Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

VIII Georgi (gürc. გიორგი VIII ; 1417 – 1476) — Baqrationilər sülaləsindən olan Gürcüstan çarı. VIII Georgi Gürcüstana bütöv şəkildə hökmdarlıq edən son çar olm

VIII Georgi

  • Ana Səhifə
  • Vikipediya
  • VIII Georgi

VIII Georgi (gürc. გიორგი VIII ; 1417 – 1476) — Baqrationilər sülaləsindən olan Gürcüstan çarı. VIII Georgi Gürcüstana bütöv şəkildə hökmdarlıq edən son çar olmuşdur. Sonradan Gürcüstan çarlığı parçalanmışdır. 1466-cı ildən etibarən Kaxeti çarı olaraq hakimiyyətinə davam etmişdir. Atası çar I Aleksandr, anası isə Tamara adlı qadın olmuşdur.

VIII Georgi
Şəxsi məlumatlar
Doğum tarixi 1417(1417)
Vəfat tarixi 1476(1476) (58–59 yaşında)
Dəfn yeri
  • Svetitskoveli kafedralı
Atası I Aleksandr (Gürcüstan çarı)
Uşağı
  • I Aleksandr (Kaxeti çarı)
Ailəsi Baqrationi
Dini Gürcü Ortodoks Kilsəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

VIII Georgi dövründə Gürcüstanın vahid şəkildə idarə edilən feodal monarxiyasının çarlıqlara bölünməsi prosesi başa çatdı. Samsxe-Satabaqo bölgəsi çarlıqdan ayrılan ilk bölgə olmuşdur. Qərbi Gürcüstanın hakimi (eristavisi) Baqrat Georgiyə qarşı üsyan qaldırdı və müstəqil hakimiyyət sürməyə başladı. 1463-də tərəflər arasında baş tutmuş Çihori döyüşündə VIII Georgi məğlub oldu.

1465-ci ildə VIII Georgi Samsxe-Satabaqo atabəyi II Kvarkvare tərəfindən əsir alındı. Bundan istifadə edən Baqrat 1466-cı ildə özünü Gürcüstan çarı elan etdi. Həmin ildə əsirlikdən azad olan VIII Georgi Kaxetiyə qayıtdı və özünü Kaxeti çarı elan etdi. Beləliklə, Gürcüstan çarlığı parçalandı.

VIII Georgi Avropaya elçi heyəti göndərən ilk Gürcü çarı olmuşdur (1458–1459-cu illərdə Osmanlı əleyhinə koalisiya yaratmaq üçün).

Bu dövrdə Roma papa III Kalikst VIII Georginin Gürcüstana patriarx seçmək haqqında xahişinə razılıq vermişdir. Daha sonra VIII Georgi və II Kvarkvare özlərini papanın təbəəsi elan etdilər və bolonyalı Lüdoviki papanın Gürcüstandakı nümayəndəsi seçdilər. Seçimi təsdiqlətmək üçün yeni seçilmiş Roma papası II Piyə müraciət etdilər. Müraciətləri papa tərəfindən təsdiqləndi.

1461–1482-ci illərdə Gürcü elçiləri Fransa kralı VII Karl və oğlu XI Luis ilə görüşlər keçirdilər. Lakin bu görüşlər heç bir nəticə vermədi. Çünki bu dövrdə Avropa Osmanlı imperiyasına qarşı sülh siyasəti aparırdı.

VIII Georgi 1476-cı ildə vəfat etdi. Ondan sonra taxta I Aleksandr çıxdı.

Ailəsi

VIII Georgi iki dəfə evlənmişdir. İlk evliliyi Tamara, ikinci evliliyi isə Nestan-Darecan adlı adlı qadın ilə olmuşdur. İlk evliliyindən olan uşaqları :

  • Vaxtanq
  • Keteon (Kristina)
  • Yelena İkinci evliliyindən olan uşaqları :
  • I Aleksandr (Kaxeti çarı)
  • Məryəm
  • İkinci evliliyindən digər bir qızı da olsa da, onun adı bilinmir.

Ədəbiyyat

  • Георгий, грузинские цари  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Ronald Grigor Suny, The Making of the Georgian Nation: 2nd edition (December 1994), Indiana University Press, ISBN 0-253-20915-3, page 45–46

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, VIII Georgi haqqında məlumat. VIII Georgi nədir? VIII Georgi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İstehkam

  • Fevral 27, 2026

    Moskva knyazlığı

  • Fevral 27, 2026

    Accipitriformes

  • Fevral 27, 2026

    II Səlim

  • Fevral 27, 2026

    Ɐ

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst