Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vattasilər və ya Vəttasilər (ərəb. الْوَطَّاسِيُّون‎ əl-vəṭṭasiyyun) — 1471–1549/1554-cü illərdə Mərakeşi idarə edən ərəb əsilli sülalə.

Vattasilər

  • Ana Səhifə
  • Vikipediya
  • Vattasilər

Vattasilər və ya Vəttasilər (ərəb. الْوَطَّاسِيُّون‎ əl-vəṭṭasiyyun) — 1471–1549/1554-cü illərdə Mərakeşi idarə edən ərəb əsilli sülalə.

Tarixi dövlət
Vattasilər
1472 — 1554
Paytaxt Fəs
Dil Bərbər dili, ərəb dili
Din sünnilik
Pul vahidi Dirhəm
İdarəetmə forması Sultan, monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

15-ci əsrin sonlarında Mərakeşdə hakimiyyətdə olan Merinilər sülaləsinin hakimiyyəti zəifləmiş və ara müharibələri nəticəsində süquta uğramışdı. Həmin dövrdə Asila hakimi, Vattasi sülaləsindən olan Məhəmməd ibn Yəhya, Merini sultanlığının hakimiyyətinə son qoyan Şərif Əbu Abdullah əl-Hafidə qarşı mübarizədə qalib gələrək, 1471-ci ildə Fəs şəhərini tutdu və özünü Mərakeşin yeni sultanı elan etdi.

Lakin Portuqaliya krallığı ilə mübarizədə müvəffəqiyyət qazana bilməyən Məhəmməd ibn Yəhya 1471-ci ildə Tanjer, 1473-cü ildə Asila şəhərlərini itirdi. Portuqallar Mərakeş sahillərində Əsfa (Safi), Məzaqan və Əzəmmur kimi qalalar inşa etdirdilər.

1492-ci ildə Qranada əmirliyinin süqutu ilə İspaniyadan qaçan bir çox əndəlüslü Mərakeşə sığındı. Həmçinin 1497-ci ildə ispanlar Vattasilərə məxsus Melilya şəhərini də işğal etdilər.

Vattasilər İspaniya və Portuqaliya ilə mübarizəni davam etdirərkən, Mərakeşi ələ keçirən Səədilər ölkənin cənubunda ciddi təhlükəyə çevrildilər. 1549-cu ildə Fəs şəhərini tutan Səədilər Vattasi hökmranlığına son qoysalar da, 1554-cü ilin əvvəlində Fəsə daxil olan Osmanlıların Əlcəzair valisi Saleh Paşa Vattasi hakimiyyətini yenidən bərpa etdi. Lakin Osmanlı qoşunlarının geri çəkilməsi ilə Səədilər 1554-cü ilin sentyabrında yenidən Fəsi ələ keçirdilər və Vattasi sülaləsinin hakimiyyətinə tamamilə son qoyuldu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vattasilər haqqında məlumat. Vattasilər nədir? Vattasilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    ISSN

  • Fevral 27, 2026

    Tariyel Vəliyev

  • Fevral 24, 2026

    15 iyul

  • Mart 01, 2026

    Rapontikum

  • Fevral 27, 2026

    Zəm-zəm

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst