Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vandalizm — bilərəkdən və kor-təbii şəkildə maddi və mədəni dəyərlərin, abidələrin məhv edilməsi. Bu addımı atanları bir qayda olaraq "vandal" adlandırırlar.

Vandalizm

  • Ana Səhifə
  • Vikipediya
  • Vandalizm

Vandalizm — bilərəkdən və kor-təbii şəkildə maddi və mədəni dəyərlərin, abidələrin məhv edilməsi. Bu addımı atanları bir qayda olaraq "vandal" adlandırırlar.

455-ci ildə Romanı qarət edən Vandallar

Termin ilk dəfə Fransa inqilabı zamanı Respublika Ordusunun davranışını xarakterizə edən din xadimi, keşiş Anri Qrequar tərəfindən işlədilmişdir. O, ordunun davranışlarını, 455-ci ildə Romanı yağmalayan Cermen soyundan gələn, Slav mənşəli Vandallara bənzətmişdir.

Vandalizm, antisosial şəxsiyyət pozğunluğu olaraq təyin olunmuşdur. Kişilərdə daha sıx müşahidə olunmaqdadır. Qadınlarda daha az rast gəlinməsinə baxmayaraq, antisosial şəxsiyyət pozğunluğu olan gənc anaların ərlərinə və uşaqlarına qarşı şiddət ehtiva edən davranışlarda olduğu bildirilmişdir. Xüsusilə sosial-iqtisadi səviyyəsi aşağı məktəb çağındakı gənclərdə sıx rast gəlinməkdədir. 16 ayrı liseydən 7340 şagird arasında aparılan bir tədqiqatda şagirdlərin 5 faizində vandalist davranışların müşahidə edildiyi bildirilməkdədir.

Rəsmi vandalizm

Roma imperiyasında, "damnatio memoriae", yəni xatirələrin lənətlənməsi deyilən bir adət vardı. Buna görə sevilməyən biri öldüyündə ona aid heykəllər qırılar, ya da başları qoparılar, adları bütün qeydlərdən çıxarılar və adları xatırlanmazdı. Məsələn Neron, tək başına imperator olduğunda, özündən əvvəl gələn imperatora aid bütün heykəlləri yıxdırmışdır. Xristianlığın qəbulundan sonra da Romadakı çoxu heykəllər ya korlanmış ya da heykəllərin alınlarına xaç qazıtılmışdı. Qədim Misirdə də rahiblər təkrar gücü əllərinə keçirdiklərində bənzər tətbiqlərlə, özlərinin gücünü məhdudlaşdıran fironun məzarını korlatdırmışlar. Ayrıca başdakıların, tarixdən çıxarmaq istədikləri kəslərin üzlərini divar şəkillərindən qazıyaraq silmələri də sıx görülən bir vandallıqdır.

Müasir zamanlarda da davam edən rəsmi vandalizm, millətçilər tərəfindən yıxılan Yəhudi simvolları, Sovetlər hakimiyyətə gəldikdən sonra yıxdığı tarixi abidələr, Sovetlərin çöküşündən sonrakı təxribatlar, Taliban tərəfindən yox edilən tarixi nəhəng Budda heykəlləri və s. ilə simvollaşmışdır.

Ekoloji vandalizm

Ekoloji vandalizm, bəzi ətraf-mühitçilər tərəfindən istifadə edilən bir termindir. Ətraf-mühitçilər, kövrək ekosistemin qorxunc və ya açıq-aşkar dağıdılmasını və xüsusilə ekoloji qoruma qanunlarının tapdalanmasını açıqlamaq üçün istifadə edirlər. Əvvəldən təyin olunmuş qoruma altındakı sahələrə edilən qanuni olmayan hücumlar əhəmiyyətli bir nümunədir. Digər nümunələr isə çaylar, dərələr və bənzəri obyektlərin ferma tullantıları ilə çirklədilməsi, atmosferin qalıq yanacaq istehlakı ilə karbon 4 oksid tərəfindən zərər görməsi kimi sıralana bilər.

Həmçinin bax

  • Barbarizm
  • Vikianbar Vikianbarda Vandalizm ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vandalizm haqqında məlumat. Vandalizm nədir? Vandalizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    .scot

  • Fevral 27, 2026

    Telepatiya

  • Fevral 27, 2026

    Təngərüd

  • Fevral 27, 2026

    Sultan Cahangir

  • Fevral 27, 2026

    Oktan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst