Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaqif Buduqlu və ya əsl adı ilə Vaqif Ziyəddin oğlu Piriyev (13 sentyabr 1938, Buduq, Quba rayonu – 25 avqust 2010, Bağbanlı, Quba rayonu) — Azərbaycan tarixçis

Vaqif Piriyev

  • Ana Səhifə
  • Vikipediya
  • Vaqif Piriyev

Vaqif Buduqlu və ya əsl adı ilə Vaqif Ziyəddin oğlu Piriyev (13 sentyabr 1938, Buduq, Quba rayonu – 25 avqust 2010, Bağbanlı, Quba rayonu) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1989), professor, Əməkdar elm xadimi.

Vaqif Buduqlu
Vaqif Ziyəddin oğlu Piriyev
Doğum tarixi 13 sentyabr 1938(1938-09-13)
Doğum yeri
  • Buduq, Quba rayonu, Azərbaycan
Vəfat tarixi 25 avqust 2010(2010-08-25) (71 yaşında)
Vəfat yeri
  • Bağbanlı, Quba rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yeri AMEA
Təhsili
  • Bakı Dövlət Universiteti
Mükafatları "Tərəqqi" medalı
İmza

Mündəricat

Həyatı

Vaqif Buduqlu 13 sentyabr 1938-ci ildə Quba rayonunun Buduq kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. 1972-ci ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: "07.00.02 – Vətən tarixi".

2005-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. 7 dekabr 2009-cu ildə prezident İlham Əliyev tərəfindən ona Əməkdar elm xadimi adı verilmişdir. "The Cambridge History of Turkey" əsərində ona istinad edilmişdir. 25 avqust 2010-cu ildə vəfat etmişdir.

Əsas elmi nailiyyətləri

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 130, 11 monoqrafiya Xaricdə çıxmış elmi əsərlərin sayı: 20 Hülakular və Cəlaililər dövlətinin tədqiqi sahəsində 2 kitab və 80-dən artıq elmi məqalə nəşr etmişdir. XIII-XIV əsrlərə dair fars dilli mənbələrin azərbaycan dilinə tərcüməsi ilə məşğul olmuş və 5 tərcümə əsəri nəşr olmuşdur. Azərbaycanın orta əsrlər tarixi-coğrafiyası üzrə tədqiqatlar aparmış və bu fənnin tədrisi ilə məşğul olmuşdur. Son illərində əsas diqqətini Naxçıvanın orta əsrlər tarixinin öyrənilməsinə yönəltmiş və bu sahədə 1 kitabça, 10-dan artıq elmi məqalə və "Naxçıvan Ensiklopediyası" üçün 40-a qədər məqələ yazmışdır. Azərbaycan şəhərləri tarixinin tədqiqi ilə məşğul olur.

Əsas elmi əsərləri

  1. Azərbaycan hülakular dövlətinin tənəzzülü dövrundə. Bakı, "Elm", 1978, 10, 25 ç.v.
  2. Buduq və buduqlular. Bakı, Sabah, 1994, 6, 5 ç.v.
  3. Azərbaycanın tarixi. 7cilddə. III cild, Bakı, "Elm", 1999, 49 ç.v. (şərikli)
  4. Azərbaycanın tarixi. Ali məktəblər üçün dərslik. Bakı, ADN, 1994, 49 ç.v. (şərikli)
  5. Azərbaycanın tarixi coğrafiyası. Dərs vəsaiti, Bakı, Araz, 2002, 10 ç.v.
  6. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, Sabah, 2003, 30 ç.v.
  7. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, "Müəllim" nəşriyyatı, 2006[ölü keçid]

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vaqif piriyev sözünün mənası, vaqif piriyev haqqında məlumat. vaqif piriyev nədir? vaqif piriyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Heyva

  • Mart 01, 2026

    Dövlət gerbi

  • Mart 01, 2026

    Diana (dəqiqləşdirmə)

  • Fevral 26, 2026

    II İrakli

  • Fevral 27, 2026

    Müstəmləkəçilik

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst