Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarabağda Ağdam rayonunun Göytəpə kəndi arasında bir dərə var. Adına "Uzundərə" deyilir. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə, Uzu

Uzundərə (rəqs)

  • Ana Səhifə
  • Vikipediya
  • Uzundərə (rəqs)

Uzundərə — Azərbaycanın qədim xalq rəqslərindən biri.

Uzundərə
Uzundərə rəqsi
Uzundərə rəqsi
Tempi Aramla
Mənşəyi Azərbaycan
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xarici video
Uzundərə, Azərbaycan musiqisi və tarixi

Mündəricat

Tarixi

Qarabağda Ağdam rayonunun Göytəpə kəndi arasında bir dərə var. Adına "Uzundərə" deyilir. Deyilənə görə bu rəqs məhz həmin dərəyə həsr olunub. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.

Uzundərə rəqsinin not yazısı

Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər.

O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə "gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın" deyilir. Beləliklə də, "Uzundərə" oyun havası yaranır.

Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Məşədi İbadın "Mən nə qədər qoca olsam da…" mahnısında istifadə edilmişdir.

Bu mahnı əsər Azərbaycan SSR tərəfindən 1956-cı ildə filmləşdirilərkən istifadə edilmiş, İran tərəfindən 1953-cü ildə filmləşdirilərkən fars dilində sözlərlə müşayiət edilərək, istifadə edilmiş (1.16-cı dəqiqə), nəhayət 2020-cı ildə animasiya şəklinə də salınmışdır. Bu rəqs 1956-cı il filmində kişi aktyor tərəfindən satirik tərzdə ifa edilmişdir (baxmayaraq ki, muüisi qadın rəqsinə aiddir).

Azərbaycan musiqilərinin ermənicə oxunması Ermənistan SSR-in mədəni siyasətinin tərkib hissəsi olub. Bu məqsədlə onlar azərbaycan milli musiqi nümunələrini toplayıb, arxivləşdirərərk, vaxtaşırı ermənicə oxuyub, erməni musuiqisi kimi qələmə veriblər. Bu siyasət zəminində də Uzundərə musiqisi də ermənilər tərəfindən istifadə edilib, məsələn, Aram Xaçaturyanın "Qayane" baletində IV pərdədə, Lev Atamanovun "İt və pişik" (1955) cizgi filmində.

SSRİ dönəmində və ondan sonra da Uzundərə rəqsi Azərbaycan rəqs anzsambllarının ifasında xüsusi yer tutub. Bu rəqs müxtəlif dövrlərdə Əminə Dilbazı, Roza Cəlilova, Afaq Məlikova, Təranə Muradova kimi tanınmış rəqs ustaları tərəfindən ifa olunub.

Şuşa şəhəri 2020-ci ildə işğaldan azad olunandan sonra Uzundərə rəqsi Üzeyirin evi önündə

Qadın solo rəqsi olmasına rəğmən 2000-ci ildə peşəkar səhnədə ilk dəfə Uzundərə rəqsi 2 oğlan və 2 qadın tərəfindən ifa olunub. Bu rəqsin xareoqrafı Fərhad Vəliyev olmuşdur.

Sonradan 2006-cı ildə Fərhad Vəliyev oğlan - bir qız kimi də ifalar olunan Uzundərə rəqsini Azərbaycan Akademik Mahnı və Rəqs Ansabmlında qurub.

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Şuşa şəhəri işğaldan azad olunandan sonra, milli çağlı alətlərində AZTV dəstəyi ilə Uzundərə rəqsi Üzeyir Hacıbəyivun Şuşadakı evinin qarşısında ifa olunub.

Bundan sonra 5 may 2021-ci ildə Uuzndərə Şuşada keçirilən Xarıbülbül Musiqi Festivalında rəqs qrupu tərəfindən istifadə olunub.

Musiqinin texniki göstəriciləri

Rəqsin musuqisi "Şüştər" məqamənda nota alınmışdır. Xani ölçüsü 6-nın 8-dir, havası (melodiyası) mülayim, zərifdir.

Rəqsin ifa xüsusiyyətləri

Uzundərə bir qayda olaraq qadın sola rəqsi kimi ifa olunur və qadın rəqslərinin içərisində bu rəqs özünəməxsusluğu ilə fərqlənir. Burada əsas baş hərəkətləri, bədənin gövdə hissəsinin oynamağı, hərəkətlərdən "süzmə", "sındırma", "Azərbaycan yerişi", müxtəlif qadın rəqs əl hərəkətləri qeyd oluna bilər.

Rəqs əsasən vüqarla, aramla ifa olunur.rəqsin hərəkət düşümü incə, məğrur və son dərəcə həzin olmalıdır. Bir qədər cəld ifa olunduqda, bu rəqsə sərbəstlik xarakteri verir. Bu zaman hərəkətlər həzinlə müqayisədə cəld olmalı, lakin öz ifadəliyini, orjinallığını itirməməlidir.

Bu oyun havası bir qədər Vağzalıya bənzəyir.

Oxşar musiqi

Qədimdən Şərur bölgəsində adı "uzun dərə" olan, musiqisi fərqli olan yallı rəqsi olub. Burada biri kişilərdən, digəri qadınlardan ibarət cərgələrlə rəqs edirmişlər. Bu zaman kişilərin yallıbaşısının əlində bir çubuq, qadınların yallıbaşısının əlində isə cib dəsmalı olurmuş. Rəqsin sonunda qadınların yallıbaşısı əlinə çubuq götürərək, məzhəki tərzində, kişilərin yallıbaşısı ilə döyüşə başlayarmış. Naxçıvanın bəzi kəndlərində o rəqs indiyə qədər el şənliklərində ifa olunur.

Həmçinin bax

  • Azərbaycan rəqsləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, uzundərə (rəqs) sözünün mənası, uzundərə (rəqs) haqqında məlumat. uzundərə (rəqs) nədir? uzundərə (rəqs) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Ədəbiyyat İnstitutu

  • Fevral 27, 2026

    Nikolay Şengelaya

  • Fevral 26, 2026

    UTC−08:00

  • Fevral 25, 2026

    Qəbələ rayonu

  • Fevral 27, 2026

    Diskriminasiya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst