Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaaqn Qarniki Xaçaturyan (erm: Վահագն Գարնիկի Խաչատուրյան) (22 aprel 1959[…], Sisian) — Ermənistan siyasətçisi, 13 mart 2022-ci ildən bəri Ermənistan Respublila

Vaaqn Xaçaturyan

  • Ana Səhifə
  • Vikipediya
  • Vaaqn Xaçaturyan

Vaaqn Qarniki Xaçaturyan (erm: Վահագն Գարնիկի Խաչատուրյան) (22 aprel 1959[…], Sisian) — Ermənistan siyasətçisi, 13 mart 2022-ci ildən bəri Ermənistan Respublilasının 5-ci Prezidenti. 2022-ci il martın 3-də yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan parlament tərəfindən ikinci turda Ermənistan Respublikasının 5-ci Prezidenti seçilib.

Vaaqn Xaçaturyan
erm. Վահագն Խաչատրյան
Ermənistan Respublikasının 5-ci Prezidenti
Vəzifədədir
13 mart 2022-ci ildən
    Baş nazirNikol Paşinyan
    ƏvvəlkiAlen Simonyan (s.i.) Armen Sarkisyan
    Yüksək texnologiyalar sənayesi naziri
    4 avqust 2021 – 12 mart 2022
    SonrakıHayk Çobanyan
    Ermənistan Respublikası Milli Məclisinin Deputatı
    1995 – 1999
    İrəvanın icra başçısı
    4 dekabr 1992 – 22 fevral 1996
    Şəxsi məlumatlar
    Doğum tarixi 22 aprel 1959(1959-04-22)[…] (66 yaş)
    Doğum yeri
    • Sisian, Sisian rayonu, Ermənistan SSR, SSRİ
    Partiya
    • Ermənistan Milli Konqresi[d] (2013–2017),
    • partiyasız[d]
    Təhsili
    • Ermənistan Dövlət İqtisad Universiteti
    Fəaliyyəti siyasətçi
    Həyat yoldaşı Anahit Minasyan
    Dini Erməni Həvari kilsəsi
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Həyatı

    Vahaqn Xaçaturyan 22 aprel 1959-cu ildə Qarakilsədə (Sisyan) anadan olub. 1975–1980-ci illərdə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. 1980–1981-ci ildə Sovet ordusunda xidmət edib. 1981–1989-cu illərdə İrəvanda "Razdanmaş" İstehsalat Birliyində iqtisadçı işləyib. 1989–1992-ci illərdə "Mars" dövlət müəssisəsində şöbə müdiri, daha sonra baş direktor müavini olub.

    Siyasi fəaliyyəti

    Vaaqn Xaçaturyan 1992–1996-cı illərdə Yerevan meri və Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri olub. Ter-Petrosyanın istefasından sonra iqtisadi məsələlər üzrə müstəqil ekspert kimi çıxış edib. 1996–1999-cu illərdə parlament deputatı olub. 2007-ci il Ermənistandakı parlament seçkilərində "İmpiçment" blokunu təmsil edib. Bu blokda birləşən partiyaların əsas tələbi həmin vaxt Ermənistan prezidenti olan Robert Köçəryan və baş nazir Serj Sarqsyanın istefası idi. Blokun seçki siyahısının ilk ismi hazırkı baş nazir Nikol Paşinyan olub. 2019-cu ildən 2021-ci ilə kimi V. Xaçaturyan Armekonombank idarə heyətinin üzvü olub. 2021-ci ildə Vaaqn Xaçaturyan yüksək texnologiyalar sənayesi naziri vəzifəsini tutaraq Paşinyan hökumətinin üzvü olub. 2022-ci ilin fevral ayına kimi V. Xaçaturyan Erməni Milli Konqresi Partiyasının üzvü olub, prezident vəzifəsi ona təklif edilən zaman partiyadan istefa verib. 2022-ci ildə Ermənistan prezidenti Armen Sərkisyan istefa verdikdən sonra parlamentdə çoxlu təşkil edən Nikol Paşinyanın "Mənim müqaviləm" fraksiyası bitərəf olan Vaaqn Xaçaturyanı prezidentliyə namizəd kimi təklif edib. 13 mart 2022-ci ildə keçirilən seçkilərin ikinci turunda parlamentin 107 deputatından 71-i iştirak edib və onların hamısı Xaçaturyana səs verib. Beləliklə, Vaaqn Xaçaturyan Ermənistan Respublikasının 5-ci Prezidenti seçilib.

    Ermənistanda hansı siyasi proseslərin baş verməsindən asılı olmayaraq, Xaçaturyan həmişə vəzifə sahibi olub. Zamanı, şəraiti düzgün qiymətləndirməyi bacaran şəxs kimi tanınır. O, Qorbaçovun yenidənqurma siyasətinin Ermənistandakı parlaq, aparıcı gənc təbliğatçılarından olub. SSRİ-nin laxladığını hiss edən Xaçaturyan fürsəti əldən verməyərək, milli azadlıq hərəkatına qoşulub, Petrosyanla birlikdə işləyib. 1988-ci ildə Qarabağda erməni separatizmi baş qaldıranda Xaçaturyan seçim qarşısında qalıb. Ya Ermənistanda günü-gündən nüfuzu artan Qarabağ klanına qoşulmalı, ya da bölgədə ikinci erməni dövlətinin yaradılması ideyasını dəstəkləməyən Petrosyanın yanında olmalı idi. O, ikinci yolu seçdi. Vaaqn Xaçaturyan digər erməni siyasətçilərindən fərqli olaraq Azərbaycana qarşı irqçi çıxışlar etməyib, mədəni qonşuluğun tərəfdarı olub. Hətta 1998-ci ildə Petrosyan devriləndən sonra da Xaçaturyan "Qarabağ klanı" ilə əməkdaşlıq etməyib.

    Vaaqn Xaçaturyan heç vaxt aktiv siyasi fəaliyyətlə məşğul olmayıb. İrəvanın meri olduğu zaman dövlət mülkiyyətinin özəlləşdirimləsində mühüm rol oynayıb. Odur ki, erməni oliqarxları arasında onun böyük nüfuzu var. Xaçaturyan prezident seçilənə qədər Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri idi. Nazir kimi onun qarşısına qoyulan əsas tələblərdən biri də Ermənistanda yeni hərbi PUA-lar və PUA-lardan müdafiə qurğuları yaratmaq idi. Lakin Ermənistanın milyonlarla dollara başa gələn PUA istehsalı proqramı tamamilə uğursuzluğa düçar olub.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vaaqn Xaçaturyan haqqında məlumat. Vaaqn Xaçaturyan nədir? Vaaqn Xaçaturyan nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 24, 2026

      MedlinePlus

    • Fevral 23, 2026

      Devanaqari

    • Fevral 24, 2026

      Xızı rayonu

    • Fevral 11, 2026

      Rusiya Federasiyası

    • Fevral 23, 2026

      Sinqapur

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 20, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 20, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 20, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst