Uçalı rayonu (başq. Учалы районы) — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Uçalı şəhəridir.
| Rayon | |||||
| Uçalı rayonu | |||||
|---|---|---|---|---|---|
| Учалы районы | |||||
| |||||
| |||||
| 54°22′ şm. e. 59°27′ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| İnzibati mərkəz | Uçalı | ||||
| Tarixi və coğrafiyası | |||||
| Yaradılıb | 20 avqust 1930 | ||||
| Sahəsi | 4.549 km² | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Avtomobil nömrəsi | 02, 102 | ||||
| Rəsmi sayt | |||||
![]() | |||||

Coğrafiyası
Uçalı rayonu Başqırd önuralının şimalında yerləşir. Şimal-qərbdən Başqırdıstanın Belores və Abzelil, şimal-şərqdən isə Çelyabinsk vilayətinin Verxneuralski, Zlatoustovski, Satkinski və Çebarkulski rayonları ilə sərhədə malikdir. Rayon ərazisindən Miass — Uçalı — Mejozyornı dəmir yolu və Beloretsk — Uçalı — Miass, Uçalı — Xuunovo — Karaqay avtomagistralı keçir. İqlimi kontinentaldır. Qərbdən nisbətən hündür silsilələrlə hava axını üçün bağlı olması, şimaldan və şərqdən isə arktik havanın daxil olması üçün maneənin olmaması iqliminə böyük təsir göstərir.
Tarix
Uçalı rayonu 1919-cu ilə qədər Orenburq vilayətinin Verxneuralski və Troyski qəzaları ərazisinə daxil idi. 23 mart 1919-cu ildən etibarən isə Rusiyanın ilk milli muxtariyyəti olan Başqırdıstan MSSR-in tərkibinə qatılmışdır.
Əhali
| 2002 | 2008 | 2009 | 2010 | 2012 | 2013 |
|---|---|---|---|---|---|
| 35 649 | ▲76 725 | ▲77 125 | ▼73 268 | ▼73 247 | ▼73 114 |
| 2014 | 2015 | 2016 | 2017 | ||
| ▼72 663 | ▼71 963 | ▼71 539 | ▼71 291 |
Ümum-Rusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ziançurinski rayonunun milli tərkibi: başqırdlar — 64,3 %, ruslar — 18,2 %, tatarlar — 15,9 %, digər millər — 1,6 %.
İnzibati-ətazi vahidləri
Uçalı ayonunda 1 şəhər və 14 kənd inzibati vahidliyinə 88 yaşayış məntəqəsi daxildir
İqtisadiyyat
Aqrar-sənaye rayonudur. Rayon ərazisində dəmir, qızıl, kvars, tikinti daşı, əhəng, kərpiç xammalı, qum kimi faydalı qazıntılar vardır. Ərazisinin 196,2 min ha əkinə yararlıdır (bu isə rayon ərazisinin 43,5 %). 75,3 ha ərazi otlaq kimi istifadə edilir.
Sosial sfera
Rayon ərazisində 65 ümumtəhsil mərkəzi, 20 orta məktəb, 33 kütləvi kitabxana, 63 klub, 5 sahə xəstəxanası fəaliyyət göstərir. Burada rus və başqırd dillərində "Uçalinskaya" (əvvəllər "oraq və çəkiç") və "Yayık" adlı qəzetlər buraxılır.
Tanınmış sakinləri
- Bepenya Toropberdin — 1735–1740-cı illər Basqırd üsyanlarının lideri.
- Najiya Hibatovna Allayarova — müğənni, RSFSR əməkdar artisti.
- Hakimyan Rəhimoviç Əhmədqalın — Sovet İttifaqı Qəhrəmanı, Böyük Vətən müharibəsi iştirakçısı.
- Yuri Petroviç Batalin — SSRİ Tikinti Komitəsinin sədri.
- Aleksandr Matveyeviç Matrosov — Sovet İttifaqı Qəhrəmanı, Böyük Vətən müharibəsi iştirakçısı.
- Flora Axmetşeyevna Kildiyarova — aktrisa, RSFSR əməkdar artisti.
- Aleksandr Qeorqieviç Serebryannikov — Sovet İttifaqı Qəhrəmanı.
- Abdulla Afzaloviç Sultanov — Başqırd müğənnisi, Başqırd MSSR-nin əməkdar mədəniyyət işçisi (1986), Başqırdıstanın xalq artisti (1996).
- Zavdat Gumurdakoviç Sunaqatullin — Sovet İttifaqı Qəhrəmanı.
- Marsel Calileviç Yusupov — idmançı, güləşçi, iki dəfə Avropa çempionu, Rusiya çempionu.
- Salavat Ahmadieviç Nizamutdinov — bəstəkar, əməkdar xadim.
- Nizametdinov Rais Javdatoviç — Başqırdıstan Respublikasının əməkdar mədəniyyət işçisi (2005), Ş. Babiç adına Başqırdıstan Respublikasının dövlət mükafatı laureatı (2000), tanınmış rəqqas, xoreoqraf, səhnə rejissoru, kurasteist,
- İldus Barieviç Abdrahmanov — Kimya elmləri doktoru, akademik, Başqırdıstan Respublikası Elmlər Akademiyasının Kimya və Texnoloji Elmlər Bölməsinin katibi.
- İmuxamet Qilmutdinoviç Qalyautdinov — 2000-ci ildən 2013-cü ilə qədər Zaqir İsmagilov adına Ufa Dövlət Rəssamlıq Akademiyasının rektoru, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi (1986), BMSSR (1986) filologiya elmləri doktoru, professor (1994).
- Vil Bareeviç Qaleev — Texniki elmlər doktoru (1988), professor (1990).
- Qalib Barievi Qaliev — Fizika-riyaziyyat elmləri doktoru (2004).
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, uçalı rayonu sözünün mənası, uçalı rayonu haqqında məlumat. uçalı rayonu nədir? uçalı rayonu nə deməkdir?