəli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vidadi İsayev haqqında məlumat. Vidadi İsayev nədir? Vidadi İsayev nə deməkdir?
