Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vüqar Nəriman oğlu Orucov — (rus. Вугар Нариман оглы Оруджев; 26 oktyabr 1971, Yevlax) — SSRİ, Belarus və Rusiyanı təmsil etmiş güləşçi. "Barselona-1992" Yay Ol

Vüqar Orucov

  • Ana Səhifə
  • Vikipediya
  • Vüqar Orucov

Vüqar Nəriman oğlu Orucov — (rus. Вугар Нариман оглы Оруджев; 26 oktyabr 1971, Yevlax) — SSRİ, Belarus və Rusiyanı təmsil etmiş güləşçi. "Barselona-1992" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat dünya və Avropa çempionu. SSRİ-nin əməkdar idman ustası.

Vüqar Orucov
Şəxsi məlumatlar
Vətəndaşlığı SSRİ SSRİ →
 Belarus →
Rusiya Rusiya
Doğum tarixi 26 oktyabr 1971(1971-10-26) (54 yaş)
Doğum yeri Yevlax, Azərbaycan SSR, SSRİ
Boyu 155 sm
Çəkisi 54 kq
İdman növü sərbəst güləş
Medallar
Olimpiya oyunları
Bürünc 1992 Barselona48 kq
Dünya çempionatı
Qızıl 1991 Varna48 kq
Gümüş 1993 Toronto48 kq
Qızıl 1995 Atlanta48 kq
Avropa çempionatı
Bürünc 1991 Ştutqart48 kq
Gümüş 1992 Kapoşvar48 kq
Qızıl 1995 Fribur48 kq
Bürünc 1996 Budapeşt48 kq
Fəxri idman adları
SSRİ əməkdar idman ustası

Mündəricat

Karyerası

1984-cü ildən — 13 yaşından güləşlə məşğul olmağa başlayıb.

1989-cu ildə gənclər arasında SSRİ çempionatının qalibi olub. Eyni ildə, həmçinin yeniyetmələr arasında Avropa çempionatında qızıl, gənclər arasında dünya çempionatında isə gümüş medal qazanıb. 1990-cı ildə gənclər arasında SSRİ və gənclər arasında Avropa çempionatında kürsünün ən yüksək pilləsinə qalxıb.

1991-ci ildə ilk dəfə böyüklər arasında beynəlxalq yarışda iştirak edib. May ayında Ştutqart şəhərində baş tutmuş Avropa çempionatında iştirak edən güləşçi, bürünc medal qazanıb. Qitə birinciliyindən bir ay sonra SSRİ çempionatının qalibi olub. Oktyabr ayında Varna şəhərində keçirilmiş dünya çempionatında iştirak etmiş Orucov, bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. O, həlledici görüşdə, sonralar ikiqat Olimpiya çempionu olacaq şimali koreyalı Kim İl Yona qalib gəlib.

1992-ci ildə Müstəqil Dövlətlər Birliyi komandasının tərkibində Kapoşvarda keçirilmiş Avropa çempionatında gümüş, Barselonada keçirilmiş Olimpiya Oyunlarında isə bürünc medal qazanıb.

1993-cü ildə Belarus adına yarışan Orucov, Minskdə baş tutmuş Aleksandr Medvedin xatirəsinə həsr olunan turnirdə birinci, Torontoda təşkil olunmuş dünya çempionatında isə ikinci olub.

1994-cü ildə Rusiyaya köçüb və vətəndaşlığını dəyişərək bu ölkənin bayrağı altında çıxış etməyə başlayıb. Bu keçid səbəbindən, 1994-cü ildə beynəlxalq turnirlərdən uzaq qalıb və yalnız daxili turnirlərdə iştirak edə bilib. İyun ayında Sankt-Peterburqda keçirilmiş Rusiya çempionatında qalib olub.

1995-ci il beynəlxalq yarışlara qayıdan Orucov üçün uğurlu keçib. Belə ki, o, ardıcıl olaraq Dünya Kuboku, Avropa çempionatı, dünya çempionatı və Hərbçilərin Dünya Oyunlarında qızıl medal qazanıb.

1996-cı ilin iyun ayında Osloda baş tutmuş Avropa çempionatında bürünc medal qazanıb. Bir ay sonra Atlantada keçirilmiş Olimpiya Oyunlarında isə medalın bir addımlığında dayanaraq dördüncü olub. Bir il sonra Rusiya çempionatında da dördüncü olduqdan sonra peşəkar idmançı karyerasını başa vurub.

Şəxsi həyatı

Xarici şəkil

Vüqar Orucov 26 oktyabr 1971-ci ildə Nəriman Orucov və Ema İbrahimovanın ailəsində, Yevlax şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Onun özündən başqa ailədə Elqar və Eldar adlarında qardaşları və Ərkinaz adında bacısı olub. Vüqarın babası İdris Orucov Böyük Vətən müharibəsi zamanı, 1943-cü ildə Polşada həlak olub.

1991-1996-cı illərdə Şimali Osetiya Dövlət Universitetində İqtisadiyyat ixtisası üzrə təhsil alıb.

Vüqar, əslən Belarusdan olan baydarka üzrə Rusiya çempionu Janna Sarnavskaya ilə evlidir. Onlar, Belarusun Qomel şəhərindəki "Dinamo" idman məktəbinin yataqxanasında tanış olublar. Cütlüyün Nəriman (Nik), Vitali (Vito) və Corc adlarında üç oğulları var. Onlar da ataları kimi güləşlə məşğul olsalar da, yalnız Vitali beynəlxalq səviyyədə ciddi uğurlara nail ola bilib (dünya çempionatının qızıl və bürünc mükafatçısıdır).

1999-cu ildə — Vüqar Şimali Osetiyada məşqçi kimi çalışarkən Janna "Green Card" lotereyasının qalibi olub və onlar tezliklə Kaliforniya ştatına daşınıblar. Burada bir neçə il yaşadıqdan sonra Orucovlar Nyu-York ştatına köçüblər və Vüqar burada "Vougar’s Honors Wrestling School" məktəbini yaradıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vüqar Orucov haqqında məlumat. Vüqar Orucov nədir? Vüqar Orucov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qurbağalar

  • Fevral 27, 2026

    Asteroid

  • Fevral 27, 2026

    Stokholm Universiteti

  • Fevral 27, 2026

    Boyat

  • Fevral 27, 2026

    Qərbi Yava

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst