Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Varid Fərzəlibəyov (2 iyul, 1933 - 23 mart, 1999) — Azərbaycanlı ixtiraçı-mühəndis, həvəskar tarzən, bəm tarın yaradıcısı.

Varid Fərzəlibəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Varid Fərzəlibəyov

Varid Fərzəlibəyov (2 iyul, 1933 - 23 mart, 1999) — Azərbaycanlı ixtiraçı-mühəndis, həvəskar tarzən, bəm tarın yaradıcısı.

Varid Fərzəlibəyov
Varid Nəsibbəy oğlu Fərzəlibəyov
Ümumi məlumatlar
Doğum tarixi 2 iyul 1933
Doğum yeri Şəki şəhəri
Vəfat tarixi 23 mart 1999 (65 yaşında)
Vəfat yeri Bakı şəhəri
Musiqiçi məlumatları
Fəaliyyəti ixtiraçı-mühəndis, tarzən

Həyatı və yaradıcılığı

1933-cü ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirmişdir. Uzun illər "Azərelektroişıq" istehsalat birliyinin laboratoriya müdiri kimi çalışmışdır.

Azərbaycanın musiqi mədəniyyətinə yeni bir musiqi aləti - bas (bəm) tarı bəxş etmişdir. XX əsrin 60-cı illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün bəm tarı yaratmışdır.

Bəm tarı Sadıqcanın tarından fərqləndirən odur ki, çanağın içindəki arakəsmədə alətin səs temrbini (səs çalarını) dəyişdirən diafraqmalı dəlik var və tarın qoluna birləşən çanaq üstü açıqdır. Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır. 1966-cı ildə müəllif bu alətə görə SSRİ miqyasında patent almışdır. Azərbaycan Dövlət Konservatoriyasında İ.Hacıbəyov, Ə.Abbasov, C.Hacıyev, Ə.Bakıxanov və H.Xanməmmədovun iştirak etdiyi komissiya ixtiraya yüksək qiymət vermişdir.

Sənətkarlıq və tətbiqi sənətə xüsusi maraq göstərdiyindən ağac oyma sənəti sahəsində də tanınmışdır. Layihələndirdiyi və ağacdan hazırladığı bir sıra suvenirlər Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən suvenir fabrikində kütləvi istehsal olunmuşdur.

Həmçinin bax

  • Tar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Varid Fərzəlibəyov haqqında məlumat. Varid Fərzəlibəyov nədir? Varid Fərzəlibəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tompo ulusu

  • Fevral 27, 2026

    Hümayun türbəsi

  • Fevral 28, 2026

    Rumex alpinus

  • Fevral 27, 2026

    Niiqata prefekturası

  • Fevral 27, 2026

    E.ə. 264

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst