Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vedran Smayloviç — "Sarayevonun Violonçel İfaçısı" kimi tanınan Bosniya və Herseqovinadan olan musiqiçi. 1956-cı il noyabrın 11-də anadan olub. O, Sarayevo Siml

Vedran Smayloviç

  • Ana Səhifə
  • Vikipediya
  • Vedran Smayloviç

Vedran Smayloviç — "Sarayevonun Violonçel İfaçısı" kimi tanınan Bosniya və Herseqovinadan olan musiqiçi. 1956-cı il noyabrın 11-də anadan olub. O, Sarayevo Simli Kvartetinin keçmiş violonçelisti kimi fəaliyyət göstərib. Sarayevo şəhərinin mühasirəsi zamanı dağıdılmış binaların arasında və əksər hallarda snayperlərin təhlükəsi altında həlak olanların dəfn mərasimi zamanı Tomazo Albinoninin “Adajio Sol Minor” əsərini ifa etmişdir. Onun cəsarəti daha sonralar musiqi nömrələrinin və hadisələri təhrif edən kitabın yazılmasına gətirib çıxardı.

Vedran Smayloviç
Vedran Smailović
Vedran Smayloviç Sarayevo 1992-ci il
Vedran Smayloviç Sarayevo 1992-ci il
Ümumi məlumatlar
Doğum tarixi 11 noyabr 1956 (69 yaş)
Doğum yeri
  • Sarayevo, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya SFR
Vətəndaşlığı Bosniya və Herseqovina Bosniya və Herseqovina
Musiqiçi məlumatları
Fəaliyyəti Violonçelist, bəstəkar, pedaqoq
Janr Klassik musiqi
Musiqi aləti Violonçel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vedran Smayloviç 1992-ci ildə Sarayevo Milli Kitabxanasının dağıntıları arasında ifa edərkən.

Mündəricat

Fəaliyyəti

O, Sarayevo Operası, Sarayevo Filarmoniya Orkestri, Sarayevonun Simfonik RTV Orkestri və Sarayevo Milli Teatrında oynayıb.

Sarayevonun Violonçel İfaçısı

Sarayevo şəhərinin mühasirəsi zamanı öz violonçelini davamlı olaraq dağıdılmış binaların arasında Albinoninin əh məşhur əsərlərindən olan “Adajio Sol Minor” əsərini ifa etməklə bütün dünyanın diqqətini bu hadisələrə yönəltmişdir. Smayloviç həmçinin mühasirə zamanı dəfn mərasimlərində də violonçeli ifa etmişdir, halbuki dəfn mərasimləri tez-tez snayperlər tərəfindən hədəfə alınırdı.

Onun şərəfinə, bəstəkar David Vilde violonçeldə solo ifa etmək üçün "Sarayevonun Violonçel İfaçısı" əsərini yazır. Bu əsər daha sonralar YoYo Ma tərəfindən lentə alınır. Folklor ifaçısı Con Mackatçeon onun şərəfinə “Sarayevonun küçələrində” mahnısını yazmışdır.

Kanadalı yazıçı Elizabet Velbörn 1998-ci ildə Smayloviçlə birlikdə “Meydandan gələn səslər” uşaq kitabını yazmışdır. Digər bir kanadalı yazıçı Steven Qallovey 2008-ci ildə yazdığı özünün ən çox satılan "Sarayevonun Violonçel İfaçısı" romanında Vedran Smayloviçin xarakterini yaratmışdır. Kitabda qeyd olunur ki, adsız bir violonçel ifaçısı mayın 26-sı 1992-ci ildə çörək almaq üçün sıraya düzülən 22 nəfərin şərəfinə 22 gün müddətinə saat 16:00-da hər gün eyni saatda, eyni yerdə violonçel ifa edir. Əsərdəki şəxs və minaatan hücum tamamilə hekayə üçün uydurulmuşdur. Smayloviç kitabın dərc olunmasına öz narazılığını açıq şəkildə ifadə etmişdir. O, bildirib ki, yazıçı bu əsərdə onun adını və şəxsiyyətini oğurlayıb və ondan üzr istəməli və təzminatla təmin etməlidir. 

Sonrakı karyerası

O, 1993-cü ilin sonlarında şəhərdən uzaqlaşır və ifaçı, bəstəkar və dirijor kimi fəaliyyət göstərərək bir çox musiqi layihələrinə cəlb edilir. Vedran Smayloviç hal-hazırda Şimali İrlandiyada Vorrenpoint qəsəbəsində yaşayır.

O, "Mənim Qəhrəmanım" layihəsində “Qəhrəmanın Qəhrəmanı” adını almışdır. 

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vedran Smayloviç haqqında məlumat. Vedran Smayloviç nədir? Vedran Smayloviç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Berklium

  • Fevral 24, 2026

    Roma çarları

  • Fevral 27, 2026

    Piter Mensa

  • Fevral 27, 2026

    Bəzz qalası

  • Fevral 27, 2026

    Çubuqlu

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst