Vahid Axundov (Axundov Vahid Cümşüd oğlu; 9 fevral 1942 - 14 dekabr 2025) — Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri.
| Vahid Axundov | |
|---|---|
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 9 fevral 1942 (84 yaş) |
| Doğum yeri | |
| Vəfat tarixi | 15 dekabr 2025-ci il |
| Təhsili |
|
| Fəaliyyəti | alim |
| | |
| Təltifləri | |
Həyatı
Vahid Axundov 9 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini mühəndis-iqtisadçı olaraq bitirib.
Fəaliyyəti
Elmi fəaliyyəti
Vahid Axundov 1970-ci ildə iqtisad elmləri üzrə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1987-ci ildə professor elmi rütbəsini almışdır. O, 150 elmi əsərin müəllifidir.
Əmək fəaliyyəti
Vahid Axundov 1959–1960-cı illərdə Bakı Dəri Qalantereya fabrikində çilingər, 1964-cü ildə isə Avtomobil Ehtiyatları Zavodunda mühasib vəzifəsində çalışmışdır. 1965–1966-cı illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, baş iqtisadçı olaraq işləmişdir.
Vahid Axundov 1970–1987-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, direktorun elmi işlər üzrə müavini, direktor vəzifəsini icra etmişdir.
1987–1991-ci illərdə Azərbaycan SSR Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Elmi işlər üzrə prorektor, 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri, 1991–1993-cü illərdə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirinin baş iqtisadi müşaviri, 1993–2005-ci illərdə isə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri vəzifələrində çalışmışdır.
Vahid Axundov Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri təyin edilib.
Vahid Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat etmişdir.
Mükafatları
Vahid Axundov 2012-ci ildə Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Əməkdar elm xadimi (1992) və Əməkdar dövlət qulluqçusu (2006), 2007-ci ildə "Şöhrət", 2012-ci ildə "Şərəf" ordenləri ilə təltif edilib.
Ədəbiyyat
- Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı /burax. məs. V. Axundov; tərt. ed. T. Əhmədov; Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi.-Bakı: [Nurlar], 2009.-183 s.
- Axundov Vahid Cümşüd oğlu //Azərbaycanda kim kimdir: ensiklopedik sorğu kitabı /T. Cahangir; red. Ə. Cəfərov; [ing. dilinə çevirən X. Hüseynova; dizayner R. Səttarov].- Bakı, 2010.- S.11.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vahid axundov sözünün mənası, vahid axundov haqqında məlumat. vahid axundov nədir? vahid axundov nə deməkdir?