Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Venesiya bazarlarında olan məhsulların müxtəlifliyinə diqqət yetirdikdə həmişə şərq ölkələrinin bazarları xatırlanır. Burada axtardığın hər şeyi tapmaq mümkündü

Venesiya mətbəxi

  • Ana Səhifə
  • Vikipediya
  • Venesiya mətbəxi

Venesiya bazarlarında olan məhsulların müxtəlifliyinə diqqət yetirdikdə həmişə şərq ölkələrinin bazarları xatırlanır. Burada axtardığın hər şeyi tapmaq mümkündür. Bazarda quş ətləri, kürü, cürbəcür balıqlar, həmçinin müxtəlif dəniz məhsulları satılır. Venesiya mətbəxi bütün mümkün olan yeməklərdən istifadə edir, çünki satıcıların çoxsaylı olması buna imkan verir. Həmin satıcılar dünyanın müxtəlif ölkələrindən gəldiyi üçün əlverişli tamların əldə edilməsi də əlbəttə ki, asandır. Lakin yerli yeməklərin çox hissəsini düyü, toyuq, balıq və həmişəki qaydaya uyğun olaraq İtaliya tərəvəzlərinin köməyi ilə hazırlanır.

Venesiya yeməyi: dana qara ciyəri kartofla.

Venesiya mətbəxində yeməklərin çox hissəsi rizotta ilə süfrəyə verilir. Bu yemək bişirilərkən içərisinə tərəvəz, paxla, balıqla birlikdə verilir, həmçinin toyuq və dana əti də qatılır. Hətta sosis də qatmaq olar.

Venesiyalıların ən çox sevdikləri yeməklərdən biri də qarğıdalının odun üzərində hazırlanmasıdır. Bəzən onu müəyyən hissələrə ayırıb odun içərisinə belə salırlar. Ümumiyyətlə Venesiyada yağlı yeməklərə daha çox üstünlük verirlər, xüsusi ekzotik reseptlərdən istifadə edərək spesefik xörəklər yaradırlar. Həmçinin xörəklərə uyğun souslar da hazırlanır.

Unutmaq lazım deyil ki, venesiyalılar da İtaliyanın millətinə daxildir və bütün bu xalqın nümayəndəsi makaronlara aşiqdir. Dünyada ən güniş yayılmış makaron xörəklərinə burada rast gəlmək olar. Burada paxladan hazırlanmış və Pasta e fagoli adlandırılan xörək xüsusi ilə seçilir.

Venesiya özünün firma yeməklərindən olan Fegato alla Veneziana ilə də məşhurdur və bu Venesiya üsulunda düzəldilmiş peçenye hesab olunur. Bunun içərisinə ançous (siyənəyə oxşar xırda balıq), zərif doğranmış formada soğan əlavə edilir.

Nahar yeməyinin əsasını bitirdikdən sonra adətən meyvə və pendir qəbul edilir. Əlbəttə ki, gözəl şərabsız da ötüşmək mümkün deyildi. Buna misal olaraq Vin Santo desert şərabını göstəmrək olar. Sərt peçenyenin qatılması ilə hazırlanır. Yaxud köpüksüz şərab Prosecco – təbii giləmeyvələrdən ibarət olan bir içki növüdür.

Bütün bunlara baxmayaraq Venesiyada xörək yemək olduqca çətin məsələdir. Çünki tikintinin zəif aparılması buna tam imkan vermir. Şəhərin mərkəzində çox da yaxşı yeməklər hazırlayan restoranlara rast gəlmək olmur. Bu tipli yerlər daha çox şəhərin ətrafındakı hissələrdə yerləşdirilmişdir. Lakin şərab və kofe içmək üçün şəhərin bütün istiqamətlərinə getmək olar. Bu dadları sevən insanlar gərək ki, meydanda yerləşən Florian və Kuadri kafelərini seçələr. Burada kofeləri canlı musiqi səadları altında içmək olar. Gran Caffe Lavena adlanan yerdə yalnız isti kofe ilə şokoladı içmək deyil, eyni zamanda oradakı karnavala və maskarada da qatıla bilərsiniz.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, venesiya mətbəxi sözünün mənası, venesiya mətbəxi haqqında məlumat. venesiya mətbəxi nədir? venesiya mətbəxi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vasili Dokuçayev

  • Fevral 26, 2026

    Mikayıl Abdullayev

  • Fevral 27, 2026

    1947-ci il

  • Fevral 28, 2026

    Preobrajenskoe

  • Mart 06, 2026

    Elçe

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst