Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaythol (Whitehall) — mərkəzi Londonda, Vestminstrdə Trafalqar meydanından Celsiyə qədər A 3212 yolunun birinci hissəsini təşkil edən yol. Trafalqar meydanının

Vaythol

  • Ana Səhifə
  • Vikipediya
  • Vaythol

Vaythol (Whitehall) — mərkəzi Londonda, Vestminstrdə Trafalqar meydanından Celsiyə qədər A 3212 yolunun birinci hissəsini təşkil edən yol. Trafalqar meydanının cənun qurtaracağından Parlament meydanına əvvəllər Carinq-Kross olan yerə gedən əsas yoldur. Əlahəzrət kraliçanın hökumətinin mərkəzi kimi qəbul olunmuş küçə dövlət idarələri və nazirliklərlə əhatə olunub. Bu səbəbdən Vaythol adı ümumilikdə Böyük Britaniya hökumətini bildirən metonomiya və ətraf ərazinin ümumi coğrafi adı kimi istifadə olunur.

Kenotaf, ortada İkinci Dünya müharibəsi qadınlarının şərəfinə ucaldılmış abidə, arxada Big-Benin göründüyü Vaytholun 2012-ci ilə aid şəkli.
Atlı qvardiyanın binası (1751–53, arxitektor Uilyam Kent)

Vaythol küçəsi adını ərazidə böyük sahəni tutan Uatholl sarayından almışdır. Vaytholl əvvəllər sarayın ön hissəsinə gətirən geniş yola verilən ad idi. Trafalqar meydanı yolun şimal hissəsində 19-cu əsrin əvvəlində salınmışdır. Parlament meydanı ilə Dauninq-strit arasındaki cənub ərazisi Parlament küçəsi adlanır. Parlament küçəsi və Vaythol birlikdə 0.6 mil (1 km) ərazini əhatə edir. Vaythol həmçinin bır sıra xatirə heykəlləri və abidələri ilə də məşhurdur. Bunların arasında ilk növbədə Böyük Britaniyanın ilk hərbi memorialı olan, naməlum əsgərin şərəfinə ucaldılmış abidə qeyd edilməlidir.

Mündəricat

Tarixi

Abidələr

Britaniyanın ilk müharibə memorialı olan Kenotaf Vaytholun mərkəzində yerləşir və illik xatirə bazar günü üçün sahə rolunu oynayır.

2005-ci ildə kenotafdan şimala tərəf bir az aralı Vaythol faytonyolunun ortasında İkinci Dünya müharibəsi qadınlarının xatirəsinə abidə ucaldıldı.

Yol həmçinin altı digər abidənin yerləşdiyi məkandır:

  • Şahzadə Corc, Kembric Hersoqu (1819–1904): 1856–1895-ci illərdə Britaniya ordusunun baş komandanı
  • Spenser Kevendiş, 8-ci Devonşir Hersoqu(1833–1908): 1875–1880-ci illərdə Böyük Britaniya Liberal partiyasının rəhbəri; 1886–1903 Liberal Həmkarlar İttifaqı Partiyasının rəhbəri; və Mühafizəkarlar Partiyası (Böyük Britaniya)nın rəhbəri (1902–1903)
  • Duqlas Heyg, 1-ci Heyq qrafı (1861–1928): 1915–1918-ci illərdə Fransada Britaniya Qoşunlarının baş komandanı (Qraf Heyg abidəsi kimi tanınır)
  • Uilyam Slim 1-ci Slim vikontu (1891–1970): 1943–1945-ci illərdə 14-cü ordunun komandanı; 1953–1959-cu illərdə Avstraliya General-Qubernatoru
  • Alan Bruk 1-ci Alanbruk vikontu (1883–1963): 1941–1946-cı illərdə İmperiya Baş Qərargahının rəisi
  • Bernar Montqomeri Alameynli 1-ci Montqomeri vikontu(1887–1976): 1942–1943-cü illərdə 8-ci ordunun komandanı və 1943–1945-ci illərdə 21-ci birləşmiş ordu qrupunun komandanı;1946–1948-ci illərdə İmperiya Baş Qərargahının rəisi
  • Kenotaf
    Kenotaf
  • İkinci Dünya müharibəsi qadınlarının xatirəsinə abidə
    İkinci Dünya müharibəsi qadınlarının xatirəsinə abidə
  • Şahzadə Corc, Kembric Hersoqu
    Şahzadə Corc, Kembric Hersoqu
  • Spenser Kevendiş, 8-ci Devonşir Hersoqu
    Spenser Kevendiş, 8-ci Devonşir Hersoqu
  • Qraf Heyg abidəsi
    Qraf Heyg abidəsi
  • Vikont Slim
    Vikont Slim
  • Vikont Alanbruk
    Vikont Alanbruk
  • Alameynli 1-ci Montqomeri vikontu
    Alameynli 1-ci Montqomeri vikontu

Dövlət binaları

Vaythol və əhatəsindəki küçələrin xəritəsi

Vaytholda yerləşən dövlət binalarına şimaldan cənuba doğru olmaqla aşağıdakılar aiddir:

  • Admirallığ binası (Xarici və dövlət idarələri, sair)
  • Vaythol 22 (Böyük Britaniya Beynəlxalq İnkişaf departamenti)
  • Vaythol 55 (Enerji və İqlim Dəyişikliyi üzrə şöbə)
  • Qədim Müharibə Ofisi
  • Vaythol 36 (Parlament Vəkilinin ofisi)
  • Atlı qvardiya
  • Müdafiə Nazirliyi əsas bina
  • Duvr Haus
  • Gvudur Haus
  • Vaythol 70 (Nazirlər kabineti)
  • Dauninq-strit (Dauninq-strit 10 Baş Nazirin və Baş Nazirin müavinin kabineti)
  • Riçmond Haus (Səhiyyə Nazirliyinin binası)
  • Forin ofis
  • Böyük Georq küçəsinin dövlət orqanları

Qalereya

  • Uaytholda nəqliyyatın sıx vaxtı Trafalqar meydanından çəkilmiş foto
    Uaytholda nəqliyyatın sıx vaxtı Trafalqar meydanından çəkilmiş foto
  • Uaytholdan cənubda yerləşən Vesminister sarayının Viktoriya qəsrinin görüntüsü
    Uaytholdan cənubda yerləşən Vesminister sarayının Viktoriya qəsrinin görüntüsü
  • Uaytholun iki məşhur abidəsinin arasından kecən taksi
    Uaytholun iki məşhur abidəsinin arasından kecən taksi
  • Qədim Müharibə Binası
    Qədim Müharibə Binası
  • Parlament küçəsi
    Parlament küçəsi
  • Trafalqar studiyası, əvvəllər Uaythol teatrı
    Trafalqar studiyası, əvvəllər Uaythol teatrı
  • 1799-ci ildə terraslı evlərlə örtülü olan əraziləri indi böyük dövlət binaları tutur
    1799-ci ildə terraslı evlərlə örtülü olan əraziləri indi böyük dövlət binaları tutur
  • Uaythol Atlı qvardiyasının binası, 1836
    Uaythol Atlı qvardiyasının binası, 1836

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vaythol sözünün mənası, vaythol haqqında məlumat. vaythol nədir? vaythol nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mormonlar

  • Fevral 27, 2026

    Freska

  • Mart 06, 2026

    AMD

  • Mart 01, 2026

    ABD Malik

  • Fevral 27, 2026

    Brahui dili

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst