Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Valter Henrix Vilhelm Rits (alm. Walther Heinrich Wilhelm Ritz‎; 22 fevral 1878[…] – 7 iyul 1909[…], Göttingen) — isveçrəli nəzəriyyəçi fizik. O, daha çox Yohan

Valter Rits

  • Ana Səhifə
  • Vikipediya
  • Valter Rits

Valter Henrix Vilhelm Rits (alm. Walther Heinrich Wilhelm Ritz‎; 22 fevral 1878[…] – 7 iyul 1909[…], Göttingen) — isveçrəli nəzəriyyəçi fizik. O, daha çox Yohannes Ridberqlə birgə hazırladığı Ridberq-Rits kombinasiya prinsipi üzərindəki işi ilə tanınır. Rits, həmçinin öz adını daşıyan variasiya metoduna — Rits metoduna görə də məşhurdur.

Valter Rits
alm. Walter Ritz‎
Doğum tarixi 22 fevral 1878(1878-02-22)[…]
Vəfat tarixi 7 iyul 1909(1909-07-07)[…] (31 yaşında)
Vəfat yeri
  • Göttingen, Almaniya imperiyası
Vəfat səbəbi vərəm
Elm sahəsi fizika
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d]
İş yeri
  • Göttingen Universiteti
Təhsili
  • Göttingen Universiteti,
  • İsveçrə Federal Texnologiya İnstitutu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Valter Ritsin atası Rafael Rits Vale kantonunda anadan olmuş tanınmış rəssam idi. Anası (qızlıq soyadı Nördlinger) tübingenli mühəndisin qızı idi. Rits xüsusi istedadı ilə seçilən tələbə olmuş, Siondakı bələdiyyə liseyində təhsil almışdır. O, 1897-ci ildə Sürixdəki politexnik məktəbinə daxil olaraq mühəndislik ixtisası üzrə təhsil almağa başlamışdır. Lakin tezliklə o, mühəndisliklə bağlı təxmini hesablamalar və kompromislərlə barışa bilməyəcəyini başa düşərək, riyazi baxımdan daha dəqiq olan fizika elmlərinə keçid etmişdir.

1900-cü ildə Rits vərəmə (ehtimal ki, həm də plevritə) yoluxmuş və sonradan bu xəstəlikdən vəfat etmişdir. 1901-ci ildə səhhəti ilə əlaqədar Göttingenə köçən Risə burada Voldemar Foqt və David Hilbert böyük təsir göstərmişlər. Rits atomların spektral xətləri haqqında dissertasiya yazaraq doktorluq dərəcəsini fərqlənmə diplomu (summa cum laude) ilə almışdır. Bu mövzu sonradan Rits kombinasiya prinsipinin yaranmasına, 1913-cü ildə isə Ernest Rezerford və Nils Borun atom modellərinin işlənib hazırlanmasına yol açmışdır.

1903-cü ilin baharında o, Leydendə Hendrik Antuan Lorensin elektrodinamik problemlər və yeni elektron nəzəriyyəsi haqqında mühazirələrini dinləmişdir. 1903-cü ilin iyununda Rits Bonn şəhərindəki Haynrix Kayzer İnstitutunda olarkən, dissertasiyasında əvvəlcədən proqnozlaşdırdığı kalium spektral xəttini aşkar etmişdir. 1904-cü ilin noyabrında isə Parisdə, Ali Normal Məktəbdə (École Normale Supérieure) infraqırmızı fotolövhələr üzərində işləmişdir.

1904-cü ilin iyulunda xəstəliyi kəskinləşdiyi üçün yenidən Sürixə qayıtmışdır. Xəstəlik ona 1906-cı ilə qədər elmi fəaliyyətini davam etdirməyə mane olmuşdur. 1907-ci ilin sentyabrında anasının doğma yurdu olan Tübingə, 1908-ci ildə isə yenidən Göttingenə köçmüş və orada universitetdə privat-dosent kimi fəaliyyət göstərməyə başlamışdır. O, burada özünün "Recherches critiques sur l'Electrodynamique Générale" (Ümumi Elektrodinamika üzrə Kritik Tədqiqatlar) adlı əsərini nəşr etdirmişdir.

Tələbə, dost və ya həmkar kimi Ritsin Hilbert, Andreas Haynrix Foyqt, Herman Minkovski, Lorens, Eme Kotton, Fridrix Paşen, Anri Puankare və Albert Eynşteyn kimi dövrün bir çox görkəmli alimləri ilə əlaqələri olmuşdur. O, Sürixdə təhsil aldığı illərdə Eynşteynin tələbə yoldaşı idi. Rits Eynşteynin nisbilik nəzəriyyəsinin əleyhdarlarından biri kimi tanınırdı.

Rits Göttingendə vəfat etmiş və Sürixdəki Nordhaym qəbiristanlığında dəfn olunmuşdur. Ailə məzarlığı 15 noyabr 1999-cu ildə ləğv edilmişdir. Onun başdaşı 17-ci bölmədə, 84457 nömrəli qəbirdə yerləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, valter rits sözünün mənası, valter rits haqqında məlumat. valter rits nədir? valter rits nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tunqus meteoriti

  • Fevral 27, 2026

    Orda xan

  • Fevral 27, 2026

    Abraziya

  • Mart 07, 2026

    Estoniya SSR

  • Fevral 27, 2026

    Yakob Bernulli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst