Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaqif — Səməd Vurğunun Molla Pənah Vaqifə həsr edərək 1937-ci ildə yazdığı mənzum dramıdır. Bu əsər Səməd Vurğunun yaradıcılığının zirvəsidir. Dram heca vəznind

Vaqif (dram)

  • Ana Səhifə
  • Vikipediya
  • Vaqif (dram)

Vaqif — Səməd Vurğunun Molla Pənah Vaqifə həsr edərək 1937-ci ildə yazdığı mənzum dramıdır. Bu əsər Səməd Vurğunun yaradıcılığının zirvəsidir. Dram heca vəznində yazılmışdır və tarixi mövzusundadır. Vaqif ədəbiyyatımızda əsası ilk dəfə Cəfər Cabbarlı tərəfindən qoyulmuş tarixi qəhrəmanlıq dramıdır. Vaqif 1937-ci ildə yazılıb və 1938-ci ilin 5 oktyabrında tamaşaya qoyulub. Vaqif dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan Səməd Vurğun əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etdirmişdir. Pyes Səməd Vurğunun yazdığı ilk səhnə əsəridir. "Vaqif" dramına görə Səməd Vurğun 1941-ci ildə "Stalin mükafatı"na layiq görülmüşdür.

Mündəricat

İştirak edənlər

  • Vaqif - XVIII əsrin dahi Azərbaycan şairi.
  • Ağa Məhəmməd şah Qacar - İran hökmdarı.
  • Vidadi - Vaqifin yaxın şair dostu.
  • İbrahim xan - Qarabağ xanı.
  • Eldar - xanlıq zülmü və Qacar basqını əleyhinə üsyan qaldırmış kəndlilərin başçısı.
  • Kürd Musa və Arşak - Eldarın dəstəsindən.
  • Xuraman - Vaqifin həyat yoldaşı.
  • Əli bəy - Vaqifin oğlu.
  • Gülnar - Əli bəyin sevgilisi.
  • Əminə - Gülnarın anası.
  • Tükəzban - Vidadinin həyat yoldaşı.
  • Vəzir - Qacarın vəziri.
  • Təlxək - İbrahim xanın təlxəyi.
  • Şaliko və Tamara - Qacar tərəfindən əsir alınmış gürcülər.
  • Şeyx Alı - Qarabağ şeyxi.
  • İlyas - Eldarın dəstəsinə soxulmuş casus.
  • Sərkərdə - Qacar qoşunlarının sərkərdəsi.
  • Zülfüqar və Teymur - Qacarın əleyhdarları.
  • Əhməd kişi və Qurban kişi - kəndlilər.
  • Qasım və Murad - çobanlar.

Mövzu

Əsərin əsas mövzusu görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin həyatı və Azərbaycan xalqının XVIII əsrin sonlarında xarici hücumlara qarşı mübarizəsidir. Əsərin əsas konfiliktini Ağa Məhəmməd Şah Qacarla ona qarşı duran Azərbaycan qüvvələrinin müstəqillik uğrundakı mübarizəsi təşkil edir.Süjetin mərkəzində qüvvətli şəxsiyyətin durmasına baxmayaraq, hadisələr miqyaslı xalq dramı və sosial dram məcrasında cərəyan edir. Pyes boyu sanki güclü yeraltı təkanın uğultusu kəsilmir, uzun-uzun illər feodal hakimlərin zülm etdiyi məzlum təbəqələrin səbir kasasının daşacağı anı tamaşaçı intizarla gözləyir. Lakin Vaqif həm də şair və onun taleyi barədə dramdır. Pyesdə şairin taleyi elin taleyinə qaynayıb qarışır. Vurğun Vaqifi xalqa, elə arxalanır, onun qəhrəman, zəhmətkeş və sənətkar oğullarına qarşı təşkil edilən və planlı şəkildə idarə olunan hakim zorakılıqla barışmır, təkcə öz mövcudluğu ilə hər cür fiziki və mənəvi müstəbidliyə müqavimət göstərir. Müstəbid və ziyalı problemi həm İbrahim xan, həm də Ağa Məhəmməd şah Qacar xətlərində qoşa davam etdirilir.

Həmçinin Bax

  • Səməd Vurğun
  • Molla Pənah Vaqif
  • Vaqif (opera)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vaqif (dram) haqqında məlumat. Vaqif (dram) nədir? Vaqif (dram) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Horatsio Nelson

  • Fevral 25, 2026

    İmaməddin Zəkiyev

  • Fevral 27, 2026

    Bolqarçay

  • Fevral 27, 2026

    Qızıldaş bələdiyyəsi

  • Fevral 27, 2026

    Boz dovşan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst